Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-313/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2022 saylı 28 dekabr 2022 il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X4 qarşı əmlak bölgüsü tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh X5 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qətnaməsinin “qət etdi” hissəsində “əşyaların hər bir ədədi üzərində 1/2 hissədə iddiaçı Tələbkar, 1/2 hissədə isə cavabdeh X3 pay hüququ müəyyən edilməsi” qeyd edərkən, həmin əşyaların 1/2 hissəsinin borcludan naturada alınaraq Tələbkar verilməsini və yalnız pay hüququnun müəyyən edilməsinin nəzərdə tutulması barədə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. Həmin qərardaddan borclu tərəfindən şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət ərizənin dəlillərinə uyğun əsaslandırılmışdır. Xətai Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə ərizəni rədd edərkən MPM-nin 230-cu maddəsinə istinad etmiş və qeyd etmişdir ki, izah verilməsi xahiş olunan məhkəmə qətnaməsində qeyri-müəyyənlik yoxdur, qətnamənin məzmunu və nəticə hissəsi açıq-aydın şəkildəifadə olunmuşdur. Hər hansı anlaşılmaz məsələ olmadığından məhkəmə qətnaməsinin izahına ehtiyac da yoxdur. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 230-cu maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (230.1). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (230.3). Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur (230.4). Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər (230.5). Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməyə izah verilməsindən imtina ilə bağlı mövqeyi əsaslı olmuş, ərizə rədd edilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-313/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-313/2024
09.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver