Məhkəmə qərarları › İş №8(103)-299/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-299/2020

07.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-299/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, qətnamənin icrasına möhlət verilməsi barədə ərizə üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-168/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra icraatı üzrə borclu X5 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-530/2018 saylı qətnaməsinin icrasına 1 il müddətinə möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu şikayət verərək qərardadın ləğv olunmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə həbsdən yeni çıxmasını, işləməməsini və maddi vəziyətinin çətin olmasını nəzərə almamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-530/2018 saylı qətnaməsinə əsasən, iddiaçılar X3, X4 və X6 iddia ərizəsi qismən təmin edilərək X1 vurulmuş maddi ziyana görə 40000 manat X2 xeyrinə tutulması, X1 vurulmuş maddi ziyana görə 18000 manat X4 xeyrinə tutulması, X1 vurulmuş maddi ziyana görə 10000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 10030 manat X6 xeyrinə tutulması qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada.baxır. MPM-ə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (maddə 231.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). İş materiallarından göründüyü kimi hazırkı ərizə ilə icrasına möhlət verilməsi xahiş olunan icra sənədi tələbkara pulun ödənilməsi ilə bağlıdır. İş materiallarında qətnamənin icrası istiqamətində hər hansı ödəniş edildiyi müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını və tələbkarların maraqlarını nəzərə alaraq ərizəni təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-168/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar