Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-302/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, icra sənədi üzrə tələbkar X1 Xətai Rayon İcra Şöbəsinin icra məmrunun “icra sənədi üzrə icraatın dayadırılması barədə” qərarından şikayətinə dair iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından icra sənədi üzrə Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Xətai RM-nin 2(011)-3549/2022 nömrəli iş üzrə verdiyi icra sənədinə görə, iki uşağın saxlanması üçün Borclu Sadiq oğlunun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq tələbkar X2 verilməlidir. Xətai Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə qərara alınıb ki, həmin icra sənədi üzrə icraat dayandırılsın. Qərar onunla əsaslandırılıb ki, Borclu icra sənədinin verilməsinə əsas olmuş qətnamənin aid olduğu tələblə bağlı mübahisə qaldırıb və həmin mübahisə bxılması üçün məhkəmənin icraatına götürülüb. Hüquqi əsas kimi “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. X3 icra məmrunun xx.xx.2022-ci il tarixli qərarından Xətai RM-nə şikayət verərək tələb edib ki, qərar ləğv edilsin. Xətai RM-nin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilsin, icra məmurunun qərarı ləğv edilsin. Borclu Xətai RM-nin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin. Xətai RM həmin şikayətə baxaraq onu təmin etməyib, daha sonra şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayət təmin edilə bilməz, Xətai RM-nin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticən aşağıda qeyd olunanlarla əsaslandırır. Borclunun (uşaqların atasının) qaldırdığı iddia uşaqların tələbkardan (uşaqların anasından) alınaraq ona verilməsi barədədir. Məhkəmədə belə iddianın qaldırılması uşaqların saxlanması üçün atadan ananın xeyrinə aliment tutulması barədə icra sənədi üzrə icraatın dayandırılmasına əsas ola bilməz. Çünki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsindən göründüyü kimi, borclu tərəfindən iddia qaydasında iki mübahisə qaldırıldıqda icra sənədi icraat dayandırılır: 1) icra sənədinə dair mübahisə; 2) icra sənədinin verilməsinə əsas olan tələbə dair mübahisə. Borclunun qalırdığı mübahisə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair deyil. İcra sənədinə dair iddia qaydasında mübahisə qaldırılması mümkün deyil, çünki o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən verilib. İcra sənədinin verilməsinə əsas olmuş tələbə (aliment tələbinə) dair iddia qaydasında mübahisə qaldırılması mümkün deyil, çünki həmin tələb məhkəmə qətnaməsi ilə təmin olunub, qətnamə isə qanuni qüvvəyə minib. Həmin qətnamə qanuni qüvvəyə minənə qədər yuxarı instansiya məhkəməsində mübahisələndirilə bilərdi, qanuni qüvvəyə mindikdən sonra isə qətnaməyə yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-302/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-302/2023
01.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver