Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-287/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 8(004)-368/2022 saylı qərardadından tələbkar X10 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar X7 nümayəndəsi X1 Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin hərəkətlərindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin qanunsuz, özbaşına hərəkətlərinin qarşısının alınmasına və qəbul edilmiş qətnamənin tam və dürüst icra olunmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 aprel 2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədli tərəfindən qəbul edilmiş 2(004)-308/2021 saylı qətnaməyə əsasən cavabdeh Borclu tərəfindən Tələbkar 4 ədəd qızıl-zinət əşyasını və ya onların dəyəri – 26.255 manat məbləğində pulun ödənilməsi qət edilmiş və qətnamə icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Qanunda nəzərdə tutulmuş qaydad icra müddətinin bitməsinə baxmayaraq, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi bugünə kimi qərəzli olaraq tam icra edilməmişdir. Borclu tərəfindən iddiaçıya 26.255 manat məbləğindən bu günə kimi hissə-hissə 2 ədəd qızı əşyasının pul şəkilində dəyəri cəmi 7340 manat pul ödənilmişdir. Mövcud qanunvericilikdə təsbit edilmişdir ki, tələbkarın razılığı olmadan qət edilmiş məbləğin hissəhissə ödənilməsi yolverilməzdir. Qalan 18.915 manat isə borclu tərəfindən ödənilməmişdir. Lakin, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubunda icra şöbəsinə göndərilmiş qızıl-zinət əşyalarının icra sənədində qeyd olunan qiymətlə eyni olduğu, yəni brilliant qaşlı üzüyün 2615 manat, komplektin isə 16.300 manat olduğu bildirilmişdir. "xxxx" MMC-nin həmin əşyaların dəyərinin qeyd olunan məbləğlərdə dəyərləndirməsi onda əsaslı şübhələr yaratmışdır. Bu tam yalan və saxta qiymətləndirmədir. Belə ki, həmin qızıl əşyaları icraçı və onun iştirakı ilə 2021-ci ildə “Moskva” univermağında 3 nəfər zərgər tərəfindən qiymətləndirilmiş və həmin əşyaların təxminən 5000 manat civarında olduğu müəyyən edilsə də, icraçı tərəfindən bu barədə akt tərtib edilməmişdir. Ona bu barədə irad bildirsə də o, bunu etməmişdir. Sonra həmin əşyaları müstəqil ekspertizaya göndərmiş, lakin ekspert tərəfindən həmin əşyaların dəyəri mütəxəsis rəyində hansısa məlum olmayan səbəbdən göstərilməmişdir. O, bu barədə icraçıya iradını bildirmiş və ekspertiza keçirilməsini və dəqiq qiymətlərin müəyyən edilməsini tələb etmişdir. Nəhayət bir ildən sonra icraçı "xxxx" dən xx.xx.2022-ci il tarixdə mütəxəsis rəyi deyil, sadəcə özünə sərf edən məktub alaraq, guya həmin iki ədəd əşyanın dəyərinin qətnamədə göstərilən qiymətlərlə uyğun olduğu bildirilmişdir. Ona bildirilmişdir ki, gəlib qızılları qəbul etsin və bununla da icra işi bitmiş hesab edilsin, götürmədiyi halda isə sənədlər məhkəməyə qaytarılacaqdır. Ona görə də, həmin iki ədəd əşyanı, yəni bir ədəd 2615 manat dəyərində brilliant qaşlı üzüyü və dəyəri 16.300 manat olan komplektin tam dəqiqliklə dəyərlərini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində əmtəəşünaslıq ekspertizasının keçirilməsi zəruridir. İstəyi sadəcə həmin əşyalar qiymətləndirildikdən sonra ona verilməsidir. Lakin, icraçı və onun şöbə rəisi, bunu öz “maraqlarına” toxunduğu üçün etmək istəmirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərardadı ilə tələbkar X7 nümayəndəsi X2 Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 hərəkətlərindən şikayətinin təmin edilməməsi qərara alınmışdır. Tələbkar X11 qərardaddan şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 8(004)-368/2022 saylı qərardadının ləğv olunması, şikayətin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, 21 iyun 2022-ci il tarixdə həmin qeyd olunan komplekt və üzük icra şöbəsində tələbkara ekspert-mütəxəssisə təqdim edilmişdir. Həmin əşyalara baxdıqdan sonra brilliant qaşları olan üzüyün forması və ümumi görünüşü və qurluşu tələbkara məxsus olmuş üzüyə oxşarlığı olsa da, lakin üzüyün çəkisində, onun əyarında, dəyərində qaşlarında əsaslı fərqlər mövcud olması, üzüyün çəkisi 10 qram olduğu halda, təqdim edilmiş üzüyün çəkisinin isə elektron tərəzidə çəkilərək 4,32 qram təşkiletdiyi, üzüyün əyarı 750 deyil 583 olduğu, dəyərinin isə 2615 manat deyil, cəmi 345 manat olmuşdur. 2-ci əşya üzrə, təqdim olunmuş komplekt (qolbaq və boyunbağı) 750 əyarlı, İtaliya istehsallı brilliant qaşları olan komplektin forması və ümumi görnüşü və qurluşu tələbkara məxsus olmuş komplektlə oxşarlığı olsa da, lakin təqdim olunan komplektin çəkisində, onun qaşlarında, qiymətində əsaslı fərqlər mövcuddur. Belə ki, həmin əşyalar tələbkar tərəfindən diqqətlə nəzərdən keçirildikdə tərəzidə çəkildikdə komplektin çəkisinin 60 qram deyil, 36,0 qram olduğu, qırıq və yararsız vəziyyətdə olması, komlektin dəyərinin isə 16.300 deyil, cəmi 3600 manat olduğu müəyyən edilmişdir. Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin qanunsuz, özbaşına hərəkətlərin qarşısının alınmasına, 2 ədəd qızıl əşyasının qiymətləndirilməsinə dair qəbul etdiyi məktub-qərarın əsassız və qanunsuz hesab edilməsi məsələsinə baxılmasınl, qəbul edilmiş qətnamənin tam və dürüst icra edilməsinə dair icraçıya tövsiyə edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədli tərəfindən 04 avqust 2022-ci il tarixdə şikayətin təmin edilməməsinə dair qərar qəbul edilmişdir. X17 ilə Sahib Allahverdiyev tanışdırlar, onlar bir binada çalşırlar və aralarında olan münasibətə görə onun xeyrinə qərar qəbul etmişdir. X15 təqdim edilmiş təkzibedilməz sübutlar göz qarşısında olmasına baxmayaraq o, bir binada işləyən icra məmurunu açıq aydın müdafiə edərək əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 8(004)-368/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, 2(004)-308/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu bir ədəd İtaliya istehsallı 750 əyarlı, çəkisi 10 qram olan 2615 manat dəyərində brilyant qaşları olan üzük, bir ədəd İtaliya istehsallı 750 əyarlı çəkisi 10 qram olan tək qaşlı 2710 manat dəyərində brilyant üzük, bir cüt İtaliya istehsallı 750 əyarlı çəkisi 15 qram olan 4630 manat dəyərində tək qaş brilyant sırğa, bir ədəd İtaliya istehsallı 750 əyarlı ümumi çəkisi 60 qram olan 16300 manat dəyərində qızıl brilyant qaşlı qolbaq, brilyant qaşlı 750 əyarlı boyunbağı ilə birlikdə (komplekt) və ya qızıl-zinyət əşyalarının dəyəri olaraq 26255 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar verilməsi müəyyən olunmuşdur. 05 mart 2021-ci il tarixli, LP-029/21 saylı Qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən brilliant qaşlı üzük- 2615 manat, tək qaşlı brilliant üzük-2710 manat, tək qaşlı brilliant sırğa-4630 manat, komplekt (qolbaq və boyunbağı)-16300 manat dəyərində olmaqla qızıl zinət əşyalarının ümumi bazar dəyəri 26255 manat dəyərində müəyyən olunmuşdur. 15 sentyabr 2021-ci il tarixli, LP-155/2021 saylı "xxxx" MMC tərəfindən təqdim edilmiş Mütəxəssis rəyində qeyd edilmişdir ki, siyahıda qeyd olunan brilliant qaşlı üzük və komplekt (qolbaq və boyunbağı) icra vərəqəsində qeyd olunan əşyalarla təqdim olunmuş fotoşəkillərdə olan əşyalarla eynidir. Lakin üzük (tək qaşlı) və sırğa (tək qaşlı) isə məhkəmə baxışı keçirilərkən şəkillər təqdim olunmadığından eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Üzük və sırğanın komplekt olaraq, hazırkı bazar qiyməti isə 1700 manatdır. 08 aprel 2022-ci il tarixli, "xxxx" MMC-nin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı məktubda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli mütəxəssis rəyində də göstərildiyi kimi qızıl-zinət əşyalarının ümumi dəyəri brilliant qaşlı üzük -2615 manat, komplekt (qolbaq və boyunbağı) -16300 manat olmaqla 18915 manat təşkil edir. xx.xx.2022-ci il tarixli Akta əsasən, Tələbkar xx.xx.2021-ci il tarixli, 2(004)-308/2021 saylı İcra vərəqəsinə əsasən ona verilməli olan bir ədəd İtaliya istehsallı 750 əyarlı, çəkisi 10 qram olan 2615 manat dəyərində brilyant qaşları olan üzüyü və bir ədəd İtaliya istehsallı 750 əyarlı ümumi çəkisi 60 qram olan 16300 manat dəyərində komplekti (qızıl brilyant qaşlı qolbaq, brilyant qaşlı 750 əyarlı boyunbağı ilə birlikdə (komplekt)) qəbul etməkdən imtina etmişdir. 19647 və 25104 nömrəli qəbzlərə əsasən Borclu müvafiq olaraq 5646 manat və 1700 manat olmaqla cəmi 7340 manat vəsaiti xx.xx.2021-ci il tarixli, 2(004)-308/2021 saylı icra vərəqəsinin icrası məqsədilə Tələbkar ödəmişdir. 24 iyun 2022-ci il tarixli 76 nömrəli X6 rəyində qeyd edilmişdir ki, 1 ədəd 750 əyarlı, ağ qızıldan hazırlanmış, çəkisi 36 qram olan, üzərində 89 ədəd kiçik ölçülü brilliant qaşlarla hazırlanmış istifadəyə yarasız vəziyyətdə olan kolye və bir ədəd üzərində 32 ədəd kiçik ölçülü brilliant qaşlarla hazırlanmış qolbaqdan ibarət dəst-3600 manat; 1 ədəd 583 əyarlı, ağ qızıldan hazırlanmış, çəkisi 4.32 qram olan çoxsaylı kiçik ölçülü qaşlarla hazırlanmış üzük- 345 manat olmaqla ümumi orta bazar qiyməti təxminən 3945 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, 2(004)-308/2021 saylı İcra vərəqəsinə əsasən cavabdeh Borclu bir ədəd İtaliya istehsallı 750 əyarlı, çəkisi 10 qram olan 2615 manat dəyərində brilyant qaşları olan üzük, bir ədəd İtaliya istehsallı 750 əyarlı çəkisi 10 qram olan tək qaşlı 2710 manat dəyərində brilyant üzük, bir cüt İtaliya istehsallı 750 əyarlı çəkisi 15 qram olan 4630 manat dəyərində tək qaş brilyant sırğa, bir ədəd İtaliya istehsallı 750 əyarlı ümumi çəkisi 60 qram olan 16300 manat dəyərində qızıl brilyant qaşlı qolbaq, brilyant qaşlı 750 əyarlı boyunbağı ilə birlikdə (komplekt) və ya qızıl-zinyət əşyalarının dəyəri olaraq 26255 manat məbləğində pulu iddiaçı Tələbkar verməlidir. İcra mərhələsində təyin edilmiş 15 sentyabr 2021-ci il tarixli, LP-155/2021 saylı "xxxx" MMC tərəfindən təqdim edilmiş Mütəxəssis rəyində qeyd edilmişdir ki, siyahıda qeyd olunan brilliant qaşlı üzük və komplekt (qolbaq və boyunbağı) icra vərəqəsində qeyd olunan əşyalarla təqdim olunmuş fotoşəkillərdə olan əşyalarla eynidir. Lakin üzük (tək qaşlı) və sırğa (tək qaşlı) isə məhkəmə baxışı keçirilərkən şəkillər təqdim olunmadığından eyni olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Bu baxımdan icra vərəqəsində nəzərdə tutulan bir ədəd İtaliya istehsallı 750 əyarlı çəkisi 10 qram olan tək qaşlı 2710 manat dəyərində brilyant üzük, bir cüt İtaliya istehsallı 750 əyarlı çəkisi 15 qram olan 4630 manat dəyərində tək qaş brilyant sırğanın eyniliyini müəyyən etmək mümkün olmadığından icra mərhələsində borclu tələbkara həmin qızıl zinət əşyalarının dəyərini yəni 7340 manatı ödəmişdir. Lakin mütəxəssis rəyi ilə qətnamə ilə verilməsi nəzərdə tutulan qızıl zinət əşyaları ilə borclunun tələbkara təqdim etdiyi qızıl zinət əşyalarının eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Hal-hazırda tələbkar X7 nümayəndəsi X1 Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin hərəkətlərindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin qanunsuz, özbaşına hərəkətlərinin qarşısının alınmasına və qəbul edilmiş qətnamənin tam və dürüst icra olunmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Belə ki, tələbkar qətnamə ilə ona təqdim edilməli olan bir ədəd İtaliya istehsallı 750 əyarlı, çəkisi 10 qram olan 2615 manat dəyərində brilyant qaşları olan üzük və bir ədəd İtaliya istehsallı 750 əyarlı ümumi çəkisi 60 qram olan 16300 manat dəyərində komplekt (qızıl brilyant qaşlı qolbaq, brilyant qaşlı 750 əyarlı boyunbağı ilə birlikdə (komplekt)) ilə icra mərhələsində ona təqdim olunan qızıl zinət əşyalarının eyni olmadığına istinad edərək həmin qızıl zinət əşyalarının qəbul edilməsindən imtina etmişdir. İcra mərhələsində təyin edilmiş 15 sentyabr 2021-ci il tarixli, LP-155/2021 saylı "xxxx" MMC tərəfindən təqdim edilmiş Mütəxəssis rəyində göstərilmişdir ki, siyahıda qeyd olunan brilliant qaşlı üzük və komplekt (qolbaq və boyunbağı) icra vərəqəsində qeyd olunan əşyalarla təqdim olunmuş fotoşəkillərdə olan əşyalarla eynidir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, mübahisə ilə bağlı mülki işə məhkəmədə baxılan zaman məhz "xxxx" MMC ekspertiza mərkəzinin rəyinə əsasən mübahisə predmeti olan qızıl zinət əşyalarının dəyəri müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin məhz bu fakta istinad edərək icra mərhələsində qızıl zinət əşyalarının eyni olubolmamasını müəyyən etmək üçün həmin Ekspertiza mərkəzinə müraciət etmişdir. Bu baxımdan tələbkarın həmin qızıl zinət əşyalarının qəbulundan imtinası tamamilə əsassızdır. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyev icra sənədinin icra olunması üçün zəruri olan bütün hərəkətləri etmişdir. Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, e141035/2021-53-14-001 saylı icra işi ilə bağlı icra məmuru tərəfindən bütün qanunamüvafiq tədbirlər görülmüşdür, icra məmurunun hərəkətlərində hər hansı bir qanunsuzluq aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 8(004)- 368/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №8(103)-287/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-287/2022
14.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver