Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-312/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(005)-239/2019 nömrəli iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardaddan iş üzrə borclu (cavabdeh) Borclu verdiyi şikayətə, tələbkar (iddiaçı) Tələbkar iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10562/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin hissə-hissə, yəni ayda 800 manat ödənilməklə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnaməyə əsasən borclu (cavabdeh) Borclu tələbkar (iddiaçı) Tələbkar xeyrinə 22.500 manat məbləğində pul tutulmalıdır. Nərimanov Rayon Məhkəməsinin qərardadından (İş № 8(005)-622/2019 saylı) görünür ki, təqdimat təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “VAZ 21074” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı və “BMW” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardan da görünür ki, tələbkara olan borcunu ödəməkdən yayınmamış, əksinə tələbkara olan borcunu ödəmək üçün, daimi işinin olmamasına baxmayaraq, o, günəmuzd işlərdə çalışmaqla pul toplayıb hər ay 500 manat Tələbkar göndərmişdir. Eyni zamanda, məhkəmədə verdiyi izahatında da tələbkara qalan borcunu bir dəfəyə ödəməyə obyektiv olaraq maddi imkanının olmamasını, yəni mülkiyyətində hər hansı bir daşınar və daşınmaz əmlakının olmamasını, habelə banklarda adına pul vəsaitinin olmamasını bildirərək bundan sonra tələbkara hər ay 800 manat məbləğində pul ödəməyi davam etdirəcəyini bildirmişdir. Ərizənin baxılması nəticəsi ilə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardadla qətnamənin hissə-hissə icra edilməsindən imtina olunmuş, ərizə təmin edilməmişdir. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-nin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyini nəzərə alınmalıdır. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Borclunun ərizəsində qeyd edilmiş təklifdən işin hallarına yanaşdıqda müəyyən edilir ki, ərizə borclunun təklif etdiyi qaydada təmin olunarsa tələbkara münasibətdə qətnamə təxminən 2 ildən çox müddət ərzində icra olunacaqdır. Qətnamənin bu qaydada icra edilməsi tələbkarın mənafeyinin pozulması ilə nəticələnəcək, bu isə yolverilməzdir. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən əsasla ərizəni və şikayəti təmin etməməkdə haqlı olmuşdur. Ərizənin və şikayətin təmin edilməsi üçün əsas yoxdur. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-312/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-312/2020
22.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver