Məhkəmə qərarları › İş №8(103)-311/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-311/2021

29.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-311/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Tələbkar X8nın, Borclu iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 nömrəli, 19.06.2020-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun hərəkətlərindən (hərəkətsizlik) Bakı şəhəri Xətai Rayon Məhkəməsisinin 8(011)-108/2021 saylı 07.04.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayətinə verilmiş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı, 18.03.2020-ci il tarixli qərardadına əsasən 12.02.2020-ci il tarixdən başlayaraq cavabdeh Borclu 10.08.2008-ci il təvəllüdlü X4 və 25.03.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində X7 ödəniməsi müəyyən edilmişdir. İcra sənədi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Tələbkar Krayneva (Ağayeva) X13 rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun hərəkətlərindən (hərəkətsizlik) şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsisinin 8(011)-108/2021 saylı 07.04.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı, mülki iş üzrə “icra məmurunun hərəkətsizliyi barədə” tələbkar X8 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı, 18.03.2020-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı, 18.03.2020-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin aparılması və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2275/2020 saylı, 18.03.2020-ci il tarixli qərardadına əsasən 12.02.2020-ci il tarixdən başlayaraq cavabdeh Borclu 10.08.2008-ci il təvəllüdlü X4 və 25.03.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin uşaqların ananın yanında olduğu müddət üçün, yəni 11 avqust 2020-ci il tarixədək X7 ödəniməsini təmin etmək vəzifəsi Xətai rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan Borclu şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisələndirilən qətnamədə iddiaçının dəlillərinin əksəriyyətini qeyd-şərtsiz qəbul edib bunu müxtəlif hüquq normaları ilə əsaslandırmağa cəhd etsə də, ciddi yanlışlıqlara, işin faktiki hallarına və ayrı-ayrı sübutlara münasibətdə bu hüquq normalarının səhv təfsirinə və düzgün olmayan tətbiqinə, habelə bir-birini təkzib edən ziddiyyətli nəticələrə yol verib. Belə ki, məhkəmə uşaqların göstərilən tarixlərdə onunla yaşadığını təsdiq edən şahid ifadələrini və digər sübutları qəbul etməmişdir. Halbuki, Xətai rayonu İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun hərəkətsizliyi qanunsuz hesab edilsədə, Tural Rəhimov bu faktları nəzərə almış və Məhkəməyə bildirmişdir. Lakin Məhkəmə bu dəlilləridə qəbul etməmiş və 8(011)- 108/2021 saylı qərardadı ilə aliment ödənişini 12.02.2020-ci il tarixindən başlayaraq, 11.08.2020-ci il tarixədək X5 ödənilməsini təmin etmək vəzifəsi Xətai rayonu İcra Şöbəsinə həvalə etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsisinin 8(011)-108/2021 saylı 03.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar X8 şikayəti qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş icra şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı, 19.06.2020-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən qəbul edilmiş 22 oktyabr 2020-ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması haqqında” qərar qanuni olsa da, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı, 18.03.2020-ci il tarixli icra vərəqəsinin icra edilməməsi, uşaqlar anada olduğu müddət ərzində alimentin borcludan alınaraq tələbkara ödənilməsinin təmin edilməməsi, həmin müddət ərzində hər hansı icra hərəkətlərin aparılmaması qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsasən, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci bəndinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 nömrəli, 18.03.2020-ci il tarixli qərardadı ilə Borclu 18 avqust 2008-ci il təvəllüdlü X4 və 25 mart 2010-cu il təvəllüdlü X1 üçün 12.02.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müvəqqəti alimentin tutularaq hazırki mülki iş üzrə məhkəmə qətnaməsi qəbul edilənədək X10 verilməsi qərara alınmıdşır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-603/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı, 19.06.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı, 19.06.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, 10 avqust 2008-ci il təvəllüdlü X4 və 25 mart 2010-cu il təvəllüdlü X3 ataları Borclu alınaraq iddiaçı X6 himayəsinə verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2275/2020 saylı, 19.06.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 10.08.2008-ci il təvəllüdlü X4 və 25.03.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin X7 ödəniməsi, alimentin tutulmasının qətnamə qəbul edildiyi gündən hesablanması müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə aktlarının icrası onların nəticə hissəsi ilə birbaşa bağlıdır. Yalnız qət olunan hissədə göstərilənlər icra hərəkətlərinin predmetini təşkil edir və məcburidir. Buna baxmayaraq, icra sənədi icra edilməsi üçün Bakı şəhəri Xətair rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, icra sənədi icra edilməmişdir. İş materialları ilə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tədbiq edilməsi müəyyən edilməmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, şikayət formal əsaslarla verilmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, borclu tərəfindən verilmiş şikayət təmin olunmamalı Bakı şəhəri Xətai Rayon Məhkəməsisinin 8(011)- 108/2021 saylı 07.04.2021-ci il tarixli qərardadından dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2021 saylı, 07.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar