Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-318/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar nümayəndəsi X4 və vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5699/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınar əmlakına yönəldilməsi üçün Lənkəran, Bakı-Astara magistralında yerləşən 1,4160 ha və Lənkəran rayonu, Sütəmuradov kəndində yerləşən 1 ha sahədən ibarət torpaq sahələrinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Borclu məxsus Lənkəran rayonu, Sütəmuradov kəndində yerləşən 1 ha sahədən ibarət torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan Tələbkar nümayəndəsi X4 və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət verərək, qərardadın qismən, təqdimatın rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə də təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu, Sütəmuradov kəndində yerləşən 1 ha sahədən ibarət torpaq sahəsinin dəyəri borcun tam ödənilməsini təmin etmir. Əmlakların hər ikisinin üzərinə həbsin qoyulması hər hansı ədaləti pozmur əksinə həbs qoyulmaması nəticəsində əmlak özgəninkiləşdirilərsə tələbkarın hüquqları pozulur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, şikayət onu imzalamaq hüququ olmayan şəxslər tərəfindən verildiyindən qeyrimümkün hesab edilməli və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətə Vəkil onun birinci instansiya məhkəməsinin qərardadından şikayət vermək, şikayəti imzalamaq səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir. X3 imza səlahiyyəti verən etibarnamənin olmasına baxmayaraq, onun tələbkarın yaxın qohumu və ya vəkili olmasını (order) təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Hüquqi nəticə etibarı ilə şikayət onu imzalamağa hüququ olmayan şəxslər tərəfindən imzalanmışdır. Bununla belə, birinci instansiya məhkəməsi bu şəxsləri tələbkarın təmsilçisi (nümayəndəsi) kimi qəbul etməkdə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, onu imzalamaq hüququ olmayan şəxslər tərəfindən verildiyindən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 366-cı, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar nümayəndəsi X4 və vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-318/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-318/2023
12.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver