Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-32/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(103)-12644/2017 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun qərarından şikayətə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(103)-12644/2017 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun qərarından şikayətə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 8(006)-424/2022 nömrəli qərardadından Borclu şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. Tələbkar X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12644/2017 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir.
2. Ərizənin əsaslarına görə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12644/2017 nömrəli icra sənədinə əsasən, X3 xeyrinə Borclu 6000 manat tutulmalı idi. Tələbkar məlum olmuşdur ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X8 həmin icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. İcra məmuru məhkəmə qətnaməsi üzrə alınacaq bütün məbləğin tutularaq artıq tələbkar X4 ödənilməsi ilə izah edərək öz qərarını “İcra haqqında” Qanunun 20.1.5 və 20.2-ci maddələri ilə əsaslandırmışdır. Lakin, hesab edir ki, icra məmurunun qeyd olunan qərarı qanunsuz və əsassızdır və odur ki ləğv edilməlidir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(006)- 424/2022 nömrəli qərardadı ilə (hakim ) şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12644/2017 nömrəli icra sənədinin icraatına xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 11 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12644/2017 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.
4. Qərardadın onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu 6000 manat pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Lakin, iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilən ödəniş kartı üzrə çıxarışdan göründüyü kimi, həmin icra vərəqi üzrə 1587 manat borc hələ də ödənməmişdir.
5. Qərardadla razılaşmayan borclu ondan şikayət verərək ləğv olunmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, yazılı etiraza və elektron kabinetə əlavə edilmiş Yasamal rayon İcra şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Borclu olduğu 3 icra sənədi üzrə hazıradək 2062,25 qəpik, xx.xx.2022-ci il tarixdə isə əlavə olaraq 3938 manat, ümumilikdə isə 6000,25 manatı Tələbkar bank hesabına ödəmişdir. Borclu barəsində olan 3 icra sənədindən ödəniş müddəti çatan ilk öhdəlik 6000 manat tələbdir. Həmçinin, Borclu qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək özünü seçdiyi öhdəliyin icrasını təmin etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda; Maddə 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır;
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. və 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. xx.xx.2022-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12644/2017 nömrəli icra sənədinə tam icra olunması əsası ilə xitam verilmişdir.
11. Tələbkar icra sənədinin tam icra olunmadığını, Borclu isə əksinə həmin icra sənədinin tərəfindən tam icra olunduğunu qeyd edir. 12.İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Borclu tərəfindən borc tələbləri üzrə icra işləri ilə bağlı X4 2062,26 manat məbləğdə vəsait ödənilmişdir.
13. İş materiallarına əlavə edilmış "xxxx"ın ödəniş kartı üzrə çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12644/2017 nömrəli icra sənədi üzrə 4413,53 manat məbləğdə vəsait ödənilmişdir.
14. İş materiallarının 28-ci vərəqəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış 08 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, həmin məktubla icra işi tələb olunsa da, icra məmuru tərəfindən məhkəməyə təqdim olunmamışdır.
15. İşin hallarına əsasən icra işində 3 icra sənədinin eyni icraatda birləşdirilməsi müəyyən olunsa da məhkəmə tərəfindən buna əhəmiyyət verilməmişdir.
16. Həmçinin, Borclu icraatda olan 3 icra sənədindən ödəniş müddəti çatan ilk öhdəliyin 6000 manat tələb olduğunu, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək özünün seçdiyi öhdəliyin icrasını təmin etdiyini bildirmişdir.
17. Qeyd olunan xüsusatların araşdırılması isə yalnız icra işində olan sənədlərə əsasən aparıla bilərdi.
18. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən icra işində olan sənədlərə əsasən hər bir icra sənədi üzrə hansı məbləğdə ödəniş aparıldığı araşdırılmamışdır. Bu xüsusat araşdırılmadan mübahisə predmeti olan icra sənədinin tam icra olunması və ya olunmaması qənaətinə gəlinməsi mümkün deyildir.
19. Bundan başqa, məhkəmə öz qərardadında "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışına istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, yalnız həmin sənədə əsasən icra sənədinin tam icra olunmadığı qənaətinə gəlinə bilməz. Həmin sənəd də mülki prosessual qanunvericiliyin tələblərinə əsasən digər sübutlarla birlikdə araşdırılaraq qiymətləndirilməlidir.
20. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(103)-12644/2017 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun qərarından şikayət baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
21. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 8(006)- 424/2022 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 8(006)- 424/2022 nömrəli qərardadı ləğv edilsin və Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(103)-12644/2017 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun qərarından tələbkar X7 tərəfindən verilmiş şikayət yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev