Məhkəmə qərarları › İş №8(103)-302/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-302/2021

24.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-302/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 iştirkı ilə İcra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsindən verilən şikayət üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1251 /2019 saylı, 14.05.2020-ci il tarixli icra sənədinə əsasən müştərək qaydada cəmi 136.457,42 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) borc tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, tutma X1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 112.0 kv.rn ümumi, 70.6 kv.m yaşayış və 41,4 kv.m yardımçı sahəsi olan 3 otaqlı, 3 nömrəli mənzilinə yönəldilərək, ilkin satış qiyməti 318.492 manat müəyyən edilməklə hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına borc ödənilməli, əmlak satıldıqdan sonra ən geci bir ayərzində cavabadehlər mənzildən çıxarılmalıdır. İcra məmuru Sahib Allahverdiyevin tərəfindən 13.10.2020-ci il tarixli qərarı ilə iş üzrə Borclu “xxxx” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi və hazırda iddia ərizəsi məhkəmənin icraatında olması əsas götürülərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1251 /2019 saylı, 14.05.2020-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Tələbkar "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1251 /2019 saylı, 14.05.2020-ci il tarixli icra sənədi üzrə icraat dayandırılması barədə 13.10.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, dayandırılma üçün əsas kimi Borclu tərəfindən Nəsimi Rayon Məhkəməsinə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ilə müraciət olunması göstərilsə də, icra işində həmin iddia ərizəsinin nə surəti, nə də Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olmasını təsdiq edən hər hansı sənəd mövcud deyil. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-358/2021 saylı, 21.05.2021-ci il tarixli qərardadı ilə tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun “İcra sənədi üzrə icraatın dayandırılması” haqqında 13.10.2020-ci il tarixli qərarı ləğv edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1251 /2019 saylı, 14.05.2020-ci il tarixli icra vərəqəsinin yenidən icra edilməsi qərara alınmışdır. Borclu Bakı şəhər Yasamal rayon Məhkəməsinin 8(004)-358/2021 saylı, 21.05.2021-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq , borclu və Yasamal rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən tələbkarın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Yasamal Rayon Məhkəməsinin 8(004)-358/2021 nömrəli, 21.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4 və 17.1.7-ci maddələrinin tələblərinə görə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən, icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmin Qanunun 21.6-cı maddəsinə görə isə, tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyevin “İcra sənədi üzrə icraatın dayandırılması” haqqında 13.10.2020-ci il tarixli qərarını Borclu tərəfindən “xxxx” MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət olunması ilə əsaslandırsa da, həmin işin qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunmasına heç bir maniə etməməlidir. Odur ki, tələbkar haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tələbkar “xxxx” MMC -nin şikayətini təmin edib, Yasamal rayon icra və probasiya şöbəsinin icra məmurunun İcra sənədi üzrə icraatın dayandırılması” haqqında 13.10.2020-ci il tarixli qərarın ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini qərara almaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Yasamal rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadının ləğvi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar