Məhkəmə qərarları › İş №8(103)-30/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-30/2021

25.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-30/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Borclu iştirakı ilə Borclu və onun həyat yoldaşı X4 tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)-600/2020 saylı qərardadından verdikləri şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramiz Quliyev məhkəməyə müraciət edərək, 5 saylı Bakı “ASAN Xidmət” X3 6343 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu həyat yoldaşı X2 məxsus Quba rayonu, İkinci Nügədi kəndində ümumi sahəsi 7.0036 ha olan torpaq sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 159 saylı evin, 60 saylı mənzilinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, 5 saylı Bakı “ASAN Xidmət” X3 6343 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 104180 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci ildə Nərimanov rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Lakin buna baxmayaraq, Borclu icra sənədində göstərilən tələbi könüllü müddət ərzində icra etməmişdir. İcra sənədinin icrası istiqamətində, Borclu həyat yoldaşı X1 adına Quba rayonu, İkinci Nügədi kəndində ümumi sahəsi 7.0036 ha olan torpaq sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 159 saylı evin, 60 saylı mənzilin mülkiyyətində olduğu müəyyən edilmişdir. Görülmüş icra tədbirlərin baxmayaraq Borclu icra sənədində göstərilən borcu ödəməmiş, eləcə də aşkar olunmuş əmlakın, üzərinə borcun yönəldilməsi üçün təqdim etməmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)-600/2020 saylı qərardadı ilə icra məmuru Ramiz Quliyevin təqdimatı ilə Borclu həyat yoldaşı X1 mülkiyyətində olan Quba rayonu, İkinci Nügədi kəndində ümumi sahəsi 7.0036 ha olan torpaq sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 159 saylı evin, 60 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)-600/2020 saylı qərardadı ilə təqdimat təmin edilərək, Borclu həyat yoldaşı X1 mülkiyyətində olan Quba rayonu, İkinci Nügədi kəndində ümumi sahəsi 7.0036 ha olan torpaq sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 159 saylı evin, 60 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan Borclu və onun həyat yoldaşı X4 şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)-600/2020 nömrəli qərardadının ləğv edilməsi və Nərimanov rayon İcra və Porbasiya şöbəsinin icra məmurunun təqdimatının təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Şikayət onunla əsaslanldırılır ki, 5 saylı Bakı “Asan Xidmət” X3 6343 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi barədə borcluya 2020-ci ilin mart ayında yalnız telfon vasitəsi ilə məlumat verilmişdir. Borclu icra məmurundan məlumat alanadək kredit və ipoteka müqavilələrinin bəndləri barədə tam məlumatsız olmuşdur. Borclu açıq və aşkar məlumat verildiyi gündən Tələbkar tərəfindən aldadıldığını anlamış və dərhal hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Hal-hazırda həm notariusun icra qeydinin ləğvi, həm də kredit və ipoteka müqavilələrinin etibarsızlığı barədə iddia tələbi üzrə məhkəmə prosesləri davam edir. Lakin Tələbkar müqavilə bağlayarkən borclunu aldatdığı kimi eyni zamanda hər cür vasitə ilə hüquqlarının realizəsinə mane olmağa çalışır, borclunun əmlaklarını mənimsəməyə can atır. Digər tərəfdən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 159 saylı evin, 60 saylı mənzil borclunun deyil, X1 mülkiyyətindədir. Borclu qismində çıxış etdiyini nəzərə alaraq, X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 159 saylı evin, 60 saylı mənzilin üzərinə həbs qoyulması tam qanunsuzdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)- 600/2020 saylı qərardadından verilmiş şikayətə baxılması üçün, iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu və onun həyat yoldaşı X4 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası borclunu və onun həyat yoldaşını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)-600/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən və təqdim edilmiş icra işinə dair sənədlərin surətindən görünür ki, 5 saylı “ASAN Xidmət” X3 6343 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu ilə Tələbkar arasında 104.180 manat məbləğində pul vəsaiti tutularaq tələbkarın xeyrinə ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən icraata başlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1 borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Həmin Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu və onun həyat yoldaşı X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)-600/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar