Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-303/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 8(011)-701/2019 saylı qərardadından borclu LPO “xxxxxxxxxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X4 məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Heydərovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(001)-2060/2017 saylı icra sənədi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 8(011)-701/2019 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Qeyd edilən qərardaddan LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X4 şikayət verərək qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-701/2019 saylı qərardadı ilə şikayət qanunla müəyyən edilmiş müddət ərzində verilməməsi səbəbi ilə geri qaytarılmış, lakin sonuncu qərardaddan da iddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-701/2019 saylı qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(103)-156/2020 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)- 701/2019 saylı qərardadı ləğv edilərək həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X4 tərəfindən verilən şikayətin yenidən müzakirə edilməsi üçün iş həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(011)-701/2019 saylı qərardadı ilə borclu LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 8(011)-701/2019 saylı qərardadından verdiyi şikayət yenidən təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 8(011)-701/2019 saylı qərardadı ləğv edilməli, şikayət yenidən müzakirə olunması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(103)-156/2020 saylı qərardadı ilə borclu LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 8(011)- 701/2019 saylı qərardadından şikayət vermə müddəti ötürülməmiş hesab edilərək şikayətin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Lakin birinci instansiya məhkəməsi şikayətə baxılmasında tərəflərin iştirakını təmin etmədən, şikayəti tərəflərlə müzakirə etmədən öz mülahizəsinə əsasən qərardad qəbul etmişdir. Belə ki, iş materialları şikayətin yenidən müzakirə olunması üçün xx xxx 2020-ci il tarixdə Xətai Rayon Məhkəməsinə daxil olduqdan sonra məhkəmə tərəfindən Xətai Rayon İcra və Probasiya Şöbəsinə və LPO “xxxxxxxxxxx” ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərmiş, məhkəmə bildirişin çatması barədə məlumatı gözləmədən və tərəflərin iştirakı olmadan şikayətə baxmış, şikayətin dəlillərini müzakirə etmədən qərar qəbul etmişdir. İş materiallarından həmçinin görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(001)-2060/2017 saylı icra sənədi üzrə icra məmurunun hərəkətlərindən borclu LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 də tərəflərin iştirakı olmadan və kifayət qədər araşdırma aparılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 8(011)-701/2019 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(001)-2060/2017 saylı icra sənədi üzrə icra məmurunun hərəkətlərindən borclu LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X2 yenidən müzakirə olunması üçün mülki iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-303/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-303/2020
24.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver