Məhkəmə qərarları › İş №8(103)-317/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-317/2021

30.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-317/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İHakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-321/2019 saylı, 18 may 2021-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 8(007)-321/2021 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-759/2018 saylı 22 may 2018-ci il tarixli qərardadının qismən,ünvan 1 ünvanında yerləşən 278.4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin və 0,06216 ha. ölçüdə torpaq sahəsinin üzərinə həbsin qoyulması hissəsində ləğv olunması və həmin əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Həmin qərardaddan Azərbaycan Respublikası Dövlət Şirkətinin(SOKAR) nümayəndəsi Nümayəndə1 şikayət vermişdir. Şikayət məhkəmənin eyni saylı, 27 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kolegiyasının iclasında tələbkarın nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Şikayətə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tələbkarın iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti London Arbitraj Məhkəməsinə müraciət edərkən cavabdeh qismində X4 Kompani LTD və Borclu cavabdeh qismində işə cəlb olunmuşlar. X9 həmin işdə ümumiyyətlə tərəf olmamış, ona qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Notarial qaydada təsdiq olunmuş 23 fevral 2018-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, satıcı Borclu, alıcı X8 ünvan 2 ünvanda yerləşən 278.4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini 200.000 manata, 06216 kv.m torpaq sahəsini isə 350.000 manata satmışdır. Notarial qaydada təsdiq olunan RX seriyalı,1266386 saylı çıxarışdan görünür ki,həmin əmlaklara dair X6 mülkiyyət hüququ 20.04.2018-ci il tarixdə qeydiyyNotarial qaydada təsdiq olunan nikah şəhadətnamənin surətindən görünür ki, X9 ilə X3 arasında 17 iyun 1992-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Notarial qaydada təsdiq olunan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28.07.2020-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 9 saylı Notariat X1 ünvanlanmış 18.01.2021-ci il tarixli məktubda qeyd olunur ki, 28.07.2020-ci ildə vəfat etmiş X5 miras qalmış ünvan 2 ünvanda yerləşən 278.4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi və o,06216 kv.m torpaq sahəsi həbsdə olduğundan həmin əmlaklara dair şəhadətnamənin verilməsi mümkün deyil. İş materiallarından məlum olur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 759/2018 saylı, 22 may 2018-ci il tarixli qərardadı ilə artıq 20.04.2018-ci il tarixdən hazırkı işdə tərəf olmayan, üçüncü şəxsin, X6 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 278.4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin və 0,06216 ha. ölçüdə torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Beləliklə, iş materialları ilə məlum olur ki, üçüncü şəxs X9 23.02.2018-ci il tarixdə həmin əmlakları 550.000 manata Borclu almış, 20.04.2018-ci il tarixdə isə mülkiyyətinə keçirmiş, bundan bir ay sonra isə həmin əmlakların üzərinə həbs qoyulması barədə təqdimat 18 may 2018-ci il tarixdə məhkəməyə daxil olmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-759/2018 saylı, 22 may 2018-ci il tarixli qərardadı ilə “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” ilə Borclu arasında olan mübahisədə tərəf olmayan 3-cü şəxsin əmlaklarına həbs qoyulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisədə tərəf olmayan üçüncü şəxin əmlakına həbs qoyulduğundan, bu isə mülkiyyətə əsassız müdaxilə hesab olunduğundan, rayon məhkəməsi qeyd edilən əmlak üzərindən həbsin götürülməsində haqlı olmuşdur. Buna görə də qərardad qanuni və əsaslı, şikayət isə açıqaşkar əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 1 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Azərbaycan Respublikası Dövlət Şirkətinin (SOCAR) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-321/2019 saylı, 18 may 2021-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar