Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-32/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-336/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu “xxxx” MTK-nın sədri X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru X8 rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(009)-318/2016 saylı qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(009)-318/2016 saylı qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 100 kv.m olan qeyriyaşayış sahəsinin həmin binanın 4- cü mərtəbəsində yerləşən, 238.1 kv.m olan mənzilin X1 istifadəsinə verilməsi vəzifəsi və həmin binanın 11-ci mərtəbəsində yerləşən sahəsi 238.1 kv.m olan mənzilin Tələbkar1 istifadəsinə verilməsi vəzifəsi “xxxx” MTK-ya həvalə edilmişdir. Tələbkar X3 şöbəyə ərizə ilə müraciət edərək məhkəmə qərarında göstərilən mənzillərin onun istifadəsinə verildiyini, lakin 100 kv.m qeyri-yaşayış sahəsinin ona təhvil verilmədiyini qeyd etmişdir. o, ərizəsində qeyd etmişdir ki, şirkət ona ayrılan 100 kv.m sahənin istiqamətini müqavilədə nəzərdə tutulan sahədə vermək istəmir. Digər tərəfdən tələbkara xx.xx.2011-ci il tarixli müqavilədə 100 kv.m sahənin A oxundan C oxuna qədər olan məsafə 10,6 metr, 6 oxundan 4 oxuna kimi olan məsafə 9,4 metr olamqla göstərilmişdir, lakin “xxxx” MTk-nın direktoru tələbkara məxsus sahəni bilərəkdən başqa istiqamətdə təklif etmişdir .o isə öz növğəsində bu təklifi qəbul etmədiyini bildirmişdir. İcra vərəqəsində tələbkara verilməli olan 100 kv.m olan qeyri-yaşayış sahəsinin konkret yeri göstərilmədiyindən icra zamanı anlaşılmazlıq yaranmışdır. Göstərilənləri nəzərə alaraq icra məmurun icra vərəqəsinin verilməsi üçün əsas olmuş qətnamənin izah edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-336/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan borclu “xxxx” MTK-nın sədri X4 şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qanunun tələbini pozaraq icra məmurunun izahla bağlı ərizəsinə baxılması məsələsinə “xxxx” MTK-ya xəbər vermədən baxaraq qərardad qəbul etmişdir. nəticədə “xxxx” MTK-nın nümayəndəsi iş üzrə öz sübut və arqumentləri məhkəməyə bildirmək və təqdim etmək imkanından məhrum olmuşdur. Digər tərəfdən əslində məhkəmə icra məmurunun qətnamənin icrası ilə bağlı izah verilməsinə dair ərizəsinə baxılması məsələsində “xxxx” MTK-nın iştirakını təmin etməməklə nəzərə almayıb ki, borclu tələbkara mübahisə predmeti olmayan başqa qeyri-yaşayış sahəsi təklif etməyib. “xxxx” MTK tələbkar X5 rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və verilməli olan sahəni təklif edib. Tələbkar İsmayıl Nəbiyevin guya müqavilədə göstərilən sahənin başqa istiqamətdən verilməsi bildirməsi, onun bununla razılaşmaması və məhkəmənin də bu səbəbdən icra məmurunun ərizəsini təmin etməməsi əsassızdır. Məhkəmə nəzərə almayıb ki, məhz tələbkarın müqavilədə göstərilən sahənin başqa istiqamətdən verilməsi məsələsinin aydınlaşdırılması üçün qətnamə izah edilməli idi. Belə ki, qətnamənin izah edilməsi üçün müvafiq ekspertiza təyin etməklə göstərilən sahə üzrə anlaşılmazlığın aradan qaldırılması mümkün idi. Lakin məhkəmə müvafiq ekspertiza təmin etməməklə əsassız və qanunsuz qətnamə qəbul edərək icra məmurunun ərizəsini təmin etməyib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-336/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Kollegiya, onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli müqavilədən (i.v. 7) görünür ki, Podratçı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa etdiyi çoxmərtəbəli binada qeyri-yaşayış sahəsi olan, yola yaxın ərazidə yerləşən birinci mərtəbənin tam sahəsi 100 kv.m. sahəni (A oxundan C oxuna qədər olan məsafə 10.6 metr: 6 oxundan 4 oxuna kimi olan məsafə 9.4 metr) Payçıya satır. Yəni, müqavilədə mübahisəli sahənin dəqiq yerləşdiyi yer (oxlar üzrə) qeyd edilmişdir. Lakin, izah edilməsi xahiş edilən qətnamənin nəticə hissəsində mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvan göstərilsə də (ünvan 3 qeyri-yaşayış sahəslərinin 1-ci mərtəbənin hansı hissəsində yerləşməsi dəqiqliklə qeyd edilməmişdir. Kollegiya hesab edir ki, barəsində qətnamə qəbul edilmiş qeyri-yaşayış sahəsinin olduğu 1-ci mərtəbədəki dəqiq yerləşməsi (oxlar üzrə) iş materiallarında olan müqaviləyə əsasən (müqavilənin əsli tələb edilməklə), eyni zamanda tərəflərin və icra məmurunun istirakları ilə araşdırılmalıdır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(005)-224/19 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu “xxxx” MTK-nın sədri X2 şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-336/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-32/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-32/2021
05.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver