Məhkəmə qərarları › İş №8(103)-318/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-318/2024

09.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-318/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Fuad Vilayət oğlu X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(004)-371/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Borclu qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən uşaqlarla birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququnun 1 il müddətinə saxlaması, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Borclu azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq X4 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-740/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından müvafiq icra sənədi verilməklə icraya yönəldilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar X5 məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilmiş bir illik müddətin başlanğıc tarixinin hansı vaxtdan hesablanması barədə qətnaməyə izahın verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(004)-371/2024 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qət etdi hissəsindəki - “cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququ 1 il müddətinə saxlansın, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Borclu azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq X4 təhvil verilsin” ifadələri - “cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququ qətnamənin qəbul edildiyi tarixdən hesablanmaqla 1 il müddətinə saxlansın, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Borclu azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq X4 təhvil verilsin” kimi başa düşülməsi qərara alınmışdır. Borclu tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(004)- 371/2024 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 14 avqust 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və həmin iş üzrə apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti verilmişdir. Mübahisə üzrə kassasiya instansiyasının qərarı 08 aprel 2024-cü il tarixdə qəbul edilmişdir. Qətnamə həmin tarixdən qüvvəyə minmişdir. Ona görə müddətin axımı həmin tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra apellyasiya instansiya məkəməsinin qeyd olunan qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-740/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsnin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 393-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti ətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Şərh olunan normalardan göründüyü kimi birinici instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti və daha sonra apellyasiya isntansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verildiyindən qətnamə qanuni qüvvəyə minməmiş, tərəflər arasındakı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-740/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə yekunlaşmış və qərar MPM-in 419.4-cü maddəsinə uyğun olaraq qəbul edildiyixx.xx.2024-cü il tarixdə qanuni qüvəyyə minmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası zamanı çətinlik yaranmış, yəni qətnamədə cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququnun 1 il saxlaması müddətinin axımının hansı tarixdən başlanması barədə göstəriş qeyd edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququnun 1 il müddətinə saxlanması cavabdeh Borclu özünə bu müddət ərzində başqa yaşayış yeri tapmasının təmin edilməsi ilə bağlı olmuşdur. Qətnamə qəbul edildiyi vaxtdan 1 il ərzində cavabdeh Borclu özünə yaşayış yeri tapması kifayət qədər ağlabatan müddətdir. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən həmin müddətin axımının başlanması isə mülkiyyətçinin qanunla qorunan hüquqlarının əsassız məhdudlaşdırılması deməkdir.Görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4689/2022 saylı işi üzrə qətnamə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, həmin qətnamə xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş, qətnamənin qəbul edilməsindən onun qanuni qüvvəyə minməsinə qədər kifayət qədər, 1 il yarımdan çox müddət keçmişdir. Belə ki, qətnamədə nəzərdə tutula 1 illik müddətin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilmiş mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə zidd olacaq və cavabdeh tərəfindən hüquqdan suiistifadəyə gətirib çıxaracaqdır. Bu baxımdan, qətnamədə cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququnun 1 il müddətinə saxlaması dedikdə həmin müddətin axımının qətnamənin qəbul edildiyi tarixdən başlanması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, prosessual qanunvericiliklə qətnamənin qanuni qüvvəyə mindiyi tarix birmənalı olaraq müəyyən edildiyindən, məhkəmənin maddi hüquqi əsaslardan çıxış edərək qətnamədə göstərilmiş 1 illik müddətin başlanğıcının birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixdən hesablanması barədə mövqeyi düzgün olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(004)-371/2024 saylı qərardadı dəyişdirilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qət etdi hissəsindəki - “cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququ 1 il müddətinə saxlansın, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Borclu azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq X4 təhvil verilsin” ifadələri - “cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququ qətnamənin qanuni qüvvəyə mindiyi-08 aprel 2024-cü il tarixdən hesablanmaqla 1 il müddətinə saxlansın, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Borclu azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq X4 təhvil verilsin” kimi başa düşülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(004)- 371/2024 saylı qərardadı dəyişdirilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qət etdi hissəsindəki - “cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququ 1 il müddətinə saxlansın, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Borclu azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq X4 təhvil verilsin” ifadələri - “cavabdeh Borclu Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən istifadə etmək hüququ qətnamənin qanuni qüvvəyə mindiyi-08 aprel 2024-cü il tarixdən hesablanmaqla 1 il müddətinə saxlansın, müəyyən edilmiş 1 illik müddət başa çatdıqdan sonra Borclu azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 520-ci məhəllə, ev 1, 1 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq X4 təhvil verilsin” kimi başa düşülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar