Məhkəmə qərarları › İş №8(103)-309/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-309/2022

23.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-309/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, icra sənədi üzrə tələbkar X1 Nizami Rayon İcra Şöbəsi icra məmurunun “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərarından şikayətə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, icra səndi üzrə tələbkar Sinayəddin Nəzirovun şikayəti təmin edilsin, Nizami Rayon İcra Şöbəsi icra məmurunun “icra sənədi üzrə icraatın dayandırılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1721/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Həmin icra sənədinə görə, uşaq Aişə Nəzirova yaşamaq üçün atası (tələbkar) Sinayəddin Nəzirovun yanında saxlanılmalı və həmin uşaq anası (borclu) Borclu alınaraq atasına verilməlidir. İcra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraatın dayandırılması qərara alınıb. Qərar onunla əsaslandırılıb ki, borclu icra sənədinə dair iddia qaydasında mübahisə qaldırıb. İcraatın dayandırılmasının hüquqi əsası kimi “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Lakin müəyyən olunur ki, icra sənədinə dair iddia qaydasında mübahisə qaldırılmayıb. Məhkəmə verilmiş iddia “uşağın anada qalması barədə” iddiadır. Bu iddianı ana (iddiaçı) ataya (cavabdehə) qarşı irəli sürüb. Həmin iddia ilə qaldırılan mübahisə icra sənədinə dair mübahisə sayılmır və belə iddianın məhkəməyə verilməsi icra sənədi üzrə icraatın dayandırılmasına əsas ola bilməz. Göründüyü kimi, icra sənədi üzrə icraatın dayandırılması üçün “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsində müəyyən edilmiş əsas yoxdur. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq icra məmurunun qərarını ləğv edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar