Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-309/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-153/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2013- cü il təvəllüdlü X1 üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2337/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hər ay 200 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına münasibətdə indeksikasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-153/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2337/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,90 misli həddində indeksasiya olunması, alimentin indeksasiya edilmiş məbləğdə tutulmasının ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin qismən təmin edilməsini, uşağın saxlanılması üçün tutulan aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunmasını xahiş etmişdir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-153/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti o zaman apellyasiya instansiyası məhkəməsinə göndərə bilər ki, birinci instansiya məhkəməsi tərəfindən qərardada baxılsın və dəyişdirilmədən saxlanılsın. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan maddənin ziddinə olaraq verilmiş şikayətə ilk növbədə özü baxıb müvafiq qərar qəbul etməli olduğu halda şikayəti birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Ona görə də, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-153/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin və Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-309/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-309/2025
20.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver