Məhkəmə qərarları › İş №8(103)-318/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-318/2025

08.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-318/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-165/2025 saylı qərardadı ilə ərizəçi Borclu icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair ərizəsi (şikayəti) və ona əlavə olunmuş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməsi qərara alınmışdır. Ərizəçi (icra sənədi üzrə borclu) Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-165/2025 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsi və ərizənin icraata qəbul edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair” həmin məhkəməyə verdiyi eyni ərizələr üzrə, həmin məhkəmə tərəfindən bundan əvvəl 4 dəfə qəbul etdiyi, xx.xx.2025-ci il tarixli, 8(002)-117/2025 saylı, 19 mart 2025-ci il tarixli, 8(002)-153/2025 saylı, 04 aprel 2025-ci il tarixli, 8(002)-165/2025 saylı və 15 may 2025-ci il tarixli, 8(002)-165/ 2025 saylı qərardadlarında göstərdiyi, bir-birinə ziddiyətli olan, həqiqətə uyğun olmayan, bildirdiyi yanlış fikirləri ilə təsdiq edilir. Bunlardan başqa,”iddianın yolverilməzliyi və onu qəbul etməkdən imtina edilməsi” barədə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 15 may 2025-ci il tarixli həmin qərardadının əsassız olması, hakim tərəfindən, ciddi proses sual qanun pozuntularına yol verib, belə qərardadın məhkəmə iclasında elan olunmaması və onun sonra qəbul edilməsi faktı ilə də, təsdiq edilir: Belə ki, yuxarıda sadaladığımız həmin qərardadların hamısının qanunsuz olmasını anlayanQaradağ rayon məhkəməsi, Qaradağ rayon icra məmurunun heç bir əsas olmadan qanunsuz qəbul etdiyi, inzibati akt olan həmin “TƏQDİMAT”ın ləğv olunması” tələbimə dair Bakı İnzibati Məhkəməsində mənim ərizəm üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 2-1(112)-7681/2025 saylı qərardadın guya qüvvəyə minməsi barədə yalnış məlumat almış və həmin məhkəmənin gəldiyi yalnış nəticəni və həqiqətə uyğun olmayan hallarını özünə əsas götürmək və iş üzrə yenidən qərar qəbul etmək üçün ciddi prosessual qanun pozuntularına, hətta, məhkəmə iclas protokolunun saxtalaşdırılmasına yol vermişdir. Belə ki, Qaradağ rayon məhkəməsi (haklim Kamran Əsədov ) 15 may 2025-ci il tarixdə məhkəmə iclasında iş üzrə 04 aprel 2025-ci il tarixli 8(002)-165/2025 saylı həmin qərardadın ləğv olunması və işə Qaradağ rayon məhkəməsinin özündə onun özü tərəfindən yenidən baxılacağı barədə xx.xx.2025-ci il tarixli qərardadın qəbul edilməsini elan etmişdir. Lakin, bundan sonra, hakim məhkəmə iclasında elan olunmuş bu qərardadın əvəzinə onun tərəfindən məhkəmə iclasında elan olunmamış, xx.xx.2025-ci il tarixli qərardadın ləğv olunması və iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunması barədə xx.xx.2025-ci il tarixli qərardad qəbul etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Şikayətin dəlilləri araşdırılarkən məhkəmə iclasının videogörüntülərinə baxış keçirilmiş, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cəmi 2 (iki) qərardad – buraxılmış prosessual müddətin bərpası və xx.xx.2025-ci il tarixli qərardadın ləğv olunması, ərizənin mümkünlüyü məsələsinə yenidən baxılaraq hüquqi qiymət verilməsi barədə qərardad elan olunmuşdur. Elektron Məhkəmə Sistemində mövcud videogörüntülərdən hazırkı mübahisələndirilən ərizə (şikayəti) və ona əlavə olunmuş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina olunması barədə qərardadın qəbul edilmədiyi müəyyən olunmuşdur. Buna baxmayaraq, məhkəmə iclas protokolunda belə bir qərardadın qəbul edildiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, belə bir uyğunsuzluğun olduğu vəziyyətdə mübahisələndirilən qərardad qüvvədə saxlanıla bilməz. MPM-in 263.3-cü maddəsinin tələbinə əsasən qərardad müşaviə otağında müstəqil akt şəklində qəbul edilir, hakim, yaxud hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (maddə 385.1.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun (maddə 387.1). Ona görə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-165/2025 saylı qərardadı ləğv edilməli, iş yuxarıda qeyd olunan məsələnin araşdırılması, həmçinin ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxılarkən məhkəmə ərizənin icraata qəbulu məsələsinin mümkünlüyü bir daha aydınlaşdırmalı və nəticəsindən asılı olaraq ərizənin icraata qəbulu üçün əsasların olub-olmamasına qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 8(002)-165/2025 saylı qərardadı ləğv edilsin və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar