Məhkəmə qərarları › İş №8(103)-315/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-315/2021

01.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-315/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi, Borclu "xxxx" MMC-nin hüquqşünası X1iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, 14.12.2012-ci il və Bakı Apellyasiya məhkəməsinin 2(103)- 1792/2020 nömrəli, 12.02.2020ci il tarixli icra sənədləri üzrə Borclu MMC-nin mülkiyyətində olan əmlaklara həbs qoyulmasına və tələbin əmlaklara yönəldilməsinə dair təqdimatı üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərardadından tələbkar X2 nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, 14.12.2012-ci il və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1792/2020 nömrəli, 12.02.2020-ci il tarixli icra sənədləri üzrə Borclu mülkiyyətində olan Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 40; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 8; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 30; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 31; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 30A; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 62; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 34; Nəsimi r-nu, Kiçik dəniz küç, ev 1, mən 4; Nəsimi r-nu, Kiçik dəniz küç, dal 1, ev 3, mən 2; Nəsimi r-nu, Kiçik dəniz küç, dal 1, ev 4; ünvan 1 ünvanlar üzərinə həbs qoyulmasına və onu satmaq yolu ilə tələbin əmlaklara yönəlməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 22.02.2013-cü il tarixdə icraata daxil olan Nəsimi rayon məhkəməsi tərəfindən verilmiş 2(006)-3493/2012 saylı, 14.12.2012-ci il tarixli icra sənədinə əsasən Tələbkar2 və X5 ilə “Jalə Biznes” (inidki Borclu) MMC arasında bağlanmış 21.09.2005-ci il tarixli müqavilə ləğv edilməlidir. Tələbkar2 və X3 xeyrinə “Jalə Biznes” (inidki Borclu) MMC-dən borclunun müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə hesablanmış 560 000 ABŞ dolları cərimə, 14 000 ABŞ dolları dəbbə pulu, cəmi 574 000 ABŞ dolları məbləğində 5 il 7 ay 9 gün ərzində banka illik 10,4 faiz depozit qoyacağı təqdirdə əldə edəcəyi 426 000 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulmalıdır. 22.09.2020-cu il tarixdə icraata daxil olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1792/2020 nömrəli, 12.02.2020-ci il tarixli icra sənədinə əsasən Borclundən 121.987 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədləri üzrə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədlərii üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən, Borclu (VÖEN; **********) mülkiyyətində Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 40; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 8; Nəsimi rnu, Bül-Bül pr-ti, ev 42, mən 30; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 31; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 30A; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 62; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 34; Nəsimi r-nu, Kiçik dəniz küç, ev 1, mən 4; Nəsimi r-nu, Kiçik dəniz küç, dal 1, ev 3, mən 2; Nəsimi r-nu, Kiçik dəniz küç, dal 1, ev 4; ünvan 1 ünvanlar aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən borclu “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininin mülkiyyətində olan Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 40; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 8; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 30; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 31; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 30A; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 62; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 34; Nəsimi r-nu, Kiçik dəniz küç, ev 1, mən 4; Nəsimi r-nu, Kiçik dəniz küç, dal 1, ev 3, mən 2; Nəsimi r-nu, Kiçik dəniz küç, dal 1, ev 4; ünvan 1 ünvanlar üzərinə həbs qoyulmasına və onu satmaq yolu ilə tələbin əmlaklara yönəlməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli, 8(006)-140/2021 saylı qərardadı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatı qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, 14.12.2012-ci il və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1792/2020 nömrəli, 12.02.2020-ci il tarixli icra sənədləri üzrə Borclu mülkiyyətində olan Nəsimi r-nu, BülBül pr-ti, ev 40; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 8; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 30; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 31; Nəsimi r-nu, Bül-Bül prti, ev 42, mən 30A; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 62; Nəsimi r-nu, Bül-Bül pr-ti, ev 42, mən 34; Nəsimi r-nu, Kiçik dəniz küç, ev 1, mən 4; Nəsimi r-nu, Kiçik dəniz küç, dal 1, ev 3, mən 2; Nəsimi r-nu, Kiçik dəniz küç, dal 1, ev 4; ünvan 1 ünvanlar üzərinə həbs qoyulmuşdur. Borclu səlahiyyətli nümayəndəsi qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, 14.12.2012-ci il tarixli icra sənədi üzrə Nəsimi rayon Məhkəməsinin qətnaməsində açıq hesab səhvlərinə yol verilmişdir. Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Şikayət verilmiş, həmin şikayət icraata qəbul edilmiş və araşdırlma aparılır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1792/2020 nömrəli, 12.02.2020-ci il tarixli icra sənədi üzrə İcra şöbəsinin 19.10.2020-ci il tarixli qərarı ilə Borclu MMC-nin banklarda olan hesablardakı pul vəsaitlərinin üzərinə 130.526 manat həcmində həbs qoyulmuşdur. Bundan əlavə İcra şöbəsinin təqdimatına əsasən Nəsimi rayon Məhkəməsinin 2(006)-376/2020 saylı 27.11.2020-ci il tarixli qərardadı ilə Borclu MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyulmuşdur. Nəsimi Rayon Məhkəməsinin 23.04.2021-ci tarixli qərardadı ilə şikayət təmin olunaraq, Nəsimi Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli, 8(006)-140/2021 saylı qərardadı ləğv edilmişdir, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, 14.12.2012-ci il və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1792/2020 nömrəli, 12.02.2020-ci il tarixli icra sənədləri üzrə Borclu mülkiyyətində olan mənzillərin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməmişdir. Tələbkar X4 nümayəndəsi-vəkil X6 Rayon Məhkəməsinin 23.04.2021-ci tarixli 8(006)- 140/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-140/2021 saylı iş üzrə 02.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə Nəsimi İcra Şöbəsinə və tələbkara kollegiyanın iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2.-ci madəsinə əsasən kollegiya işə tələbkarın və icra məmurun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya, şikayətin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən borclunun nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, Nəsimi Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı ləğv edilməli və Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, 14.12.2012-ci il və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1792/2020 nömrəli, 12.02.2020ci il tarixli icra sənədləri üzrə Borclu MMC-nin mülkiyyətində olan əmlaklara həbs qoyulmasına və tələbin əmlaklara yönəldilməsinə dair təqdimata yenidən baxılması üçün iş materialları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 09.08.2019-cu il tarixli, 17/11-G nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli, 2(102)-4255/2019 nömrəli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayət Konstitusiya Məhkəməsinin icraatına daxil olmuş və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada öyrənilir. Göründüyü kimi, ərizənin verilməsindən xeyli müddət keçmişdir. Konstitusiya məhkəməsinin icraatında olan şikayətin vəziyyəti barədə heç bir sənəd təqdim edilməmiş, məhkəmə də belə bir sənəd tələb etməmiş. Konstitusiya məhkəməsinə verilmiş ərizə üzrə işin nəticəsinə dair Konstitusiya məhkəməsində zəruri məlumat almadan, Şikayətin rədd edilməsi və ya icraata götürülməməsi və vaxud baxılmadığı barədə heç bir araşdırma aparmadan təqdimata baxan birinci instasiya məhkəməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.8-ci maddəsinə istinad etməklə, Nəsimi Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadını ləğv edərək, Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Borclu MMC-nin mülkiyyətində olan əmlaklara həbs qoyulmasına və tələbin əmlaklara yönəldilməsinə dair təqdimatını təmin etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, təqdimata yenidən baxarkən tərəflərin iştirakı təmin edilməklə, göstərilən çatışmamazlıqlar aradan qaldırılmaqla təqdimat tam və hərtərəfli araşdırmalı, bütün hallarına hüquqi qiymət verilməklə, nəticəsindən aslı olaraq qanunamüvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Tələbkar X2 nümayəndəsi və vəkili X10 şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 8(006)-140/2021 saylı iş üzrə 23 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı, 14.12.2012-ci il və Bakı Apellyasiya məhkəməsinin 2(103)- 1792/2020 nömrəli, 12.02.2020ci il tarixli icra sənədləri üzrə Borclu MMC-nin mülkiyyətində olan əmlaklara həbs qoyulmasına və tələbin əmlaklara yönəldilməsinə dair təqdimata baxılması üçün iş materialları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardadan kassasiya şikayəti verilə bimləz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar