Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-298/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X6 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(005)-279/2024 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2024-cü il tarixli qərardadından X1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 “icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayət” ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun müvəqqəti təminat tədbirlərinin görülməsi ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-4300/2019 saylı, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli, 2(005)-2254/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadlarının iş üzrə cavabdeh Maraqlı şəxs MMC üçün müəyyən edilmiş qadağanedici tədbirlərin icrasından yayındıraraq etdiyi hərəkətlərə və qərardadların tələblərinin icrası istiqamətində nümayiş etdirdiyi hərəkətsizliyə hüquqi qiymət verilməsi barədə qərardad, o cümlədən icra məmurunun barəsində tədbirlərin görülməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. “İcra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayət” onunla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbirlərinin görülməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 3 qərardadı ilə cavabdeh "xxxx" MMC-yə müxtəlif hərəkətlərin həyata keçirilməsi qadağan edilmişdir. Həmin qərardadlar əsasında verilmiş icra vərəqələri icra edilməsi üçün Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra vərəqələri icra məmuru Vüsal Şirinovun icraatındadır. İcra məmuru Vüsal Şirinov hərəkətsizlik edir, icra sənədlərinin icrası ilə bağlı icra hərəkətlərini həyata keçirmir, nəticədə cavabdeh MMC qanunsuz hərəkətlərini davam edir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019 tarixli qərardadla cavabdeh MMC-yə ünvan 1 ünvanında söküntü, qazıntı, tikinti işlərini aparmaq qadağan edildiyi halda, icra məmurunun hərəkətsizliyinin nəticəsində MMC ünvana müdaxilə edərək, söküntü, qazıntı, dağıdıcı işlər aparmışdır. Bu səbəbdən MMC Nərimanov Rayon Məhkəməsinin 3(005)-2402/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019 tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati qaydada cərimə edilmişdir. Buna baxmayaraq, MMC, cəriməni ödədikdən sonra öz qanunsuz hərəkətlərini, icra məmurunun hərəkətsizliyinə güvənərək, davam etdirmiş, bununla da, xx.xx.2019 tarixli yeni qadağanedici qərardadın qəbuluna ehtiyac yaranmışdır. MMC, mübahisəli ünvana müdaxilə etmiş və “B” tikilisinin altını tam qazdırmışdır. Daha sonra Rayon Məhkəməsi müvəqqəti təminat tədbirlərinin görülməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə də qərardad qəbul edərək, müvafiq hərəkətlərin həyata keçirilməsini MMC-yə qadağan edilmişdir. Buna baxmayaraq MMC qanunsuz əməllərinə son qoymamış, “B-4” tikilisinin divarlarının dibini qazmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla “icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayətin” təmin edilməməsini qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon İcra Şöbəsindən götürülmüş icra içindən görünür ki, icra məmuru mübahisəli ərazidə dəflərlə olaraq həmin ərazidə cavabdeh MMC-yə söküntü, qazıntı və tikinti işlərini aparılmasının qadağan edildiyini izah etmiş, MMC-nin qadağaların pozduğu ilə bağlı müvafiq aktlar tərtib etmişdir. İcra məmuru MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün inzibati xətalar barədə materialı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, icra məmuru tərəfindən hər hansı hərəkətsizliyə yol verilməmişdir. Tələbkar həmin qərardadından Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayətin” təmin edilməsini xahiş etmişdir. Əsasları “icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayətin” əsasları ilə eynilik təşkil edən qərardaddan şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qərardad qəbul etmişdir. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-4300/2019 saylı, xx.xx.2019-cu il tarixli və xx.xx.2019cu il tarixli, 2(005)-2254/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadları ilə cavabdeh "xxxx" MMC-yə ünvan 2 ünvanında söküntü, qazıntı, tikinti işlərini aparmaq qadağan edilmişdir. Həmin qərardadlar əsasında verilmiş icra vərəqələri icra edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra vərəqələri icra məmuru Vüsal Şirinovun icraatındadır. İşdə olan sənədlərdən görünür ki, “icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayətə” baxmış Rayon Məhkəməsi qeyd edilən icra sənədlərinə dair icra işlərini Nərimanov Rayon İcra Şöbəsindən götürərək, onların materiallarını tədqiq edilmiş və müəyyən etmişdir ki, icra məmuru icra sənədlərin icrasının həyata keçirilməsi ilə əlaqədar mübahisəli əraziyə getmiş, qərardadlar əsasında həmin ərazidə cavabdeh MMCyə söküntü, qazıntı və tikinti işlərini aparılmasının qadağan edildiyini izah etmiş, MMC-nin qadağaların pozduğu ilə bağlı müvafiq aktlar tərtib etmişdir. İcra məmuru xx.xx.2020-ci il tarixdə cavabdeh MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün inzibati xətalar barədə materialı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi inzibati xəta haqqında material üzrə qəbul etdiyi xx.xx.2020 tarixli qərarla cavabdeh MMC-nin rəhbəri X7 İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş və ona inzibati qaydada 1.500 manat məbləğində cərimə növündə tənbeh tətbiq etmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar (№ 3(103)-1438/2020) ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini qərara almışdır. Bundan sonra Nərimanov Rayon Məhkəməsi inzibati xəta haqqında həmin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla MMC-nin rəhbərinin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini qərara almışdır. Nərimanov Rayon Məhkəməsinin 8(005)-6189/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla icra məmurunun verdiyi “2(005)-2254/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına izah verilməsi haqqında” ərizəsinin təmin edilməməsini qərara almışdır. İş materiallarından həmçinin görünür ki, yuxarıda qeyd edilən qərardadın qəbul edilməsinə əsas olmuş mülki işə - iddiaçı (hazırkı iş üzrə borclu) Maraqlı şəxs MMC-nin cavabdeh (hazırkı iş üzrə tələbkar) X4 və başqalarına qarşı “kirayə haqqı, kompensasiya ödənilməklə yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılma, həmin sahələrin sökülməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələrinin baxışı predmeti olmuş və son nəticədə dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon İcra Şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərarla Rayon Məhkəməsinin 2(005) 2254/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş işin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qərardadın əsaslılığı və həmin qərardaddan verilmiş şikayətin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir (maddə 26.). İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir (maddə 87.1.). İcra hərəkətinin yerinə yetirilməsi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edilməsi) vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır (maddə 87.3.). Qeyd edilən maddi hüquq normaların tələblərini nəzərə alan Məhkəmə iş materiallarına əsasən bildirir ki, icra məmuru icra sənədi üzrə hərəkətsizlik etməmişdir. Əksinə, icra məmurunun etdiyi çoxsaylı icra hərəkətləri icra sənədinin icrasına yönəlmişdir. Buna görə də qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi də bu nəticəyə gəlməkdə və “icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayəti” təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin qərardadından tələbkarın verdiyi şikayət əsassızdır. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №8(103)-298/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-298/2025
24.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver