Məhkəmə qərarları › İş №8(103)-287/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-287/2021

14.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-287/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)-1968/2018 saylı qətnaməsinə izah verilməsi, borcun ABŞ dolları valyutası ilə ödənilməsi və hissəhissə icra edilməsi barədə X1nun ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 8(010)-157/2021 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)- 1968/2018 saylı qətnaməsinə əsasən, cavabdehlər X2 və “xxxx” MMC-dən müştərək qaydada 01 iyul 2015-ci il tarixli 112.L.N.1604.010715.00001 saylı kredit müqaviləsi üzrə 14000 ABŞ Dolları əsas borc, 3187,30 ABŞ dolları faiz borcu 979,38 ABŞ dolları cərimə, cəmi 18166,68 (on səkkiz min yüz altmış altı dollar 68 sent) ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZNN-ə məzənnəsi nəzərə alınmaqla və 30 (otuz) manat dövlət rüsumu alınaraq “xxxx” ASC-yə ödənilməsi, tutulacaq məbləğ cavabdeh X4 məxsus “VOLKSWAGEN PASSAT” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunan pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı “xxxx” ASC-yə ödənilməsi və “xxxx” ASC-yə əsas kredit borcu, kredit faizi, cərimə və dövlət rüsümu ödənildikdən sonra ipoteka predmentinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh X4 qaytarılması qət edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)- 1968/2018 saylı qətnaməsi qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir. X1 Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)- 1968/2018 saylı qətnaməsinə izah verilməsi, borcun ABŞ dolları valyutası ilə ödənilməsi və hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)- 1968/2018 saylı qətnaməsi ilə “cəmi 18.166 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada tutularaq «xxxx» ASC-yə ödənilməsi” hissəsinə izah verilməklə həm ondan, həm də «xxxx» MMC-dən tutulmalı olan borc məbləğinin nə qədər olmasına aydınlıq gətirilməsi, hər bir cavabdehin borcdan ödəməli olduğu məbləğin müəyyən edilməsi, «xxxx» ASC-nin fəaliyyətinin dayandırılması səbəbindən ödənişin manatla deyil, ABŞ dolları ilə aparılmasının məhkəmənin qətnaməsinin icrasına uyğun olduğunun təsdiq edilməsi və qeyd edilən qətnamə ilə cəmi borcun (ödəniş gününə manata məzənnəsi ilə) üzərinə düşən hissəsi ilə bağlı hər ay 300 ABŞ dolları olmaqla ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 8(010)-157/2021 saylı qərardadı ilə Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli 2(010)-1968/2018 saylı qətnaməsinə izah verilməsi, borcun ABŞ dolları valyutası ilə ödənilməsi və hissə-hissə icra edilməsi barədə X1nun ərizəsi təmin edilməmişdir. X1 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1nun ərizəsi 3 məsələ üzərində qurulmuşdur: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)-1968/22018 saylı qətnaməsi ilə "'cəmi 18.166 ABŞ dollan məbləğində borcun ödəniş gününə manata məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada tutularaq «xxxx» ASC-yə ödənilməsi" hissəsinə izah verilməklə həm ondan, həm də «xxxx» MMC-dən tutulmalı olan borc məbləğinin nə qədər olmasına aydınlıq gətirilməsi, hər bir cavabdehin borcdan ödəməli olduğu məbləğ müəyyən edilməsi; «xxxx» ASC-nin fəaliyyətinin dayandırılması səbəbindən ödənişin manatla deyil, ABŞ dolları ilə aparılmasının məhkəmənin qətnaməsinin icrasına uyğun olduğu təsdiq edilməsi; qeyd edilən qətnamə ilə ilə cəmi borcun (ödəniş gününə manata məzənnəsi ilə) üzərinə düşən hissəsi ilə bağlı hər ay 300 ABŞ dollan olmaqla ödənilməsi. Məhkəmə qətnaməsindən aydın deyildir ki, cəmi 18.166 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata məzənnəsi ilə tutularaq «xxxx» ASC- yə ödənilməsinin müştərək qaydada olması nə deməkdir, başqa sözlə, o, nə qədər ödəməlidir. «xxxx» MMC nə qədər ödəməlidir. Həmçinin, məhkəmə qərardadında müştərək qaydada ödənilmə ilə bağlı heç bir izah verilməmiş, izahatında icra işinin “xxxx" MMC-yə aid hissəsinin Xətai rayonu, M.Xəlilova aid hissəsinin isə Suraxanı rayon İcra və Probasiya Şöbəsində həyata keçirilməsini göstərməsinə də diqqət yetirməyərək işin bu halına qiymət verilməmişdir ki, borclular aynlıqda nə qədər ödəmə həyata keçirilməlidir. Bu ödəmə qaydasının müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Belə ki, M.Xəlilov “xxxx” MMC-nin direktoru kimi onun tələbkar qarşısında yaramış öhdəliklərinə cavabdehlik daşımır. Birinci instansiya məhkəməsinin ərizənin İİ hissəsi ilə bağlı, yəni, «xxxx» ASC-nin fəaliyyətinin dayandırılması səbəbindən ödənişin manatla deyil, ABŞ dolları ilə aparılmasının məhkəmənin qətnaməsinin icrasına uyğun olduğunun təsdiq edilməsinə dair hissəsinə də qiymət verilməmişdir. Belə ki, qətnamənin bu hissəsi üzrə izah istənilməsi təsadüfi və qəsdən olmamışdır. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, M.Xəlilov tələbkara 400 ABŞ dolları məbləğində ödənişi iki dəfəyə həyata keçirmişdir. Ödənişin ABŞ dolları ilə həyata keçirilməsi isə tələbkarın tələbi ilə olmuşdur. Çünki, M.Xəlilov banka borcun bir hissəsi ilə bağlı ödənişi manatla etmək istədikdə, bank bu ödənişi qəbul etməmiş və mövqeyini belə əsaslandırmışdır ki, ləğv olma səbəbindən bankda valyuta mübadiləsi həyata keçirilə bilməz, kredit isə ABŞ dolları ilə rəsmiləşdirilmişdir. Bu səbəbdən o, banka ödəməli olduğu məbləği hansısa digər valyuta mübadiləsi məntəqəsində həmin günün məzənnəsinə uyğun olaraq ABŞ dollarına mübadilə etdikdən sonra krediti dollarla ödəməyə məcburdur ki, bu artıq maliyyə sərfinə səbəb olur. Ən azı məhkəmə qərardadında Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə istinad etməklə buna dair mövqeyini bildirməli idi ki. bu mövqe də tələbkarın qanunsuz tələblərinin qarşısım almağa səbəb olardı. Birinci instansiya məhkəməsi ərizənin İİİ hissəsi ilə bağlı icra sənədinin hissə-hissə icrasının zəruriliyini və mümkünlüyünü əsaslandıra bilmədiyinə görə ərizənin əsassız olduğundan rədd olunmalı qənaətinə gəlsə də, bunu hissə-hissə icrasının zəruriliyini və mümkünlüyünü əsaslandıra bilmədiyinə görə və eləcə də, borcludan borcun hissə-hissə ödənilməsinin tələbkarın mənafeyini pozması ilə əsaslandırmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 8(010)-157/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1). Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər (475.1). Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur (475.2). Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir (475.3). İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, qanunvericiliyin göstərilən müddəası müvafiq icra sənədinin icrasını onun məzmununu dəyişdirmədən izah etməyi mümkün hesab edir. Lakin, qətnamənin izah edilməsi onun mətnində yol verilmiş anlaşılmaz, çətin, mürəkkəb, ziddiyətli və bu kimi ifadələrin aydınlaşdırılmasını nəzərdə tutur və bu zaman qətnamənin məzmununa xələl gəlməməli, onun mahiyyətinə təsir edə biləcək izahlara yol verilməməlidir. Belə olan halda, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)-1968/2018 saylı qətnaməsi üzrə tələbin hansı formada icra olunması tam aydın şəkildə göstəriliyindən, izah verilməli olan hal müəyyən edilməmişdir. Bununla belə X1nun icra sənədinin hissə-hissə icrasının zəruriliyini və mümkünlüyünü əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 8(010)-157/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar