Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-291/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, “İcra sənədinin aidiyyatı üzrə göndərilməsinə dair” Nərimanov rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevin 28.01.2021-ci il tarixli qərarının ləğv edilməsi və icra işinin Nərimanov rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevə həvalə edilməsinə dair” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-129/2021 saylı, 30 mart 2021-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə verilmiş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı, 05.10.2018-ci il tarixli icra sənədində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli 2(103)- 3441/2017 saylı qərardadı ilə siyahıya alınmış (üzərinə həbs qoyulmuş) və ünvan 1 ünvanlarında yerləşən 212.37 ədəd-35.077 çeşid, 3.128.141 manat dəyərində olan mal və məhsulların dəyərinin yarısı, yəni 1.564.070 (bir milyon beş yüz altmış dörd min yetmiş) manat məbləğində pul cavabdeh X3 alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin 28.01.2021-ci il tarixli 57- 109588/19-15-19 nömrəli icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı, 05.10.2018-ci il tarixli icra sənədi icra olunması üçün ərazi aidiyyəti üzrə Nəsimi rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. X1 Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “icra sənədinin adiyyəti üzrə göndərilməsinə dair” 28.01.2021- ci il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-129/2021 saylı, 30 mart 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin” icra sənədinin aidiyyatı üzrə göndərilməsinə dair” 28.01.2021-ci il tarixli qərarının ləğv edilməsinə və icra işinin Nərimanov rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevə həvalə edilməsinə dair” X1 tərəfindən verilmiş şikayəti təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan X1 şikayət verərək, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin 28.01.2021-ci il tarixli qərarının ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı 05.10.2018-ci il tarixli icra sənədi, onun 21.01.2021-ci il tarixli ərizəsinə və üzərində məhkəmənin qərardadı ilə həbs olan “Hyundai-İX55(35)” markalı, **- NU-*** nömrə nişanlı nəqliyyat vasitəsinin Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən qanunsuz özgəninkiləşdirilməsi səbəbindən, işin Nərimanov rayon İcra Probasiya Şöbəsinə göndərilməsinə dair qərar qəbul edilməsinin Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətə baxılarkən Nərimanov rayon İcra və Probasiya şöbəsinin əməkdaşı məhkəmə iclasında iştirak etmədiyi və onun iştirakının olmadan baxılmasına etiraz etmədiyi barədə sənəd təqdim edilməsi, qərardadda öz əksini tapmamışdır. Yəni, İcra və Probasiya şöbəsinin prossesdə iştirak etməməsini, şikayətin qəbul etməsi və heç bir etirazının olmadığı kimi qəbul etmək olar. Məhkəmə şikayətdə göstərilən və qərardadda qeyd edilən mübahisəyə dair İcra və Probasiya şöbəsinin 28.01.2021-ci il tarixdə 57-109588/19-15-19 nömrəli icra sənədinə əsasən ərazi aidiyyatı üzrə Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilməsini qeyd etmişdir. Lakin, şikayətdə qeyd edilməsinə baxmayaraq, 2018-ci il tarixdə qəbul edilmiş məhkəmə qətnaməsinin ərazi aidiyyatı üzrə Nəsimi rayon İcra və Probasiya şöbəsinə aid olduğu halda hansı səbəbdən Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən və ya tələbkarın müraciəti əsasında həmin tarixdə ərazi aidiyyatı üzrə göndərilməməsi araşdırılmamışdır. Borclu tərəfindən 21.01.2021 -ci il tarixli ərizə ilə müraciət etdikdən sonra, ərizə poçt vasitəsilə Bakı şəhərində 2-gün müddətində aidiyyəti ünvana çatmalı olduğu halda, 18.02.2021-ci il tarixdə çatdığı qeyd edilmişdir. İcra və Probasiya şöbəsi isə 29.01.2021-ci il tarixdə xəbərdarlıq əsasında 08.02.2021-ci il tarixdə Nərimanov rayon İcra və Probasiya şöbəsinə gəlməsi xahiş edilmişdir. İlk növbədə borclu icra və Probasiya şöbəsinə gəlməsinin səbəbi göstərilməmişdir. Borclunun Nəsimi rayon ərazisində 28 May küç ev-20 mən-79 ünvanında qeydiyyatda olmasına baxmayaraq, ünvan 4 yaşayır. Borcluya aid 055 *** ** ** nömrəsinə zəng edilməsi isə sübut olaraq işə əlavə edilməmişdir. Borclunun istifadə etdiyi mobil nömrə mütəmadi olaraq açıq vəziyyətdədir. Bu halda da icra və probasiya şöbəsinin fikirləri əsassızdır. Əlavə olaraq borclya aid ** NU *** nömrə nişanlı Hyundai İX-35 markalı borcluya məxsus avtomobilin üzərində həbs olduğu halda özgəninkiləşdirilməsinə şərait yaratdığı üçün, aidiyyəti ərazi üzrə icra işinin göndərilməsini xahiş etmişdir. Çünki, Nərimanov rayon İcra və Probasiya şöbəsi üzərində həbs olan nəqliyyat vasitəsini özgəninkiləşdirilməsinə şərait yaratdığı üçün, qərardadın tələbinə hörmət etmədiyi üçün, etibar etmədiyi səbəbindən Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdi. Tələbkarın isə Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilməsində heç bir marağı yox idi. Çünki, göründüyü kimi üzərində həbs olan bir nəqliyyat vasitəsi Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən özgəninkiləşdirilmişdir. Bu halda Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilməsinə tələbkar üçün lüzum yox idi. Qərardadda borclunun Nəsimi rayon ərazisində qeydiyyatda olmağı ilə bağlı yaşayış yerindən aldığı 18.01.2021 -ci il tarixli, № 19 saylı arayışa əsasən müəyyənləşmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən bu barədə MKTBə sorğu verilməmiş və bu barədə sənəd işə əlavə edilməmişdir. Qərardda qeyd edilmişdir ki, 26.08.2019-cu il tarixli iltizamın surətindən görünür ki, Mişiyev (“Şiriyev” kimi hansı səbəbdən göstərilib borclunun soyadı?) Rövşən Adil oğlu 05.10.2018- ci il tarixli icra vərəqəsinə əsasən, 212137 ədəd malların hazırda olmaması qeyd edilmişdir. Həmin malların olmaması, ümumiyyətlə icra vərəqəsi üzrə icra hərəkətləri borclunun iltizamnaməsi əsasında təmin edilməlidir, yoxsa icra şöbəsinin icra haqqında qanunun tələblərinə uyğun hərəkət etməsi? Eləcə də 26.08.2019-cu il tarixli qərara əsasən əmlakın axtarılmasının qərara alındığı göstərilmişdir. Buna baxmayaraq, həmin malların mağazada olmaması barədə foto çəkilməmiş, mallar omadığı halda mağaza tamam boş olmalı idi. Mağazanın fəaliyyəti isə həmin malların satışından ibarətdir. Bu halda mallar yerində olduğu halda axtarış barədə qərar verməyə nə ehtiyac var idi? Baxmayaraq malların olmamasını təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. Əlavə olaraq, 01.08.2019-cu il tarixli akta əsasən icra sənədinin icra olunması məqsədilə borclunun 055 *** ** ** nömrəsi əlaqə saxlanılması və icra sənədinin mahiyyəti “şifahi" olaraq elan edilməsi bildirilmişdir. Dövlət orqanında hansı səbəbdən icra işi şifahi olaraq elan edilir və borcluya bu barədə rəsmi sənəd verilmir? Bu halda da icra hərəkətləri birtərəfli və tələbkarın maraqları nəzərə almaqla həyata keçrilməsinə əsas ola bilər. Borclu zəng edilməsi ilə bağlı çıxarış və borclunun səs yazısı məhkəməyə təqdim edilməlidir. Əks halda sübut kimi qəbul edilə bilməz. Qərardada “məhkəmənin qənaətinə görə” tələbkarın təşəbbüsünə və icra və probasiya şöbəsinin qərarına görə əmlakların Nəsimi rayon ərazisində olduğundan icra işinin Nəsimi İcra və Probasiya şöbəsinə göndərilməsi də əsas ola bilməz. Çünki iş materiallarından aydın görünür ki, əmlakın bir hissəsi elə Nərimanov rayon ərazisindədir. Borclu tərəfindən rəsmi müraciət edilməyənə qədər də borclu Nəsimi rayon ərazisində qeydiyyatda olmağı baraədə sübut yox idi. Bu halda da Nərimanov rayon İcra və Probasiya şöbəsinin fikirləri əsassızdır. İşə əlavə edilmiş sübutlardan aydın görünür ki, borclu Nərimanov rayon İcra və Probasiya şöbəsinin məhkəmə qərardadına hörmətsizlik edərək, MPM-nin 15-ci maddəsinin tələbini pozaraq, üzərində həbs olan nəqliyyat vasitəsi özgəninkiləşdirilməsinə şərait yaratdığı üçün, iş materialların Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Borclu hesab edir ki, qərardad ləğv edilməlidir və icra sənədinin Nəsimi rayon İcra və Probasiya şöbəsinə borclunun ərizəsi və təşəbbüsü əsasında göndərilməsinə dair qərardad qəbul edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-129/2021 saylı, 04 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 10.1-ci maddəsinə əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin qanunun 24.1.2-ci maddəsinə əsasən, icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərilə bilər. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsasən, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Kollegiya qeyd edir ki, X1 21.01.2021-ci il tarixdə məktubla Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Nəsimi rayon MKTB-nin 49 saylı MKİS-in 18.01.2021-ci il tarixli 019 saylı arayışına əsasən, o, R.A.Mişiyev ünvan 5 ünvanında qeydiyyatda olduğundan, icraatda olan onunla bağlı olan bütün icra işlərinin və iş materiallarının qanunvericiliyin tələbinə əsasən, ərazi üzrə Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilməsinə göstəriş verilməsini xahiş etmişdir. Bundan başqa icra sənədinin aiddiyyəti üzrə göndərilməsi haqqında 28.01.2021-ci il tarixli böyük icra məmuru Cəmil Tağıyevin qərarından da görünür ki, X1 əmlakların bir hissəsi Nəsimi rayonu ərazisində yerləşir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin “icra sənədinin adiyyəti üzrə göndərilməsinə dair” 28.01.2021-ci il tarixli qərarı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, qəbul edilmiş və həmin qərarın ləğv edilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilmir. Şikayətin dəlilləri formal xarakter daşıyır və şikayətçinin formal mülahizələrinə əsaslanır. Belə olan halda qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, borclu tərəfindən verilmiş şikayət təmin olunmamalı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 129/2021 saylı, 30 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-129/2021 saylı, 30 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-291/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-291/2021
22.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver