Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-316/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Tələbkar ASC-nin nümayəndəsi Xəyalə Məmmədovanın iştirakı ilə, icra sənədi üzrə Tələbkar ASC-nin Nəsimi Rayon İcra Şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından şikayətə dair iş üzrə Nəsimi Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadından Nəsimi Rayon İcra Şöbəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Nəsimi Rayon Məhkəməsi tərəfindən 2(006)-721/2014 №-li mülki iş üzrə qəbul olunmuş 24.02.2014-cü il tarixli qətnaməyə görə Borclu Tələbkar ASC-nin xeyrinə kredit müqaviləsi üzrə cəmi 2.038,64 manat borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutulmalıdır. Qətnaməyə əsasən icra sənədi verilib və icra edilməsi üçün Nəsimi Rayon İcra Şöbəsinə göndərilib. Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qəbul olunmuş 07.09.2020-ci il tarixli qərarla qərara alınıb ki, həmin icra sənədi üzrə icraata xitam verilsin. Qərar onunla əsaslandırılıb ki, Borclu 09.05.2016-cı il tarixdə ölmüş elan edilib. Tələbkar ASC şikayət verərək xahiş edib ki, icra məmurunun qərarı ləğv edilsin. Nəsimi Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilsin icra məmurunun qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Nəsimi Rayon İcra Şöbəsi məhkəmənin qərardadından şikayət verərək xahiş edib ki, qərardad ləğv edilsin. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. “İcra haqqında” Qanunun 20.1.3-cü maddəsinə görə tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Elektron məlumat bazasından məyyən olunur ki, borclu 09.05.2016-cı il tarixdə ölüb, vərəslik məlumatları isə tapılmayıb. Ölüm tarixindən 6 aydan, yəni mirasın qəbulu üçün qanunda müəyyən edilmiş müddətdən çox vaxt keçib. İcra məmuru borclunun əmlakının olduğunu müəyyən edə bilməyib, tələbkar isə borculunun əmlakının olduğunu təsdiq edən sübut təqdim etməyib. Miras aktivi müəyyən edilmədiyinə görə miras passivinin, yəni qətnamədə göstərilmiş pu borcunun vərəsəlik qaydasında başqa şəxsə keçməsi mümkün deyil. Ona görə də icra məmuru düzgün olaraq icra sənədi üzrə icraata xitam verib. Beləliklə, Nəsimi Raayon İcra Şöbəsinin şikayəti təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı ləğv edilməli, Tələbkar ASC-nin icra məmurunun 07.09.2020-ci il tarixli qərarından verdiyi şikayət rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nəsimi Rayon İcra Şöbəsinin şikayəti təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. Tələbkar ASC-nin Nəsimi Rayon İcra Şöbəsinin icra məmurunun “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 07.09.2020-ci il tarixli qərarından verdiyi şikayət rədd olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-316/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-316/2021
25.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver