Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-300/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı işi üzrə 14 iyul 2023cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: X2 məhkəməyə şikayətlə müraciət edərək, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi, ödənilmiş məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq ona faizlərin ödənilməsi və həmkarlar ittifaqına üzvlük haqqı kimi əmək haqqından tutulan vəsaitin ona qaytarılması üzrə icraatın davam etdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı işi üzrə 19 iyun 2023-cü il tarixli qərardadı ilə ərizə rədd olunmuşdur.Həmin qərardaddan tələbkar şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı işi üzrə 14 iyul 2023cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı işi üzrə 19 iyun 2023-cü il qərardadından X4 verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-ci bəndinə; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının " 15” iyul 2019-cu il tarixli "17-N” nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, X4 şikayəti mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada verilmədiyindən şikayət geri qaytarılmalıdır. X2 qərardaddan şikayət verərək, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)- 226/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.3, 267.1, 268.1, 267.3, 269.1-ci maddələrinə istinadəm qeyd edilmişdir ki, o, Nərimanov Rayon Məhkəməsinin 8(005)- 226/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayətini mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada vermişdir. Digər tərəfdən bu iş üzrə o, əvvəlcədən bilə bilməzdi ki, qərardaddan verdiyi şikayət təmin edilməyəcək, ona görə də həmin şikayəti apellyasiya şikayəti formasının tələblərinə uyğun tərtib etsin. Çünki, şikayət verdiyi qərardad icra icraatı qaydasında verilmiş iddialar üzrə işə baxılması üzrə qəbul edilməyib.Bu qərardad onun məhkəmə qərardadının məhkəmə qətnaməsinin icrasına xitam verilməsinə dair icra orqanının qərarı ilə bağlı olub. Hesab edir ki, bu halda işə icraya xitam verilməsinə dair icra orqanının qərarından verilən şikayət üzrə icraat qaydalarına uyğun baxılmalı idi. Məhkəmə işə bu hüquqi nöqteyi nəzərdən yanaşmalı şikayəti icraata qəbul edib baxmalı idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı işi üzrə 31 iyul 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 263, 269, 357-366-cı maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məcəllənin 10-1.2, 10-1.3 və 10.1.7-ci maddələrinin tələblərinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17- N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Diqqətə çatdırılmalıdır ki, ərizəçi öz prosessual hərəkətləri ilə pozuntunu qəbul etmiş və müddətin bərpası barədə ərizə verməklə işi üzrə 19 iyun 2023-cü il qərardadından yenidən şikayət vermişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı işi üzrə 14 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmdən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-300/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-300/2023
04.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver