Məhkəmə qərarları › İş №8(103)-3/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-3/2024

08.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-3/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu avtomobilinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin təqdimatına dair iş üzrə Açar sözlər: əmlakın üzərinə həbs qoyulması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Borclu avtomobilinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin təqdimatına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il il tarixli, 8(004)-342/2023 nömrəli qərardadından marağına toxunan şəxs X2 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, 28174 manat məbləğində pul vəsaitinin Borclu tutularaq Tələbkar verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(004)-3685/2022 nömrəli qətnaməsinin icrasının təmin olunması üçün Borclu mülkiyyətində olan “Cadillac Escalade” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 8(004)- 342/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilərək Borclu mülkiyyətində olan 2007-ci il buraxılışlı, qara rəngli “Cadillac Escalade” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması qərara alınmışdır.

3. Borclu həmin qərardaddan şikayəti verərək ləğv olunmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 8(004)-342/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq apellyasiya məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 8(103)-216/2023 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 8(004)-342/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Marağına toxunan şəxs X6 23 noyabr 2023-cü il tarixdə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 8(004)-342/2023 nömrəli qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 8(004)- 342/2023 nömrəli qərardadı ilə marağına toxunan şəxs qismində X6 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

7. Qərardadın əsaslarına görə, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə uyğun verilməmişdir.

8. Marağına toxunan şəxs X6 05 dekabr 2023-cü il tarixdə məhkəməyə yenidən şikayət ünvanlayaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 8(004)-342/2023 nömrəli qərardadını ləğv etməklə, həmin birinci instansiya məhkəməsinin 30 may 2023-cü il tarixli, 8(004)-342/2023 nömrəli qərardadının ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, o, 21 iyul 2022-ci il tarixdə, 2007-ci il buraxılışlı “Cadillac Escalade” minik markalı, ** BZ *** dövlət nömrə nişanlı avtomobili Bakı şəhəri 19 saylı Notariat Ofisində Borclu 31000 manata almışdır. Avtomobili müvafiq qaydada BDYPİ-də həmin tarixdə rəsmi olaraq alqı-satqı edilməməsinə səbəb cavabdehin icarəsində olan təmir sexində yaranan yanğın hadisəsi zamanı cavabdehə külli miqdarda zərər dəymiş, bununla əlaqədar olaraq cavabdehə qarşı yönələn iddia tələbi nəticəsində cavabdehin qeyd olunan əmlakı üzərinə həbs qoyulmasından ibarət olmuşduir. Avtomobil faktiki olaraq onun istifasindədir, amma buna baxmayaraq avtomobildən qanuna müvafiq qaydada istifadə edə bilmir. Bununla da hesab edir ki, avtomobil üzərində faktiki sahiblik və mülkiyyət hüququ pozulmuşdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 8(004)- 342/2023 nömrəli qərardadı ilə marağına toxunan şəxs qismində X6 tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

11. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi; Maddə 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir; Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur.

15. İlkin olaraq onu qeyd etmək lazımdır ki, artıq əmlak üzərinə həbsin qoyulmasının qanuniliyi məsələsinə qanuni qüvvəyə minmiş məhkəmə qərardadına əsasən qiymət verilmişdir. Belə ki, avtomobilin üzərində həbs qoyulması barədə qərardadı borclunun özü tərəfindən mübahisələndirilsə də, dəyişdirilmədən saxlanılmışdır.

16. Qərardaddan şikayət X2 avtomobili borcludan 31000 manata alması, faktiki olaraq istifadəsində olması, həbs qoyulduğuna görə sahiblik və mülkiyyət hüququ pozulması ilə əsaslandırılmışdır.

17. Lakin iş materiallarından görünür ki, avtomobil borclunun mülkiyyətindədir və X3 borclu tərəfindən etibarnamə verilmişdir. Buna görə də X2 avtomobil üzərində hər hansı hüququnun pozulmasına dair dəlilləri əsasızdır və qərardadın ləğvi, təqdimatın təmin edilməməsi üçün əsas ola bilməz.

18. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 8(004)- 342/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 8(004)- 342/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar