Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-308/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, icra sənədi üzrə X1 “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəsinə dair iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından borclu Emin Bayramovun şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Borclu qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə verib. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin. Borclu şikayət verərək xahiş edib ki, qərardad ləğv edilsin. Müəyyən olunur ki, şikayətvermə müddəti ötürülüb. Belə ki, Mülki-Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad borcluya məxsus elektron kabinetə xx.xx.2023cü il tarixdə yerləşdirilib (iş v. 17). Mülki-Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə, belə halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab olunur. Şikayət isə həmin tarixdən 25 gün sonra – xx.xx.2023-cü il tarixdə verilib. Göründüyü kimi, şikayətvermə müddəti 15 gün ötürülüb. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 130.1 və 363.1.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: X1 Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin şikayət geri qaytarılsın. İş Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-308/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-308/2023
23.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver