Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-308/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-329/2020 saylı qərardadından ərizəçi X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X2 maddi ziyanın ödənilməsi, icra məmurlarının qanunsuz hərəkətlərinin araşdırılması və xüsusi qərarın qəbul edilməsi badərə ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam, Bakı şəhəri Binəqədi, Nərimanov və Nəsimi rayon İcra və Probasiya şöbələrinin ərizədə sadalanan icra işinə baxmağa məsul olan icra məmurları tərəfindən ona maddi ziyan vurduqlarına görə onlardan xeyrinə 153847 manat pul vəsaitinin tutulması barədə tədbir görülməsi vəzifəsinin AR Ədliyyə Nazirliyi İcra və Probasiya Baş İdarəsinin üzərinə qoyulmasına dair icra işinin davam etdirilməsi, yuxarıda göstərilən İcra və Probasiya şöbələrinin icra ilə bağlı icra məmurlarının qanunsuz hərəkətlərinin araşdırılması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi vəzifəsinin AR Ədliyyə Nazirliyi İstintaq İdarəsinin üzərinə qoyulmasına dair xüsusi qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-329/2020 saylı qərardadı ilə ərizəçi X1 maddi ziyanın ödənilməsi, icra məmurlarının qanunsuz hərəkətlərinin araşdırılması və xüsusi qərarın qəbul edilməsi barədə ərizəsinin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından ərizəçi X2 tərəfindən verilmiş şikayət Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-329/2020 saylı qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, ərizəçi X2 və icra məmuru məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ərizəçi X1 sözü gedən Ağdam, Bakı şəhəri Binəqədi, Nərimanov və Nəsimi rayon İcra və Probasiya şöbələrinə qarşı iddia icraatı qaydasında dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)- 329/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №8(103)-308/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-308/2020
12.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver