Məhkəmə qərarları › İş №8(103)-307/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-307/2023

06.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-307/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X5 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 8(004)-210/2021 saylı qərardadından Maraqlı şəxstərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10131/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 1658,01 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı evin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Sahib Allahverdiyev izahat verərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başladığı Yasamal Rayon Məhkəməsinin 2(004)- 10131/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən 1658,01 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışıdır. Borclu məxsus olan Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı evin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 8(004)-210/2021 saylı qərardadıilə təqdimat qismən təmin edilərək, Borclu mülkiyyətində olan Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı evin üzərinə həbs qoyulması qərara alınmışdır. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)- 210/2021 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 8(004)-210/2021 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət həmin məhkəmənin 15 avqust 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş qətnamələrdən və iş üzrə müəyyən edilmiş faktlardan da göründüyü kimi fərdi yaşayış evinin keçmiş və hazırki mülkiyyətçisi elə o olmuşdur. Sadəcə cavabdeh tərəfindən ona bağışlanan dönəm ərzində əldə edilmiş sənədlər qanunsuz olaraq məhkəmələrdə və digər dövlət qurumlarında istifadə edilməsi üçün təqdim edilir. Həmin sənəd Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış olmadığına görə sənədin qüvvədə olması və digər faktlar müvafiq orqan tərəfindən sorğu göndərilmədiyi halda heçbir formada öz təsdiqini tapmır. Cavabdeh də bu şəhadətnamədən istifadə edərək ona qarşı mənfi addımlar atmaq niyyəti ilə məhkəmədə verdiyi izahatda həbs qoyulmasına razılıq vermişdir. O bilərəkdən guya özünü təqsirkar bilən şəxs kimi göstərmiş və çarəsizlik nümunəsi olaraq “əmlakıma həbs qoyulmasına etiraz etmirəm” ifadəsini vermişdir. Lakin nə məhkəmə tərəfindən nə də icra məmuru tərəfindən real vaxt rejimində ən azından təqdimat məhkəməyə təqdim edilərkən sorğu verilərək elə bir sənədin mövcud olub-olmaması yoxlanılmamışdır. Məhkəmə qərardadında da həbs qoyulacaq evin borcluya məxsus olmasına dair heçbir istinad və əsaslandırma da yoxdur. Göründüyü kimi cavabdeh tərəfindən çox peşəkarcasına oyun oynanılmış və əmlak onun mülkiyyətində olmadığı halda onun üzərinə həbs qoyulması barədə qərardad qəbul edilmişdir. Bütün bu faktlar qoşmaya əlavə etdiyi məhkəmə qərarları təsdiq edir. Həmçinin həmin əmlaka dair bu yaxınlarda Dövlət Reyestrindən çıxarış da alınmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, qərardad ləğv edilməli və əmlak üzərinə qoyulmuş həbs götürülməlidir.Məhkəmə qərardadı ilə iş üzrə düzgün və ədalətli araşdırlma aparılmayaraq borcluya məxsus olmayan əmlak üzərinə həbs qoyulmuşdur. Halbuki məhkəmə tərəfindən təqdimata baxılarkən ilkin olaraq təqdimatın əsaslı olub-olmaması, təqdimata əlavə edilən sənədlər və qeyd edilən faktlar nəzərə alınmalı idi. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 8(004)-210/2021 saylı qərardadı ləğv edilməli, iş materialları hərtərəfli araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə təqdimatı təmin edərkən borclunun evin onun mülkiyyətində olması barədə izahatına və həmin evin üzərinə həbs qoyulmasına etiraz etməməsinə əsaslanmışdır. Halbuki, iş materiallarına əlavə edilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin xx.xx.2023-cü il tarixli, 1256 nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayon, Qobu qəsəbəsində 0.1 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasənda Maraqlı şəxs məxsusdur. Şikayətə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 10 iyul 2006-cı il tarixli, №2- 209/2006 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh Borclu qarşı bağışlama müqaviləsinin etibarsı hesab edilməsinə dair iddiası təmin edilərək, Abşeron rayonu, 2-ci Dövlət notariat kontorunda 04 yanvar 2003-cü il tarixdə onlar arasında bağlanmış, 4Ə-7 reyestr sayı ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamənin surətindən görünür ki, 04 yanvar 2003-cü il tarixli bağışlama müqaviləsi ilə Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı ev X3 tərəfindən Borclu bağışlanmışdır. Şikayətə əlavə edilmiş AR Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 23 noyabr 2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Abşeron Rayon Məhkəməsinin 10 iyul 2006-cı il tarixli, №2-209/2006 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Borclu mübahisəli evin yerləşdiyi torpaq sahəsinin onun tərəfindən alınmasını və evin onun vəsaiti hesabına tikilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şikayətə əlavə edilmiş AR Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 aprel 2007-ci il tarixli, №6K-859 saylı qərarının surətindən görünür ki, həmin qərarla AR Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 23 noyabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından göründüyü kimi hazırda mübahisləndirilən qərardadla üzərinə həbs qoyulmuş Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı ev 04 yanvar 2003-cü il tarixli bağışlama müqaviləsi ilə X4 tərəfindən Borclu bağışlanmış, daha sonra məhkəmə qaydasında həmin başışlama müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən qeyd olunan xüsusatlar araşdırılmamış, qərardad qəbul edilərkən yalnız borclunun izahatına istnad etməklə kifayətlənərək, mübahisəli evin üzərinə həbs qoymaqla, prosessual huquq normalarının pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Hazırki halda işə yazılı icraat qaydasında baxıldığından, tələbkarın, borclunun, icra məmurunun və maraqlı şəxsin iştirakları ilə işə baxılması zərurəti yarandığından, birinci instansiya məhkəməsi tərəfindən araşdırmaya zərurət vardır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 8(004)-210/2021 saylı qərardadı ləğv edilərək, Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı evin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına yenidən baxılması üçün iş materialları birinci instansıya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 8(004)- 210/2021 saylı qərardadı ləğv edilsin. Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı evin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına yenidən baxılması üçün iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar