Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-307/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş “Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması barədə” təqdimata dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Nizami Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-194/2019 №-li iş üzrə 02.02.2021-ci il tarixdə verdiyi icra sənədi üzrə Borclu məxsus olan əmlakın (torpaq sahələrinin) üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməsin. İcra sənədi üzrə Tələbkar ASC bu qərardaddan şikayət verərək xahiş edib ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Qanunun 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Göründüyü kimi, “icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən” və “qərarın təqdim olunması ilə eyni gündə” ifadələrindən istifadə olunub, bununla da əmlakın üzərində həbs qoyulması üçün ilkin şərt müəyyən olunub: icraata başlamaq haqqında qərar borcluya təqdim olunmalıdır. Lakin həmin qərarın borcluya təqdim edilməsi barədə heç bir sənəd işdə yoxdur. Belə bir sənəd təqdimata əlavə edilməyib, yaxud işə baxılarkən birinci instansiya məhkəməsinə və ya apellyasiya instansiyası məhkəməsinə təqdim edilməyib. Ona görə də birinci instansiya məhkəməsi təqdimatı rədd etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-307/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-307/2021
25.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver