Məhkəmə qərarları › İş №8(103)-292/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-292/2021

22.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-292/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, X1 tələbkarla birlikdə yaşadığı aylar üçün aliment ödəmək öhdəliyindən azad edilməsi barədə ərizəsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 8(001)-165/2021 saylı qərardadından Tələbkar Vahid qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2(001)-4374/2020 saylı qərardadı və 02.02.2021-ci il tarixli, 2(001)-480/2021 saylı qətnaməsi ilə tutulmalı olan 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə alimenti ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 8(001)- 165/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, X1 Tələbkar ilə birgə təsərrüfat apardığı 06.09.2020-ci il tarixdən 06.12.2020-ci il tarixədək müddətdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2(001)-4374/2020 saylı qərardadı əsasında yaranmış aliment ödəmək öhdəliyindən azad edilmişdir. Tələbkar Vahid qızı şikayətlə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 8(001)-165/2021 saylı qərardadının ləğv edilməsini və borclunun ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X2 ilə 06.09.2020-ci il tarixdən 06.12.2020-ci il tarixədək birgə yaşamamamış, Xaliq İmanov həmin müddətdə uşaqların saxlanması üçün ona maddi və mənəvi dəstək verməmiş, məhkəmə iclasında borclunun atası X10 və dostu X8 yalançı şahidlik etmişlər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 8(001)-165/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Hazırkı işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, iddiaçı Tələbkar cavabdeh X9 qarşı nikahın pozulması, uşağların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tulması barədə qətnamə qədul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 məhkəməyə ərizə ilə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş uşaqları 17 yanvar 2018-ci il təvəllüdlü X7 və 18 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X5 müvəqqəti aliment tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2(001)-4374/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş 17 yanvar 2018-ci il təvəllüdlü X7 və 18 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 06 avqust 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi və alimentin yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək tutulması qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(001)-480/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X12 ilə Qasımlı (İmanova) Təranə Zahid qızı arasında 29.03.2019-cu il tarixdə 2 saylı Bakı ASAN Xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 644 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflər arasındakı nikah pozulduqdan sonra 17.01.2018-ci il təvəllüdlü X13 və 18.06.2019-cu il təvəllüdlü X11 anaları Tələbkar yanında saxlanılmış, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 17.01.2018-ci il təvəllüdlü X13 və 18.06.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdeh X5 tutularaq iddiaçı Tələbkar ödənilməsi, 06.08.2020-ci il tarixdən başlayaraq 17.01.2018-ci il təvəllüdlü X13 və 18.06.2019-cu il təvəllüdlü X11 3 yaşına çatanadək hər uşağa görə 50 manat, cəmi 100 manat məbləğində alimentin cavabdeh X5 tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Bundan sonra X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2(001)-4374/2020 saylı qərardadı və 02.02.2021-ci il tarixli, 2(001)-480/2021 saylı qətnaməsi ilə tutulmalı olan 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə alimenti ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində həmin ərizə 8 indeksi ilə qeydiyyata alınaraq baxılmış və 09 mart 2021-ci il tarixli, 8(001)-165/2021 saylı qərardad ilə ərizə qismən təmin edilərək X2 06.09.2020-ci il tarixdən 06.12.2020-ci il tarixədək müddətdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2(001)-4374/2020 saylı qərardadı əsasında yaranmış aliment ödəmək öhdəliyindən azad edilmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, alimentin azaldılması və ya artırılması barədə tələblərə qətnamənin icrası qaydasında deyil, iddia icraatı qaydasında ayrıca mülki iş olaraq baxılmalı, müvafiq halların olub-olmadığı araşdırılmalıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 8(001)-165/2021 saylı qərardadı ləğv edilsin və mülki iş həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar