Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-301/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-5/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(001)-5836/2020 saylı icra sənədinin icrası ilə bağlı hərəkətsizliyindən şikayətlə məhkəməyə müraciət edərək icra məmurunun icra sənədinin tam icrasından imtina hərəkətlərinin əsassız hesab edilməsi və icra vərəqəsinin icrasının tam təmin edilməsinin icra şöbəsinin üzərinə vəzifə öhdəliyi kimi qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X1 Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədovun icra sənədi üzrə hərəkətsizliyindən şikayəti təmin edilməmişdir. X3 məhkəmənin həmin qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 8(001)-535/2021 saylı qərardadından borclu X1 verdiyi şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-608/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayətçi X1 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 8(001)-535/2021 saylı qərardadı ləğv edilmiş, şikayətçi X1 şikayətinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə Əliyeva (Kərimova) Pərvanə Sübhan qızının şikayəti təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5836/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin tam icrasının təmin edilməsi qərara alınmışdır. Qərardaddan icra məmuru X4 şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-5/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-5/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-148/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə icra məmuru X4 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 8(001)-5/2022 saylı qərardadı ləğv edilmiş və X1 icra məmurunun hərəkətsizliyindən şikayətinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Asəm Əhmədovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5836/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5836/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qaytarılmışdır. Qərardaddan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən şikayət verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-5/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-5/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən verilən şikayət təmin edilməmiş, həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-nin 363.1.5-ci maddələrinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmişdir. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş şikayət mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-5/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-301/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-301/2022
06.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver