Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-312/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədirlik edən və məruzəçi), X4 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-226/2020 sayl, 12.10.2020-ci il tarixli qərardadından Maraqlı şəxs şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Gültac Sadıqova təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-86/2019-018 nömrəli, 29.03.2019-cu il tarixli icra sənədinə əsasən borclu X1, Borclu2, Borclu1 640 manat, 762551.46 ABŞ dolları məbləğində pul vəsaiti və 50 manat dövlət rüsumu tutularaq tələbkar "Tələbkar" QSC-nin xeyrinə ödənilməlidir. Ona görə həmin icra sənədinin icrası məqsədi ilə borclulara məxsus əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-226/2020 saylı 12 oktyabr 2012-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-86/2019 saylı, 29.03.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclular- X3 məxsus olan “Audi Q7” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı, Borclu1 məxsus olan "X9" minik markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobil, Borclu2 məxsus olan "Lexus 570" minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı, "X8" minik markalı ** TF *** dövlət qeydiyyat nişanlı, "BMW 535" minik markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Maraqlı şəxs məhkəməyə müraciət edərək qeyd olunan qərardadın onun maraqlarına toxunduğunu bildirmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-226/2020 saylı, 12.10.2020-ci il tarixli qərardadı ilə “BMW 535” minik markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.Həbs qoyulmasının səbəbi Borclu2 banka borcunun olmasıdır.O,etibarnamə əsasında qeyd olunan avtomobili Borclu2 satın almış və həmin vaxt üzürlü səbəblərə görə avtomobuli öz adına keçirə bilməmişdir.Bu yaxınlarda avtomobili idarə edərkən polis əməkdaşı onu saxlayıb,avtomobilin üzərində həbs olduğunu ona bildirmişdir.O,vicdanlı alıcıdır və avtomobili alarkən onun üzərində həbs olduğunu bilməmişdir.Qeyd olunan lara əsasən avtomobilin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qərardadı ilə “BMW 535” minik markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Maraqlı şəxs ərizəsi ərizə təmin olunmamışdır.Qeyd olunan qərardadı mübahisələndirməmişdir. Bundan sonra Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 226/2020 saylı 12 oktyabr 2020-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın qismən ləğv olunmasını və “BMW 535” minik markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissəsində təqdimatın təmin olunmamasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Apellyasiya baxışı zamanı Maraqlı şəxs şikayətin təmin olunmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli, 8(007)-226/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarınna əlavə edilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-226/2020 saylı, 12.10.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-86/2019 saylı, 29.03.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X2 adına “AUDİ Q7” minik markalı,99 VG057 dövlət qeydiyyat nişanlı,Borclu1 adına “X9”minik markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobil,Borclu2 adına “LEKSUS 570” minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı, “X8” minik markalı ** TF *** dövlət qeydiyyat nişanlı, “BMW 535” minik markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyularaq cərimə meydançasında saxlanmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Göründüyü kimi, BMW 535” minik markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu2 mülkiyyətindədir və onun “xxxx”QSC-nə olan borcunun ödənilməsi barədə məlumat olmadığından birinci instansiya mıəhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) aymüddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli, 8(007)-226/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-312/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-312/2021
30.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver