Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-287/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)-352/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Borclu Ağabala oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4995/2018 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı «alimentin artırılması tələbinə dair» iddiası qismən təmin edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)- 6824/2015 saylı qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün iddiaçı Tələbkar xeyrinə tutulan alimentin miqdarı artırılması, cavabdeh Borclu xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaq yetkinlik yaşına çatanadək iddiaçı Tələbkar xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hisssədə təmin edilməməsi, Borclu 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, həmin qətnamə əsasında təyin edilmiş aliment məbləğinin minimum əmək haqqının müvafiq misli miqdarında indeksasiya edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 352/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 4995/2018 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya edilməsi, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişiklik edilmiş); Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2, 232.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Ali Məhkəmə Plenumunun əlaqəli qərarında, həmçinin qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Belə olan halda, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2018-ci ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 173 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 154 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.89 (154/173) misli həddində indeksasiya olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qərardadla indeksasiya olunmuş alimentin tutulmasının əvvəli müvafiq ərizənin məhkəmənin icraatına daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 4995/2018 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Borclu Ağabala oğlu şikayətini belə əsaslandırmışdır ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsi belə hesab edib ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2018-ci ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 173 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 154 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 (154/173) misli həddində indeksasiya olunmalıdır. Məhkəmə qərardad qəbul edərkən Ailə Məcəlləsinin 110-cu maddəsinə və Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) istinad edib. Məhkəmənin qərardadı ilə müəyyən edilən alimentin məbləği 2025-ci il üzrə yaşayış minimumu haqqında qanuna ziddir. Belə ki, həmin qanuna görə, 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat təşkil edir. Uşaq hüquqları haqqında qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Suraxanı rayon Məhkəməsi alimenti ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində müəyyən edib ki, bu məbləğ 2025-ci il üzrə 356 manat (400*0.89) təşkil edir. Həmin məbləğ 2025-ci il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumdan 1,45 dəfə çoxdur. Onun başqa nikahdan da övladları var, onların da saxlanması onun vəzifəsidir. Hazırki şəraitdə 356 manatın aliment kimi tutulması həmin uşaqların hüquqlarını pozmuş olacaq. Suraxanı Rayon Məhkəməsi bu qərardadla Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilən halları pozub. Belə ki, həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu aşağıdakıları qeyd edib: Alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanıməhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanıməhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Göründüyü kimi, Suraxanırayon Məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmayıb, mənim maddi vəziyyətimin təyin edilən alimenti ödəmək imkanında olubolmamasını, başqa nikahdan övladlarımın olub-olmamasını, alimenti indeksasiya edərkən onun 2025-ci il üzrə yaşayış minimumu haqqında qanunda uşaqlar üçün nəzərdə tutulan yaşayış minimum məbləğindən daha üstün olmasını nəzərə almayıb. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəmənin Plenumun 28 mart 2016-cı il tarixli qərarında Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə tərəfindən alimentin miqdarımüəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə qərardadından görünür ki, məhkəmə hər iki tərəfin ailə və maddi vəziyyətini, mənim təyin edilən alimenti ödəmək qabiliyyətimi müəyyən etməyib. Digər tərəfdən, uşağa münasibətdə təkcə borclu şəxsin vəzifəsi deyil, eyni zamanda tələbkar da uşağın saxlanmasında iştirak etməlidir. Bu halda məhkəmə onun saxlanma xərclərini tərəflər arasında bölə bilər. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Borclu şikayət vermiş və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilərək, təyin ediləcək alimentin miqdarının 2025-ci il üzrə uşaqlar üzrə yaşayış minimum həddində müəyyən edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2, 110.1, 110.2, 112.1, 112.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Borclu Ağabala oğlu şikayətini belə əsaslandırmışdır ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsi belə hesab edib ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2018-ci ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 173 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 154 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 (154/173) misli həddində indeksasiya olunmalıdır. Məhkəmə qərardad qəbul edərkən Ailə Məcəlləsinin 110-cu maddəsinə və Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) istinad edib. Məhkəmənin qərardadı ilə müəyyən edilən alimentin məbləği 2025-ci il üzrə yaşayış minimumu haqqında qanuna ziddir. Belə ki, həmin qanuna görə, 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat təşkil edir. Uşaq hüquqları haqqında qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Suraxanı rayon Məhkəməsi alimenti ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində müəyyən edib ki, bu məbləğ 2025-ci il üzrə 356 manat (400*0.89) təşkil edir. Həmin məbləğ 2025-ci il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumdan 1,45 dəfə çoxdur. Onun başqa nikahdan da övladları var, onların da saxlanması onun vəzifəsidir. Hazırki şəraitdə 356 manatın aliment kimi tutulması həmin uşaqların hüquqlarını pozmuş olacaq. Suraxanı Rayon Məhkəməsi bu qərardadla Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilən halları pozub. Belə ki, həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu aşağıdakıları qeyd edib: Alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanıməhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanıməhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Göründüyü kimi, Suraxanırayon Məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmayıb, mənim maddi vəziyyətimin təyin edilən alimenti ödəmək imkanında olubolmamasını, başqa nikahdan övladlarımın olub-olmamasını, alimenti indeksasiya edərkən onun 2025-ci il üzrə yaşayış minimumu haqqında qanunda uşaqlar üçün nəzərdə tutulan yaşayış minimum məbləğindən daha üstün olmasını nəzərə almayıb. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəmənin Plenumun 28 mart 2016-cı il tarixli qərarında Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə tərəfindən alimentin miqdarımüəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə qərardadından görünür ki, məhkəmə hər iki tərəfin ailə və maddi vəziyyətini, mənim təyin edilən alimenti ödəmək qabiliyyətimi müəyyən etməyib. Digər tərəfdən, uşağa münasibətdə təkcə borclu şəxsin vəzifəsi deyil, eyni zamanda tələbkar da uşağın saxlanmasında iştirak etməlidir. Bu halda məhkəmə onun saxlanma xərclərini tərəflər arasında bölə bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-352/2025 saylı işi üzrə xx.xx.2025 -ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən: 1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın nəticə hissəsinin 1ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkməsəinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, hazırkı mərhələdə birinci instansiya məhkəməsi tərəfindən artıq əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş aliment məbləğinin indeksasiya edilməsi qiymət vermişdir. Borclunun şikayətində qeyd etdiyi dəlillər isə onun ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün əsasdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-352/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-287/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-287/2025
23.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver