Məhkəmə qərarları › İş №8(103)-299/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-299/2022

06.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-299/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-605/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mir Ramil Abdullayev borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli icra sənədinə əsasən Borclu 58000 manat məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 17 fevral 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha olan torpaq sahəsində 20 saylı bağ evi olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə o, hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimatda icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsində 20 saylı bağ evinin torpaq sahəsi ilə birlikdə üzərinə həbs qoyulması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-605/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixli qərardadı ilə təqdimatın təmin olunması, Borclu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsində 20 saylı bağ evinin torpaq sahəsi ilə birlikdə üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın icrasının müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-605/2022 saylı iş üzrə 28 avqust 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması, şikayətin baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, Borclu tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilibverilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermiş və şikayətin mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-605/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, Borclu tərəfindən verilmiş şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-605/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Borclu tərəfindən verilmiş şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar