Məhkəmə qərarları › İş №8(103)-293/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-293/2021

21.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-293/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-294/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 27.11.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1-saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)- 1188/2019-010 saylı, 29.11.2019-cu il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən 27.11.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin icra sənədi barışıq sazişinin əsasında verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-294/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadına əsasən X1nun Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 27.11.2020-ci il tarixli icraata başlamaq qərarı üzrə icra məmurunun hərəkətlərindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-294/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında X3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qeyd etmişdir ki, borclu icra sənədinin digər orqanlar tərəfindən deyil, məhkəmə tərəfindən verildiyini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, icra məmurunun icraata başlamaq haqqında qərarından, o cümlədən icra məmurunun hərəkətindən verilən şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında konkret göstərilmişdir ki, “İcra haqqında” Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədinin 1-saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilməsi isə işin mübahisəsiz halıdır. Belə olan vəziyyətdə həmin icra sənədi ilə bağlı icra məmurunun qərarından yaxud hərəkətindən verilmiş şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmalıdır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-294/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-294/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadı dəyişdiriləmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar