Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-3/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(011)-332/2020 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardaddan iş üzrə tələbkar olan “xxxx” ASC-nin ləğvedicisinin – Əmanətlərin Sığortalanması Fondunun verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” ASC-nin ləğvedicisi olan Fond şikayətlə Xətai Rayon Məhkəməsinə müraciət edərək Binəqədi Rayon Məhkəməsinin 2(001)-2060/2017 saylı mülki iş üzrə qəbul etdiyi qətnamə əsasında verilmiş xx xxx 2017-ci il tarixli icra sənədi üzrə Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən icra sənədi üzrə icra hərəkətlərini həyata keçirən icra məmuru tələbkar Bank ilə borclu Tələbkar arasında xx.xx.2012-ci il tarixdə bağlanmış LL/HC030-012 saylı “İpoteka müqaviləsinin” predmeti olan və Tələbkar məxsus, Bakı şəhəri, Binəqədi rayonu, keçid 1410, məhəllə 3215 ünvanında yerləşən 15/2 nömrəli binanın 23 saylı mənzilinə dair ipotekaya xitam verilməsinə və həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə xx.xx.2019-cu il tarixdə Fonda xəbərdarlıq məktubu göndərmişdir. İcraçının bu hərəkəti qanunsuzdur. Belə ki, icra məmuru “icra sənədi üzrə icraata başlamaq haqqında” qərardadı Fonda verməmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə Fondun “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə” şikayətini təmin etməmişdir. Fond həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə” şikayətin təmin edilməsini xahiş etmişdir. Fondun qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 2060/2017 nömrəli icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, keçid 1410, məhəllə 3215 ünvanında yerləşən 15/2 nömrəli binanın 23 saylı mənzilin üzərində olan ipotekaya xitam verilmiş və həmin əmlak ipoteka yüklülüyündən azad edilməlidir. Xətai Rayon İcra və Probasiya Şöbəsinin Fonda ünvanlandığı xəbərdarlıq məktubunun surətindən görünür ki, yuxarıda qeyd edilən mənzilə dair ipotekaya xitam verilməsi və həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı Fonda xəbərdarlıq edilmişdir. Göründüyü kimi Fondun mübahisələdirdiyi icra məmurunun müvafiq hərəkətləri məhkəmə qərarının icrası ilə bağlı həyata keçirilmişdir. Məhkəmə araşdırması zamanı icra məmurunun hərəkətlərində hər hansı bir qanunsuzluq aşkar olunmamışdır. Fond icra məmurunun hərəkətlərinin qanunsuzluğu ilə bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə” Fondun şikayətini təmin etməməkdə haqlı olmuşdur. Odur ki, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 398, 400, və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-3/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-3/2021
29.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver