Məhkəmə qərarları › İş №8(103)-32/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-32/2024

31.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-32/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-318/2023 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X6 cavabdeh X4 qarşı "uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə, iddiaçı X2 cavabdeh X4 qarşı uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda bağlanmış barışıq sazişi təsdiq olunmuşdur: 1) Həftə içi 16:30-19:30 saatları arasında ata uşaq ilə uşağın sərbəst vaxtlarında məhdudiyyətsiz görüşə bilər (ana ilə telefon vasitəsi ilə qabaqcadan razılaşdırmalıdır) 2) Həftəsonu (şənbə və bazar günləri) uşaq ana ilə vaxt keçirəcək, atanın həftəsonu uşaq ilə görüşünə çərşənbə günü qabaqcadan telefon vasitəsi ilə ana ilə razılaşdırıldıqdan sonra qərar veriləcək. İddiaçı X2 cavabdeh X4 qarşı uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair mülki işin icraatına xitam verilmişdir. X1 qərardada izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, xx.xx.2022-ci il qərardadının nəticə hissəsinə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-318/2023 saylı qərardadı ilə ərizə təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadının nəticə hissəsində "Həftəsonu (şənbə və bazar günləri) uşaq ana ilə vaxt keçirəcək, atanın həftəsonu uşaq ilə görüşünə çərşənbə günü qabaqcadan telefon vasitəsi ilə ana ilə razılaşdırıldıqdan sonra qərar veriləcək.” ifadəsinə “Həftəsonu (şənbə və bazar günləri) uşaq ana ilə vaxt keçirəcək, atanın həftəsonu uşaq ilə görüşünə çərşənbə günü qabaqcadan ana xəbərdar edilməklə icazə verilsin” sözləri kimi izah verilmişdir. Həmin qərardaddan tələbkar Maraqlı şəxs2 şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-318/2023 saylı qərardadının ləğv edilməsi və həmin məhkəmənin 2(007)-2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadına izah verilməsi barədə cavabdeh X3 ərizəsinin təmin edilməməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-318/2023 saylı qərardadı ilə tələbkar Maraqlı şəxs2 şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-318/2023 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadına izah verilməsi barədə borclunun ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan X1 şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-318/2023 saylı qərardadının ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən, heç bir hüquq normasına istinad olunmadan, qərardad əsaslandırlmadan, məhkəmə az əvvəl təmin etdiyi ərizəni, sonradan qərardaddan şikayət verən tərəfin şikayəti əsasında subyektiv olaraq ləğv etmişdir. Bununla da MPM-nin 385.1.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə tərəfindən yalnız qarşı tərəfin şikayətdə qeyd olunan "Həmçinin, verilən izaha əsasən ana uşağı ilə həftə sonu istirahət planlarının olduğunu bildirsə də, cavabdeh prinsipial olaraq məhkəmənin barışıq sazişinin məzmunu dəyişmiş qərardadı əlində rəhbər tutacaqdır" dəlilinə istinad edərək, heç bir əsaslandırma etmədən, öz qərardadını əsassız olaraq ləğv etməklə, MPM-nin 230.1- ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qərardad qəbul edərkən qeyd olunan mülki prosessual normalarını pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları–uşaqla ünsiyyət hüququnun pozulmasını, uşaqla ünsiyyət hüququnu müəyyən edən qərardada izah verilməli olmasını, ilk dəfə nəzərə almış, sonradan isə xeyli müddət sonra yenidən bu halları nəzərə almayaraq, qanunsuz və əsassız qərardad qəbul etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-318/2023 sayl qərardadı ilə borclunun şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230-cü maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da "Məhkəmə qətnaməsi haqqında" xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş məhkəmə qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-452/2021 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən X4 övladı - xx.xx.2015-ci il təvəllüdlü X7 ilə hər həftənin çərşənbə günü saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 11:00-dan 20:00-dək, bayramlarda və azyaşlının ad günündə və yay tətilində qarşılıqlı bölüşdürülməklə ünsiyyətdə olmaq hüququ verilmişdir. Bundan sonra Maraqlı şəxs2 uşaqla ünsiyyət qaydasının yenidən müəyyən edilməsi tələbinə dair Nizami Rayon Məhkəməsində iddia qaldırmış və həmin iddiaya baxılan ərəfədə tərəflər arasında barışıq əldə edilmiş, məhkəmənin 2(007)-2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə barışıq sazişi təsdiq olunmuşdur. Tərəflər barışıq sazişini şəxsən məhkəmə iclas zalında imzalamış, sənəd imzalanan zaman cavabdeh Şahin Rəcəbov öz iradəsi ilə imzaladığı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Bundan əlavə sazişin təsdiq olunması barədə qərardad əslində tərəflərin uşaqla ünsiyyət tələbinə dair iradə ifadəsini təsdiq edir, başqa sözlə, sazişdə uşaqla ünsiyyətə dair müəyyən edilmiş qayda tərəflərin öz iradəsinin məhsulu hesab olunur və məhkəmə bu işdə bir növ təsdiqedici orqan rolunu oynayır. Yəni sazişdə qeyd olunan şərtlərin qanuna zidd olması müəyyən edildiyi halda məhkəmə həmin sazişi təsdiq etməkdən imtina edə bilərdir. Hazırki halda isə artıq saziş qərardadla təsdiq edilmiş, bu baxımdan həmin sazişdə olan söz və ifadlərə qərardadın izahı qaydasında məzmununu dəyişməklə izahın verilməsi təmin edilə bilməz. Hüquqi nəticə etibarı ilə mövcud vəziyyyətdə cavabdeh qərardada izah verilməsi qaydasında onun dəyişdirilməsinə tələb edir ki, bu da yol verilməzdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-318/2023 saylı qərardadını ləğv edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2577/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadına izah verilməsi barədə borclunun ərizəsini təmin etməmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-318/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar