Məhkəmə qərarları › İş №8(103)-297/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-297/2021

23.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-297/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Tələbkar1 vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 8(006)-22/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Azər Heydərov məhkəməyə təqdimatla müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1460/2020- 001 nömrəli, 05.02.2020-ci il tarixli icra sənədinə əsasən Borclu iddiaçı Tələbkar1 xeyrinə, maddi zərərə görə 525000 (beş yüz iyirmi beş min) ABŞ dolları pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə, mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Cavabdeh Borclu iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat və vəkil üçün ödənilmiş 100 manat pul tutularaq iddiaçıya ödənilməlidir. İcra sənədi 22.09.2020-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar 17.11.2020-ci il tarixdə tərəfindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1460/2020 nömrəli, 05.02.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.1952-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Bakı şəhəri, Bül-bül prospekti, ev 65C, mənzil 38 ünvanında qeydiyyatda olan Borclu Nəsimi rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Borclu Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərardadından verdiyi şikayət həmin məhkəmənin 07 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Borclu ünvan 3 ünvanda yaşamır. Bundan başqa iş materiallarında qeyd olunan mobil nömrəsindən istifadə etmədiyindən, məhkəmə və icra şöbəsi tərəfindən həmin ünvana və nömrəyə göndərilən qərar və bildirişlərdən xəbərdar olmamışdır. Eyni zamanda Borclu və ailə üzvlərinin həmin vaxdda “COVİD-19” virusuna yoluxması onun icra və probasiya şöbəsinə gəlməsini mümkünsüz etmişdir. Məhkəmə kollegiyasının iclasında Nəsimi rayon İcra Şöbəsinin nümayəndəsi Tələbkar2 şikayəti qəbul etmədi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Borclu, icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tələbkarın vəkilini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1460/2020 nömrəli, 05.02.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu iddiaçı Tələbkar1 xeyrinə, maddi zərərə görə 525000 (beş yüz iyirmibeş min) ABŞ dolları pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə, mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq ödənilməli, cavabdeh Borclu iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat vəvəkil üçün ödənilmiş 100 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Təqdimata əlavə edilmiş Nəsimi rayon icra və probasiya şöbəsinin 22.09.2020-ci il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1460/2020 nömrəli, 05.02.2020-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Çovdarov Akif Teymurxan oğluna ünvanlanmış 17.11.2020-ci il tarixli, 17745-148309/2020-5- 1 saylı xəbərdarlıq məktubundan görünür ki, Borclu borcunun olması və barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı haqqında xəbərdar edilmişdir. Nəsimi rayon icra və probasiya şöbəsinin 17.11.2020-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1460/2020 nömrəli, 05.02.2020-ci il tarixli icra sənədi üzrə ünvan 4 ünvanında yaşayan xx.xx.1952-ci il təvəllüdlü BorcluTeymurxan oğlunun məcburi qaydada Nəsimi rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə borclunun vəkili X2 təqdimatın təmin edilməli olmadığına dair dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, icra məmuru borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, bildirişlərin və müvafiq qərarların borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək öhdəliyi daşımır. İcra məmuru icra sənədini icra edərkən icra icraatının tərəfləri hesab edilən kreditor və borcluya həmin sənəddə qeyd edilən ünvanlarına rəsmi təsdiq etmə üsulu ilə bildiriş göndərməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı müəyyən edilmişdir ki, icra icraatı çərçivəsində bildirişlər borclunun rəsmi qeydiyyatda olduğu ünvan 5 ünvan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1460/2020 nömrəli, 05.02.2020-ci il tarixli icra sənədində borclunun şəxsi məlumatlarına dair qrafada qeyd edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə tərəfindən iclasın yeri və vaxtı barədə məlumatlandırmaq məqsədilə borclunun rəsmi qeydiyyatda olduğu ünvana (ünvan 7ası mümkün olmayan göndəriş kimi məhkəməyə qaytarılmamışdır. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Həmin Qanunun 13.2-ci maddəsinə görə ünvanı dəqiqləşdirmək mümkün olmadıqda və ya ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə, poçt göndərişi çatdırılması mümkün olmayan göndəriş kimi göndəriciyə qaytarılmalıdır. Poçt göndərişinin üzərindəki məlumatlara əsasən göndəricini müəyyənləşdirmək mümkün olmadıqda, yaxud göndərici poçt göndərişini geri almaqdan imtina etdikdə, belə göndərişlər paylanmayan poçt göndərişlərinə aid edilir. Bu halda poçt rabitəsi operatoru poçt göndərişini məhkəmənin müvafiq qərarından sonra aça bilər. Borclunun COVİD19 virusuna yoluxduğunu təsdiq edən hər-hansı sübut isə vəkili X4 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab envbilbh ki, Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1460/2020 nömrəli, 05.02.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Nəsimi rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimat əsaslı hesab olunaraq təmin edilməli, Borclu məcburi qaydada Nəsimi rayon icra və probasiya şöbəsinə gətirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 8(006)- 22/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar