Məhkəmə qərarları › İş №8(103)-314/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-314/2023

08.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-314/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimata dair iş üzrə Açar sözlər: apellasiya şikayətinin qeyri-mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimata dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 8(007)-57/2023 nömrəli qərardadından Tələbkar Açıq Səhmdar Cəmiyyətinin şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Bаkı şəhəri Nizami Rayonu İcra şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Bаkı şəhəri Nizami Rаyоn Məhkəməsinin 19 oktyabr 2022-ci il tаriхli, 2(007)-1005/2022 nömrəli icra sənədi üzrə bоrclu Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 8(007)- 57/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir.

3. Borclular Borclu və X2 qərardaddan şikayət vermişlər.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 8(007)- 57/2023 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır.

5. Borclu eyni zamanda ərizə ilə müraciət edərək, avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 8(007)- 57/2023 nömrəli qərardadı ilə ərizə qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 8(007)-57/2023 nömrəli qərardadı ləğv olunmuş, Borclu məxsus “BMW X5 minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməsi qərara alınmışdır.

7. Tələbkar ASC qərardaddan şikayət vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 8(007)-57/2023 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır.

8. Tələbkar yenidən 17 mart 2023-cü il tarixli qərardaddan şikayət vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 8(007)-57/2023 nömrəli qərardadı müddətin bərpası barədə ərizə təmin edilməmiş, şikayət geri qaytarılmışdır.

9. Tələbkar 05 may 2023-cü il tarixli qərardaddan şikayət, eyni zamanda 17 mart 2023-cü il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təqdim etmişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 8(007)- 57/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, 17 mart 2023-cü il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, işin apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 263.1. İş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır; Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; Maddə 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir; Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir; Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. İşdən müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 8(007)-57/2023 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayət geri qaytarılmış, həmin qərardaddan şikayət verilməsi buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilmiş, birinci instansiya məhkəməsinin 05 may 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

13. Tələbkarın növbəti prosessual addımı isə məhz 05 may 2023-cü il tarixli qərardaddan şikayət verilməsi olmuş, eyni zamanda 17 mart 2023-cü il tarixli qərarddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 8(007)-57/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, 17 mart 2023-cü il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, işin apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

14. Göründüyü kimi, 17 mart 2023-cü il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsə də, məhz həmin qərardaddan verilmiş cari şikayətin özü iş materiallarında mövcud deyil.

15. 05 may 2023-cü il tarixli qərardaddan verilmiş şikayətə isə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmişdir.

16. Halbuki, Mülki Prosessual Məcəllənin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2 və 269.3-cü maddələrinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

17. Göründüyü kimi, MPM-in imperativ tələbinə əsasən birinci instansiya məhkəməsinin qərardadından şikayət verildiyi zaman şikayətə ilkin olaraq, qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılmalı, işə baxan hakim şikayətin əsaslı olmaması qənaətinə gəldikdə şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir.

18. Hazırkı işdə isə, tələbkar tərəfindən şikayət verilmiş, həmin şikayət verilsə də MPM-in 269-cu maddəsinin tələblərinə əməl edilməmiş, şikayətə ilkin olaraq, 3 gün müddətində məhkəmənin özü tərəfindən baxılmadan birbaşa olaraq apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

19. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün şikayət qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

20. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 8(007)-57/2023 nömrəli qərardadından Tələbkar Açıq Səhmdar Cəmiyyətinin şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar