Məhkəmə qərarları › İş №8(103)-318/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-318/2022

05.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-318/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(007)-214/2022 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1907/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Borclu ilə X14 arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanılmış və 0001 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllü X15, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları X7 yanında saxlanılması, Borclu, xx.xx.2011ci il təvəllüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün, xx.xx.2020ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin və əlavə xərc qismində 50 manat sabit pul məbləğində vəsaitin X7 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə aliment hissəsində dərhal icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş və icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlanılmışdır. X2 məhkəməyə şikayət ilə müraciət edərək, tələbkar qismindən çıxış etdiyi 2(007)-1907/2020-008 saylı icra sənədinin borclu tərəfindən düzgün icra edilməməsinə görə Nizami rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və belə hərəkətsizliyin aradan qaldırılması öhdəliyinin Nizami rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1907/2020 saylı qətnaməsi ilə keçmiş həyat yoldaşı (borclu) Borclu ilə arasında olan nikah münasibətinin pozulması və birgə nikahdan dünyaya gələn xx.xx.2011-cü il təvəllüdlü-oğlu X9, xx.xx.2012-ci il təvəllüdlü- qızı X4 və xx.xx.2016-cı il təvəllüdlü- oğlu X5 onlar yetkinlik yaşına çatana qədər onun himayəsində saxlanılmasıüçün ayda hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat aliment məbləğinin və əlavə xərc qismində 50 manat sabit pul məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən qətnamənin icra olunmasıüçün Nizami Rayon İcra və Probasiya Şöbəsinə 28 avqust 2020-ci il tarixli məktubla icra vərəqəsi göndərilmişdir. Onun kiçik övladı X10 14 mart 2022-ci il tarixdə dünyasını dəyişmişdir. Borclu bu halı vicdansızcasına bəhanə edərək məhkəməyə müraciət etmədən 2022-ci il may-iyun aylarıüzrə cari aliment məbləğlərinin miqdarını azaltmış- may ayıüzrə 300 (üç yüz) manat, iyun ayıüzrə isə 279 (iki yüz yetmiş doqquz) manat aliment pulu ödəmişdir. Sözügedən halla bağlı işüzrə icra təbirlərinin həyata keçirilməsi həvalə olunmuş Nizami Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 şifahi şəkildə məlumat verilməklə şikayət olunsa da, o, bu məsələdə qarşı tərəfi haqlı saymış və qarşı tərəfin yeni məhkəmə qətnaməsi olmadan sözügedən hərəkətini qanunauyğun hesab etmişdir. Ona bu barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsinin müvafiq norması xatırladılsa da, nəticədə buna əhəmiyyət verməmiş və qanunsuz hərəkətsizliyini borclunun xeyrinə davam etdirmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(007)-214/2022 saylı qərardadı ilə tələbkarın ərizəsi təmin edilməmişdir. Qərardaddan X2 şikayət verərək, qərardadın ləğv edilməsini, Nizami Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı qeyd olunan hərəkətsizliyinin,habelə hərəkətinin qanunsuz hesab edilməsi və belə hərəkət və hərəktsizliyin aradan qaldırılması öhdəliyinin Nizami Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi haqqında qanuni və əsaslandırılmış qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(007)-214/2022 saylı qərardadından verdiyi şikayət, məhkəmənin 01 sentyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə sözügedən iş üzrə qərardad qəbul edərkən Borclu icra qurumuna ərizəsi əsasında onun cari hərəkətlərini (2 uşaq üçün aliment ödəməsi) qanunauyğun hesab etmişdir. Lakin məhkəmə qeyri-müəyyənliyə yol verərək qanunauyğunluğun nədən ibarət olmasının şərhini verməmiş, qərarını bu baxımdan əsaslandırmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(007)- 214/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. “İcra haqqında” Qanunun 26-ci maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 44.1.3-cü maddəsinə görə könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə qətnaməsinin icrası zamanı hər iki tərəfin mənafeyini də nəzərə alınmalıdır. İş materiallarından görünür ki, icra işinin materialları birinci instansiya məhkəməsi tərəfindən tələb olunaraq öyrənilmişdir. Müəyyən olunmuşdur ki, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra, qətnamə üzrə icra vərəqəsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş və icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlanılmışdır. Bu müddət ərzində tələbin könüllü icrası təmin edilməməsi ilə bağlı məcburi icra tədbirlərinə başlanılması barədə onlara xəbərdarlıq edilmişdir. X14 tərəfindən yazılmış və imza edilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, Borclu 300 manat, 400 manat məbləğində aliment pulunun aldığını qeyd etmişdir. Daha sonra Borclu xx.xx.2021-ci il tarixdə iltizam verərək icra vərəqəsinə əsasən X12 500 manat aliment pulu ödədiyini və qalıq borcu olan 590 manatın xx.xx.2021-ci il tarixdə ödəyəcəyinə söz verdiyini, əks təqdirdə məsuliyyəti barədə xəbərdarlıq edildiyini bildirmişdir. Eyni zamanda icra vərəqəsində olan ödəniş qəbzlərinə əsasən Borclu X12 2020 və 2021-ci ilin müxtəlif tarixlərində müxtəlif məbləğlərdə ödəniş edilmişdir. Həmçinin Borclu xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq övladı xx.xx.2016-cı il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə X20 reanimasiya şöbəsində predaqonal vəziyyətdə qəbul edildiyini, xx.xx.2022-ci il tarixdə saat 02:25-də isə bioloji ölümün baş verdiyini, ölüm faktının müəyyən edilməsi barədə Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət edilmədiyi üçün “Ölüm haqqında” şəhadətnaməni ərizəyə əlavə etməyin mümkün olmadığını bildirmiş və X10 vəfat etdiyi üçün icra sənədində ona aid olan hissədə xx.xx.2022-ci il tarixdən etibarən aliment pulun ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(007)- 1907/2020 saylı məktub ilə ərizəyə münasibət bildirərək ərizədə qeyd olunan məsələnin icra şöbəsinin səlahiyyətlərinə aid olduğundan X5 “Ölüm haqqında” Şəhadətnaməsi ilə Maraqlı şəxsə müraciət edilməli olduğu bildirilmişdir. X10 14 mart 2022-ci il tarixdə vəfat etdikdən sonra borclunun müraciəti əsasında Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinə ünvanlanmış məktubda xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq xx.xx.2016-cı il təvəllüdlü X5 ölüb-ölməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Məhkəmə hesab etmişdir ki, icra qurumu tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1907/2020 saylı qətnaməsinin icra olunması üçün yetəri qədər tədbirlər görülmüş, icra edilmədiyi vaxtlarda borclu tərəfindən iltizam alınmış, eyni zamanda borclu tərəfindən tələbkara müəyyən ödənişlər edilmişdir. Hazırki halda tərəflərin birgə nikah dövründə anadan olmuş X10 14 mart 2022-ci il tarixdə vəfat etdiyindən, icra şöbəsi bu faktın doğruluğu üçün sorğu göndərdiyindən, bununla bağlı borclu tərəfindən icra qurumuna müraciət edildiyindən, X5 hüquq qabiliyyəti onun ölümü ilə xətm edildiyindən, icra şöbəsi də bu halları nəzərə alaraq borclunun 2 uşaq üçün aliment ödəməsini qanunauyğun saydığından məhkəmə hesab etmişdir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(007)- 214/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar