Məhkəmə qərarları › İş №8(103)-291/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-291/2025

24.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-291/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətə dair iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 saylı 3 mart 2023-cü il tarixli icra sənədi üzrə X1 Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətə dair iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-266/2025 nömrəli 16 may 2025-ci il tarixli qərardadından X1 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. X2 şikayət ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarxli cavab məktubuna istinadən Nərimanov rayon icra Şöbəsinin rəisi Rəşad Abbasov və icra məmuru Babək Qarayevin hərəkətləri qanunsuz hesab edilməsi və Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə üzərinə həbs qoyulmuş avtomobillərin hərracda satışından əldə edilən vəsaitdən ilkin olaraq onun tələblərinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkənəsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 160.000 manat tutularaq onun xeyrinə ödənilməlidir, icra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin 8(005)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu Tcfiq oğluna məxsus Ford Transit yük markalı, 90-CY- 299 dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, X17 yük markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, X17 515CDİ markalı, **-TY- *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı, X17 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, 99- MK-299 dövlət qeydiyyat nişanlı, X19 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, 99-CY299 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Həbsdə olan avtomobillərin bir qismi hərracda satılmış və sonradan aydın olmuşdur ki, borcluya qarşı başqa şəxslərin də iddia tələbləri olmuş və onlar da məhkəməyə müraciət etmişdir. Nəticədə müvafiq qətnamələr çıxarılmış və icraya göndərilmişdir. Hal-hazırda yaranan problem borcluya aid avtomobillərin satışından əldə edilmiş vəsaitin tələbkarlar arasında hansı ardıcıllıqla bölüşdürülməsi ilə bağlıdır. İlk olaraq onun tələblərinin təmin edilməli olması ilə bağlı Nərimanov rayon İcra Şöbəsinə müraciət etsə də həmin qurum tərəfindən xx.xx.2025-ci il tarixli cavab məktubu ilə tələbkarın tələbləri təmin edilməmişdir. Belə ki, Nərimanov rayon İcra Şöbəsi "İcra Haqqında" Qanunun 75.8- ci maddəsini əsas gətirərək əldə edilmiş vəsaitin tələbkarlar arasında növbəlilik qaydasında deyil mütənasib qaydada bölüşdürülməli olduğunu qeyd etmişdir. Bununla bağlı bildirmək istəyir ki, tələbkar kimi ona verilmiş icra sənədi daha öncə verildiyi üçün avtomobillərin satışından əldə edilmiş vəsait ilk öncə onun tələbinin qarşılanmasına yönəldilməlidir. Göründüyü kimi qanunun 75.6-cı maddəsinə əsasən qalan tələblər beşinci növbədə, icra sənədlərinin daxil olma ardıcıllığına əsasən ödənilməlidir. Cari işdə iddiasının təmin edildiyini əks etdirən Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi digər icra sənədlərindən əvvəl İcra Şöbəsinə daxil olduğu üçün ilkin olaraq onun tələbləri təmin edilməlidir. Hal-hazırda Nərimanov rayon İcra Şöbəsi bu məsələ ilə bağlı fərqli düşünməkdədir və vəsaitin tələbkarlar arasında mütənasib qaydada bölüşdürülməli olduğunu bildirməkdədir. Bu yanaşma olduqca yalnışdır və qanunun tələblərinin birbaşa pozuntusudur. Eyni zamanda “İcra haqqında” Qanunun 75.8-ci maddəsinin cari işə tətbiq edilməsinin də əhəmiyyətsiz olduğunu düşünür.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-266/2025 saylı, 30 aprel 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilərək X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli 174089/2024-15-2 saylı cavab məktubu üzrə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayevin hərəkətləri qanunsuz hesab edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu üzərinə həbs qoyulmuş əmlakların hərracda satışından əldə edilən vəsait ilə ilkin olaraq X4 tələbi təmin edilməsi qərara alınmışdır.

4. Həmin qərardaddan Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən şikayət verilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-266/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsi xahiş olunmuşdur.

5. Şikayət onunla əsaslandırımışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkənəsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 160.000 manat tutularaq X4 xeyrinə ödənilməlidir, (icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraata başlanılmışdır). Sözügedən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin 8(005)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, X17 yük markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, X17 515CDİ markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı, X17 markalı, 10BY-299 dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, 99- MK-299 dövlət qeydiyyat nişanlı, X19 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Həbsdə olan avtomobillərin bir qismi hərracda satılmış və sonradan aydın olmuşdur ki, borcluya qarşı başqa şəxslərin də iddia tələbləri olmuş və onlar da məhkəməyə müraciət etmişdir. Nəticədə müvafiq qətnamələr çıxarılmış və icraya göndərilmişdir. Hazırda yaranan problem borcluya aid avtomobillərin satışından əldə edilmiş vəsaitin tələbkarlar arasında hansı ardıcıllıqla bölüşdürülməsi ilə bağlıdır. X12 ilk olaraq onun tələbinin təmin edilməli olması ilə bağlı Nərimanov rayon İcra Şöbəsinə müraciət etmiş, lakin "İcra Haqqında" Qanunun 75.8-ci maddəsini əsas gətirərək əldə edilmiş vəsaitin tələbkarlar arasında növbəlilik qaydasında deyil mütənasib qaydada bölüşdürülməli olduğu bildirilmişdir. Məlumat üçün bildirilir ki, şöbənin icraatına Borclu qismində tərəf olduğu daha 4 icra sənədi vardır. 1.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı 9 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasıya prosesi nəticəsində X14 və Borclu arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin: Bu Saziş ilə Birinci tərəf X14 ilə İkinci tərəf Borclu qarşılıqlı olaraq razılaşırlar ki, X8, borc kimi xx.xx.2023-cü il tarixində Borclu verdiyi və Borclu tərəfindən 29.07 2023-cü il tarixində X10 geri qaytarmalı olduğu 65 635 AVRO pulu Borclu xx.xx.2023-cü il tarixində tam olaraq X11 geri qaytaracaqdır. xx.xx.2023-cü il tarixinə qədər X14 tərəfindən həmin pulun geri tələb olunması uçun Məhkəməyə və ya İcra şöbələrinə müraciət olunmayacaq. xx.xx.2023-cü il tarixinə qədər Borclu həmin 65 635 AVRO pulu X10 qaytarmasa bundan dolayı məsuliyyət daşıyacaq və qaytarılmayan məbləğə görə X10 hər gecikmiş gün üçün həmin qaytarılmamış məbləğin 1%-i qədər dəbbə pulu ödəyəcəkdir (icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır). 2. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-573/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin cavabdehlər Borclu və qeyrilərinə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Borclu mülkiyyətində olan: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 2 ev 20, 40 saylı mənzil; Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3v, 2 saylı mənzil və 3 saylı mənzil; ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası; 10TY299 nömrə nişanlı, 2006 buraxılış il, ban nömrəsi WD69061531N313426, ağ rəngli, X17 515CDİ markalı yük avtomobili; 90ZX299 nömrə nişanlı, 2008 buraxılış il, şassi nömrəsi KMCGK17CP8C081607, ağ rəngli, Hyundai HD72 markalı yük avtomobili; 99XV299 nömrə nişanlı, 2002 buraxlış ili, ban nömrəsi WDB9036111R377688, sarı rəngli, Mercedes Benz 308 CDİ markalı yük avtomobili; 90FY299 nömrə nişanlı, 2007 buraxılış ili, ban nömrəsi WDB9061531N328568, ağ rəngli, X17 markalı yük avtomobili; 10LD299 nömrə nişanlı, 1997 buraxılış ili, qara rəngli, Mercedes 320 markalı minik avtomobili; 99MK299 nömrə nişanlı 2009 buraxılış ili, ağ rəngli, ban nömrəsi WF0XXXBDFX9P46121, Ford Transit markalı yük avtomobili;. 90RO299 nömrə nişanlı, 2008 buraxılış ili, Şassi nömrəsi KMCGK17FP8C079935, ağ rəngli, Hyundai HD65 markalı yük avtomobili; 99UX299 nömrə nişanlı, 2008 buraxılış ili, ban nömrəsi WDF**********4785, qara metallik rəngli, X19 115 CDİ markalı yük avtomobili; 90CY299 nömrə nişanlı, 2011 buraxılış ili, ban nömrəsi WF0FXXTTFFBK61200, ağ rəngli, Ford Transit yük markalı yük avtomobili; 10BY299 nömrə nişanlı, 2008 buraxılış ili, ban nömrəsi WDB9061531N411764, ağ rəngli, X17 yük markalı yük avtomobili; 99TV299 nömrə nişanlı,2010 buraxılış ili, ban nömrəsi W0L0AHL**********, qara metallik rəngli Opel Astra minik markalı yük avtomobili; 99TP299 nömrə nişanlı, 2013 buraxılış ili, ban nömrəsi KMFGA17CPDC219944, ağ rəngli, Hyundai HD65 yük markalı yük avtomobili; 99CY299 nömrə nişanlı, 2008 buraxılış ili, ban nömrəsi WF0FXXTTFF8D68970, ağ rəngli Ford Transit markalı yük avtomobili; 90TY299 nömrə nişanlı, 2008 buraxılış ili, ban nömrəsi WF0FXXTTFF8G56201, ağ rəngli, Ford Transit markalı yük avtomobilinin özgəninkiləşdirilməsi cavabdeh Borclu qadağan edilməlidir (icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxıl olmuş və müvafiq qaydada icraata başlanılmışdır). 3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-2292/2024 nömrəli xx.xx.2024-cu il tarixli icra sənədinə əsasən Borclu Tofıq oğlundan 100000 manat məbləğində pul vəsait, və 390 manat dövlət rüsumu X3 xeyrinə ödənilməlidir (icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxıl olmuş və müvafiq qaydada icraata başlanılmışdır). 4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-461/2025 saylı xx.xx.2025ci il tarixli icra sənədi üzrə Borclu 142.000 manat (bir yüz qırx iki min manat) əsas borc və 432 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq iddiaçı X9 ödənilməlidir (icra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır). Qeyd olunan icra sənədləri icra məmurunun müvafiq qərarı ilə ümumi icraata birləşdirilmişdir. Borclunun əmlakının satışından əldə olunmuş vəsait hazırda şöbənin depozit hesabındadır. Şöbənin icraatında olan icra sənədləri tələbkarların tələblərinin təmin edilməsinin eyni (5-ci növbə) növbəliyinə aid olduğundan və borcludan tutulmuş pul məbləği bütün tələbləri tam təmin etmək üçün yetərli olmadığından tələblər icra sənədlərinin daxil olma ardıcılığı deyil, tələbkarlara verilməli məbləğə mütanasib olaraq təmin edilməlidir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-266/2025 saylı, 16 may 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-266/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X1 şikayəti təmin edilməmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, şöbənin icraatında Borclu qismində tərəf olduğu bir neçə icra sənədi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun mülkiyyətində olan əmlakların satışından əldə olunan vəsait Borclu olduğu icra sənədləri mütənasib şəkildə ödəniləcəkdir. Məhkəmə hesab etmişdir ki, qeyd olunan icra sənədləri üzrə tələblər qanunvericilikdə göstərilmiş ilkin olaraq təmin edilməli olan (m. 75.2 - 75.5) tələblər kateqoriyasına (alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər, əmək hüququ münasibətlərindən əmələ gələn tələblər, vəkillər tərəfindən göstərilən hüquqi xidmətə görə haqq ödənilməsinə dair tələblər, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəllifə çatacaq mükafatın ödənilməsinə dair tələblər, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, habelə icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna ödənişlər üzrə tələblər, dövlət büdcəsinə və üçüncü növbə ilə nəzərdə tutulmamış büdcədənkənar dövlət fondlarına ödənişlər üzrə tələblər) aid olmadığından, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 75.6-cı maddəsində nəzərdə tutulmuş icra sənədlərinin icra edilmə ardıcıllığına görə 5-ci növbəli tələblərə aid olduğundan həmin tələblərin təmin edilməsi icra sənədlərinin daxil olma ardıcıllığına müvafiq olaraq həyata keçirilməlidir. Bununla belə, qanunvericiliyə əsasən, borcludan tutulmuş pul məbləği bir növbədən olan bütün tələbləri tam təmin etmək üçün yetərli olmadıqda, bu tələblər hər bir tələbkara verilməli məbləğə mütənasib olaraq təmin edilməlidir.

8. Hazırki iş üzrə icra sənədləri üzrə tələblərin hər biri eyni - 5- ci növbəli tələblər kateqoriyasına daxil olduğundan, icra sənədləri üzrə borcludan tutulmuş pul məbləği isə qeyd olunan bütün tələbləri tam təmin etmək üçün yetərli olmadığından, Borclu olduğu icra sənədləri üzrə tələblər mütənasib olaraq təmin edilməlidir. X4 tələbkar olduğu icra sənədi icra şöbəsinə ilkin olaraq daxil olması, Borclu icra sənədi üzrə tələbin təmin edilməsinə dair öz vəzifələrini yerinə yetirməkdən yayınması, digər tələbkarların qanuni qüvvəyə minmiş məhkəmə aktları üzrə eyni borcluya - Borclu qarşı olan tələblərinin ödənilməməsinə - ödənilməsinin gecikdirilməsinə səbəb olmamalıdır. İcra sənədləri üzrə tələblərin mütənasib olaraq təmin edilməsi, hər bir tələbkarın hüquqların müdafiəsinə yönəlmiş tədbirdir.

9. Sonunda məhkəmə qeyd etmişdir ki, Nərimanov rayon icra Şöbəsinin - icra məmurunun icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir və onun tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar yoxdur.

10. Birinci instansiyası məhkəməsi qərardadını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54.2, 75.1, 75.2, 75.3, 75.4, 75.5, 75.6, 75.7 və 75.8-ci maddələrinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

11. X1 nümayəndəsi-vəkili Vəkil həmin qərardaddan elektron məhkəmə sistemi vasitəsi ilə şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 414/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X1 şikayətinin təmin edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli,xx.xx.2023- cü il tarixli icra sənədinə əsasən Borclu 160.000 manat tutularaq onun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin 8(005)-474/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən Borclu məxsus Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, X17 yük markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, 90- ZX-299 dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, X17 515CDİ markalı, **-TY- *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı, X17 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, 99- MK-299 dövlət qeydiyyat nişanlı, X19 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Həbsdə olan avtomobillərin bir qismi hərracda satılmış və sonradan aydın olmuşdur ki, borcluya qarşı başqa şəxslərin də iddia tələbləri olmuş və onlar da məhkəməyə müraciət etmişlər. Nəticədə müvafiq qətnamələr çıxarılmış və icraya göndərilmişdir. Hal-hazırda yaranan problem borcluya aid avtomobillərin satışından əldə edilmiş vəsaitin tələbkarlar arasında hansı ardıcıllıqla bölüşdürülməsi ilə bağlıdır. O, ilk olaraq onun tələblərinin təmin edilməli olması ilə bağlı Nərimanov rayon İcra Şöbəsinə müraciət etsə də, həmin qurum tərəfindən xx.xx.2025-ci il tarixli cavab məktubu ilə tələbkarın tələbləri təmin edilməmişdir. Belə ki, Nərimanov rayon İcra Şöbəsi “İcra haqqında” qanunun 75.8-ci maddəsini əsas gətirərək əldə edilmiş vəsaitin tələbkarlar arasında növbəlilik qaydasında deyil mütənasib qaydada bölüşdürülməli olduğunu qeyd etmişdir. Bununla bağlı bildirir ki, tələbkar kimi ona verilmiş icra sənədi daha öncə verildiyi üçün avtomobillərin satışından əldə edilmiş vəsait ilk öncə onun tələbinin qarşılanmasına yönəldilməlidir. Göründüyü kimi Qanunun 75.6-cı maddəsinə əsasən qalan tələblər beşinci növbədə, icra sənədlərinin daxil olma ardıcıllığına əsasən ödənilməlidi. Hal-hazırda Nərimanov rayon İcra Şöbəsi və Nərimanov Rayon Məhkəməsi bu məsələ ilə bağlı fərqli düşünməkdədir və vəsaitin tələbkarlar arasında mütənasib qaydada bölüşdürülməli olduğunu bildirməkdədir. Sözügedən məsələni Nərimanov Rayon Məhkəməsi öz qərardadında “İcra haqqında” Qanunun 75.8-ci maddəsi ilə əsaslandırmışdır. Bu yanaşma yalnışdır və tələbkarın hüquqlarını pozmaqdadır. Nərimanov Rayon Məhkəməsinin borclu ilə bağlı digər bir qərardadı olan 8(005)-260/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından aydın olur ki, üzərinə həbs qoyulmuş avtomobillərlə yanaşı cavabdehin mülkiyyətində digər daşınmaz əmlaklar da vardır. Lənkəran şəhəri 21-ci məhəllə sahəsi 0.058250 ha, Lənkəran şəhəri 21-ci məhəllə, 12a, döngə 5 sahəsi 1316,70 m2 , Bakı şəhəri, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi, ev 3D sahəsi 42,13 m2 , Bakı şəhəri, Nərimanov rayonu Tələt Şıxəliyev küçəsi, ev 20, 40 saylı mənzil sahəsi 148.30 m2, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3v, 3 saylı mənzil sahəsi 33.68 m2, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3v, 2 saylı mənzil sahəsi 35.58 m2, Lənkəran rayonu, Şovu kəndi, ev 0 sahəsi 115.20 m2 , Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3v əmlakları Borclu mülkiyyətindədir. Sözügedən qərardad qoşmaya əlavə ediləcəkdir. Buradan belə anlaşılır ki, borcludan tutulacaq pul məbləği bir növbədən olan bütün tələbləri təmin etmək üçün kifayətdir və bu halda “İcra haqqında” Qanunun 75.8-ci maddəsinin cari işə tətbiq edilməsi anlaşılmazdır.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-266/2025 saylı 16 may 2025-ci il tarixli X1 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

14. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

16. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

17. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.

18. 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

19. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun

20. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

21. 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.

22. 54.2-ci maddəsinə əsasən, bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir.

23. 74-cü maddəsinə əsasən, icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Borclu tərəfindən icra xidmətinin müvafiq depozit hesabına köçürülmüş, yaxud icra qurumu tərəfindən tutulmuş tələbkara verilməli olan vəsait tələbkarın təqdim etdiyi bank hesabına 3 iş günü müddətində köçürülür. Bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür.

24. 74-cü maddəsinə əsasən, borcludan tutulmuş pul məbləği icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadıqda, göstərilən məbləğ bu Qanunun 75.2-75.6-ci maddələri ilə müəyyən olunmuş növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülür. Birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. İkinci növbədə əmək hüququ münasibətlərindən əmələ gələn tələblər, vəkillər tərəfindən göstərilən hüquqi xidmətə görə haqq ödənilməsinə dair tələblər, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəllifə çatacaq mükafatın ödənilməsinə dair tələblər təmin edilir. Üçüncü növbədə məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, habelə icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna ödənişlər üzrə tələblər təmin edilir. Dördüncü növbədə dövlət büdcəsinə və üçüncü növbə ilə nəzərdə tutulmamış büdcədənkənar dövlət fondlarına ödənişlər üzrə tələblər təmin edilir. Bütün qalan tələblər beşinci növbədə təmin edilir. Bu zaman icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür. Hər sonrakı növbədən olan tələblər əvvəlki növbədən olan tələblər tam ödənildikdən sonra təmin edilir. Borcludan tutulmuş pul məbləği bir növbədən olan bütün tələbləri tam təmin etmək üçün yetərli olmadıqda, bu tələblər hər bir tələbkara verilməli məbləğə mütənasib olaraq təmin edilir.

25. 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.

26. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.

27. ““İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Hazırkı iş üzrə müəyyən olunmuş hallardan göründüyü kimi şikayətçitələbkar icra məmurunun icrası həvalə olunmuş icra sənədi üzrə yol verdiyi hərəkətlərdən (hərəkətsizliydən), o cümlədən borcluya məxsus əmlakın satışından əldə olunmuş pul məbləğinin tələbkarlar arasında bölüşdürülməsi qaydasından narazı olduğunu bildirir, qeyd edilənləri baxımından icra məmurunun hərəkətlərinə (hərəkətsizliyinə) hüquqi qiymət verilməsini xahiş edir.

30. Nəzərə alınmalıdır ki, icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlərdən ibarətdir, həmin fəaliyyətin, yəni icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə yoxlanılır.

31. Məsələnin qanuniliyini yoxlayan birinci instansiya məhkəməsi 8(005)- 266/2025 saylı, 16 may 2025-ci il tarixli qərardadı ilə Nərimanov rayon icra Şöbəsinin icra məmurunun icra işi ilə bağlı icra tədbirlərini icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirdiyi, icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsasların müəyyən edilmədiyi qənaətinə gəlmişdir.

32. Məhkəmə qeyd etmişdir ki, icra işinin başlanmasına əsas olmuş icra sənədləri üzrə tələblərin hər biri eyni - 5-ci növbəli tələblər kateqoriyasına daxil olduğundan, icra sənədləri üzrə borcludan tutulmuş pul məbləği isə qeyd olunan bütün tələbləri tam təmin etmək üçün yetərli olmadığından, Borclu olduğu icra sənədləri üzrə tələblər mütənasib olaraq təmin edilməlidir. X4 tələbkar olduğu icra sənədinin icra şöbəsinə ilkin olaraq daxil olması, Borclu icra sənədi üzrə tələbin təmin edilməsinə dair öz vəzifələrini yerinə yetirməkdən yayınması, digər tələbkarların qanuni qüvvəyə minmiş məhkəmə aktları üzrə eyni borcluya - Borclu qarşı olan tələblərinin ödənilməməsinə, ödənilməsinin gecikdirilməsinə səbəb olmamalıdır. İcra sənədləri üzrə tələblərin mütənasib olaraq təmin edilməsi, hər bir tələbkarın hüquqların müdafiəsinə yönəlmiş tədbirdir.

33. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin tələbkar olduğu icra sənədini icra edən icra məmuru “İcra haqqında” Qanunun 75.8-ci maddəsində göstərilən qaydalara uyğun davranmış, bununla da onun hər hansı hüququnu pozmamışdır. Əksinə, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək vəzifəsini daşıyan icra məmuru Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə müvafiq icra hərəkətlərini həyata keçirməklə qəbul edilmiş məhkəmə aktının icrasını, bunun nəticəsində tələbkarın pozulmuş hüquqların səmərəli bərpa olunmasını təmin etməkdədir.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

X1 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-266/2025 saylı 16 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar