Məhkəmə qərarları › İş №8(103)-31/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-31/2021

21.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-31/2021 21.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-761/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından borclu (ərizəçi) X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 “icraata başlamaq haqqında” xx.xx.2020-ci tarixli qərarı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-258/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Borclu E.Qazıyev həmin qərardan şikayət ərizəsi ilə müraciət edərək icra məmuru A.Əyyubovun hərəkətlərini qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki işdə tərəflər bir birinə qarşı tələbkar və borclu kimi çıxış edirlər. Borclu-tələbkar kimi göstərildiyi icra vərəqəsində, yaşayış yeri düzgün göstərilməmişdir. Belə ki, ünvan 1 ünvanda yaşasa da, icra vərəqəsində başqa ünvan göstərilmişdir. İcra vərəqəsində anadan olduğu il, ay, gün göstərilsə də, qarşı tərəfin bu göstəriciləri sənəddə yarımçıq qeyd edilmişdir. Bundan əlavə, hər ikisi bir birinə qarşı borclu olsalar da, qanunun tələbinə baxmayaraq nə onun, nə də digər tərəfin iş yeri barədə hər hansı bir qeyd yoxdur. İcra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti də icra sənədində tam göstərilməmişdir. Belə ki, icra vərəqəsinin verildiyi vaxt göstərilsə də, onun icraya yönəldilməsi müddəti göstərilməmişdir. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-258/2019 saylı icra vərəqəsi “İcra haqqmda” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun deyildir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-761/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə borclu (ərizəçi) E.Qazıyev şikayət ərizəsi ilə məhkəmə müraciət edərək ləğv olunmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət icra məmuru A.Əyyubovun hərəkətlərini qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsi barədə şikayət ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya nəzərə alır ki, «İcra haqqında» AR Qanununa əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir (maddə 8.2). Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər (maddə 8.5). Kollegiya qeyd edir ki, borclu icraata başlamaq haqqında qərarın ləğv edilməsi üçün əsasları şikayət ərizəsində göstərə bilməmiş və bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Müəyyən olunur ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Həmçinin, borclu şikayətinin dəlilinin təsdiqi ilə də bağlı hər hansı sənəd əlavə etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni əsaslı olaraq təmin etməmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-761/2020 saylı xx xxxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Məmməd Məmmədov Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar