Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-32/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1733/2023 saylı, xx.xx.2023- cü il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbsin qoyulması” barədə Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun təqdimatına dair icraat üzrə (Açar sözlər: təqdimat qismən təmin edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Tələbkar Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1733/2023 saylı, xx.xx.2023- cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun təqdimatına dair icraat üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-745/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Maraqlı şəxs nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək üçün Borclu Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2014- cü il tarixli 13 saylı protokolunun 36 saylı qərarından çıxarışa əsasən mülkiyyətinə verilmiş, xx.xx.2015-ci il tarixli akta əsasən alqı-satqı edilmiş Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi barədə hər hansı sənədləşmə işlərinin aparılmasına, özgəninkiləşdirilməsinə qadağa qoyulmasının Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə həvalə edilməsi və üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-1733/2023-025 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Tələbkar ilə Borclu arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-67 nömrə ilə qeydə alınan ilkin alğı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməli və 360.720 (üç yüz altmış min yeddi yüz iyirmi) manat məbləğində pul Borclu tutularaq Tələbkar verilməlidir. xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tələbin 10 gün müddətdə könüllü təmin edilməsi ilə bağlı Borclu bildirş və qərar verilmişdir. Borclu dəfələrlə izahatında bildirimişdir ki, Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsində yeləşən torpaq sahəsindəki fərdi yaşayış evini satıb borcun ödənilməsini təmin edəcəkdir. Borclu tərəfindən hissəvi şəkildə borc məbləğindən 11200 manat pul Tələbkar ödənilmişdir.Borc məbləğindən qalan 349.520 manat məbləğində pulun isə müxtəlif vasitələrlə ödəməkdən yayınmışdır. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 saylı protokolunun 36 saylı qərarından çıxarışına əsasən yuxarda göstərilən 1000 kv.m torpaq sahəsindən 450 kv.m sorpaq sahəsi Borclu adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyəsi tərəfindən xx.xx.2015-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən göstərilən torpaq sahəsi Borclu 5623.20 manat haqq ödənilməklə satılmışdır. İcra sənədinin icrasını təmin etmək üçün həmin torpaq sahəsi barədə hər hansı sənədləşmə işlərinin aparılmasına, özgəninkiləşdirilməsinə və üzərinə həbs qoyulması zərurəti yaranmışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 8(001)- 745/2024 saylı qərardadı ilə təqdimat qismən təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1733/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası zamanı Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi barədə hər hansı sənədləşmə işlərinin aparılmasına və özgəninkiləşdirilməsinə qadağa qoyulması Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə edilməsi və təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, göründüyü kimi bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi ilə bağlı müvafiq müqavilənin rəsmiləşdirilməsi bələdiyyələrin səlahiyyətlərinə aiddir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyi bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi ilə bağlı səlahiyyətli olmadığından onun üzərinə torpaq sahəsi ilə bağlı hər hansı sənədləşmə işlərinin aparılmasına və özgəninkiləşdirilməsinə qadağa qoyulması əsaslı deyil. Məhkəmə onu da qeyd edir ki, Borclu ilə Maraqlı şəxs arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi şərtlə bağlanan əqd olduğundan hazırkı halda Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüquqlarının əmələ gəlməsinə əsas vermir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Maraqlı şəxs nümayəndəsi (vəkil) Nümayəndə həmin qərardaddan şikayətlə məhkəməyə müraciət etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs tərəfindən 30 aprel 2024-cü il tarixindən etibarən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ərazisində yerləşən, ümumi sahəsi 450 kv.m. torpaq sahəsinə faktiki sahiblik edilərək əmlak idarə olunur. Bu mənada Maraqlı şəxs tərəfindən bütün kommunal ödənişlər və əmlakın mühafizəsi üçün digər xərclər çəkilir. Adı çəkilən, məhkəmə tərəfindən üzərinə həbs qoyulması təmin olunmuş torpaq sahəsi Borclu məxsus deyildir. Müvafiq iddia ilə (fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ərazisində yerləşən Borclu adına rəsmiləşdirilmiş 450 kv.m torpaq sahəsinin həmin təyinata uyğun olaraq Maraqlı şəxs adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinin üzərinə qoyulmasına dair) Bakı İnzibati Məhkəməsində inzibati iş mövcuddur və hazırda iş üzrə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, barəsində məhkəmə tərəfindən özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad çıxarılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi Maraqlı şəxs məxsusdur. Belə ki, 30 aprel 2024-cü il tarixli, Bakı şəhəri 4 saylı Notariat Ofisində Borclu və Maraqlı şəxs arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi barədə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. İlkin alğı-satqı müqaviləsinin 1.2-ci maddəsinə əsasən, bu müqavilə, Borclu mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ərazisində yerləşən (gələcəkdə daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışda olan dəyişikliyə əsasən (ünvanda, kv.m-da)) ümumi sahəsi 450 kv.m. torpaq sahəsinin gələcəkdə Maraqlı şəxs satılmasına dair alğısatqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəliklərini müəyyən edir. İlkin alğısatqı müqaviləsinin 2.2-ci bəndində də göstərildiyi kimi göstərilən torpaq sahəsinin qiyməti kimi müəyyən edilmiş 500 000 (beş yüz min) manatın 350 000 (üç yüz əlli min) manat hissəsi ilkin alğı-satqı müqaviləsinin bağlandığı anda notariusun depozit hesabı vasitəsilə Maraqlı şəxs tərəfindən ödənilmişdir. Məhkəmə həmçinin qərardadında qeyd etmişdir ki, Borclu ilə Maraqlı şəxs arasında bağlanmış ilkin alğı-satqı müqaviləsi şərtlə bağlanan əqd olduğundan hazırkı halda Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüquqlarının əmələ gəlməsinə əsas vermir. Lakin bununla bağlı qeyd etmişdir ki, ilkin alğı-satqı müqaviləsinin bağlanması özlüyündə şəxsin gözlənilən mülkiyyət hüququna dəlalət edir və belə olan halda əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması şəxsin mülki qanunvericilikdə və konstitusiyada nəzərdə tutulan mülkiyyət hüquqlarının və yaxud gözlənilən mülkiyyət hüquqlarının kobud surətdə pozulmasıdır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, hal-hazırda Azərbaycan Respublikasında hüquqi statusu belə olan əmlakların özkəninkiləşdirilməsinin qanunvericilik əsası olmadığından formalaşmış təcrübə mövcuddur. Belə ki, əmlakın çıxarışının olmaması həmin əmlak üzərində sərəncam vermə hüququnu məhdudlaşdırır ki, bu da öz növbəsində mövcud praktiki-hüquqi problemlər yaradır. Ona görə də hal hazırda ilkin alğı-satqı müqaviləsinin olması və gələcək gözlənilən tam mülkiyyət hüququnun realizəsi tamamilə qanunvericiliyə uyğun və ağlabatanlıq prinsipinə adekvatdır. Əlavə olaraq mülkiyyət hüququnun 3 kompenentinin ikisinin mövcudluğu, birinin mövcud olmasının qanunvericilik əsasının olmaması şəxsin konstitusion hüquqlarının kobud surətdə pozulması ilə nəticələnə bilməz. Məhkəmənin yanlış presedent yaratması gələcəkdə mülkiyyət hüquqlarının kütləvi pozulması ilə nəticələnə bilər. Bu səbəbdən dolayı hesab etmişdir ki, hüquqi və ədalətli addım atılmalıdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-745/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 8(001)- 745/2024 saylı qərardadından Maraqlı şəxs nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Maraqlı şəxs nümayəndəsi (vəkil) Nümayəndə məhkəməyə yazılı vəsatətlə müraciət edərək, qeyd etmişdir ki, tərəflərindən iş üzrə sübutlar əldə edilmişdir. İş üzrə tədqiq olunmalı əlavə sübutların məhkəməyə təqdim edilməsi zərurəti yarandığı üçün, həmçinin iş materiallarının tam, hərtərəfli, obyektiv araşdırılması və ədalətli məhkəmə araşdırılmasının təmin edilməsi üçün işə şifahi icraat qaydasında baxılmasını zəruri hesab edir. Vəsatətin təmin edilmədiyi təqdirdə iş üzrə zəruri sübutların elektron məhkəmə sisteminə daxil edilməsi üçün vaxt verilməsini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş edir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-32/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1733/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun təqdimatına dair icraat üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-745/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Maraqlı şəxs nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilən şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
11. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə şikayətini dəlillərini müdafiə edərək bildirir ki, tərəflər arasında mübahisə olub, qətnamə qəbul edilib. Borclu mülkiyyətinə verilmiş torpaq sahəsindən 450 kv.metri onun, 550 kv.metr torpaq sahəsinin Maraqlı şəxs yoldaşının adına rəsmiləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Maraqlı şəxs tərəfindən kommunal ödənişlər ödənilir və digər xərclər də qarşılanır.Şəxs bugün də orada yaşayır. 30 aprel 2024-cü il tarixində Notariat Ofisində Borclu və Maraqlı şəxs arasında 450 kv.metr torpaq sahəsi barədə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Maraqlı şəxs əmlak üzərinə həbs qoyulduğun bildikdən sonra şikayətlərt verilib. İcra məmuru hansı tədbirləri görmüşdür. İcra məmuru məhkəmə iclasında iştirak etməli idi. Əmlakları müəyyən etməli idi. Heç bir icra tədbirləri görməmişdir. Əmlak 450-550 kv.metr torpaq sahəsinin arasında yerləşir.
12. Məhkəmə iclasında iştirak edən Tələbkar çıxış edərək bildirir ki, şərti alğı-satqı müaviləsi bağlanılıb. İşığı Maraqlı şəxs adına Borclu məqsədli şəkildə keçirmişdir. Borclu yayınmaq üçün aprel ayında müqavilə bağlayıb. Hətta, etibarnamə verib. Hansı əsasla işığı Maraqlı şəxs adına keçirilib. Hamısını yayınmaq üçün edib. Aprel ayında etibarnamə verilib və daha sonra da şərti müqavilə bağlanılıb. Borclu tərəf əmlak satmayıb, öhdəliyindən yayınmağa çalışıb.
13. Əvvəlki məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru X2 çıxış edərək bildirir ki, Borclu borcunu ödəyəcəyini dəfələrlə bildirsə də ödəməmişdir. Borcundan yayınmışdır. Torpaq sahəsi ilə bağlı şərti müqavilə bağlanmışdır. Torpaq sahəsinin üzərinə həbs qoyulması ilə bağlı təqdimatla müraciət edib və təmin edildi. Borclu şərti alğı-satqı müqaviləsi bağlamışdır. xx.xx.2023-cü ildə icraata başlama haqqında qərar qəbul edilib. Borclu barəsində axtarış da elan edilmişdir. Müxtəlif orqanlara bu barədə bildiriblər. Borclu icra şöbəsinə gəlmir. Bugünə qədər məhkəmə qərarı icra edilməyib.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
15. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.
Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Maddə 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1733/2023 saylı, xx.xx.2023- cü il tarixli icra vərəqəsinə əsasən Tələbkar ilə Borclu arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-67 nömrə ilə qeydə alınan ilkin alğı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməli və 360.720 manat məbləğində pul borcu Borclu tutularaq Tələbkar verilməlidir.
18. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2014- cü il tarixli 13 saylı protokolunun 36 saylı qərarından çıxarışa əsasən mülkiyyətinə verilmiş, xx.xx.2015-ci il tarixli akta əsasən alqı-satqı edilmiş Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi barədə hər hansı sənədləşmə işlərinin aparılmasına, özgəninkiləşdirilməsinə qadağa qoyulmasının Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə həvalə edilməsi və üzərinə həbs qoyulması xahiş edilmişdir.
19. Birinci instansiya məhkənəsinin qərardadına əsasən Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi barədə hər hansı sənədləşmə işlərinin aparılmasına və özgəninkiləşdirilməsinə qadağa qoyulmasının Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir.
21. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icra sənədi üzrə icra tədbirlərinin görülməsi ilə əlaqədar əsaslı olaraq icra məmurunun təqdimatını qismən təmin etmişdir. 22.. Qərardaddan şikayət verən Maraqlı şəxs nümayəndəsi (vəkil) Nümayəndə dəlili odur ki, özgəninkiləşdirilməsi qadağan edilmiş əmlakla bağlı 30 aprel 2024-cü il tarixli, Bakı şəhəri 4 saylı Notariat Ofisində Borclu və Maraqlı şəxs arasında ilkin alqı-satqı müqaviləsi bağlanmışdır.
23. İlkin alğı-satqı müqaviləsinin 1.2-ci maddəsinə əsasən, bu müqavilə, Borclu mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ərazisində yerləşən (gələcəkdə daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışda olan dəyişikliyə əsasən (ünvanda, kv.m-da)) ümumi sahəsi 450 kv.m. torpaq sahəsinin gələcəkdə Maraqlı şəxs satılmasına dair alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəliklərini müəyyən edir.
24. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 402.1-ci maddəsində qeyd edilir ki, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Məcəllənin 402.4-cü maddəsində qeyd edilir ki, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
25. Mülki Məcəllənin 402.5-ci maddəsində qeyd edilir ki, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
26. İşin hallarından görünür ki, Borclu və Maraqlı şəxs arasında 30 aprel 2024-cü il tarixli ilkin alğı-satqı müqaviləsi imzalansa da tərəflər arasında bu günə kimi mübahisə predmetinin alqı-satqısına dair müqavilə imzalanmamışdır.
27. Belə ki, tərəflər arasında bağanmış ilkin müqavilədə qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə əsas müqavilənin bağlanması barədə razılığa gəldilər. Lakin ilkin müqavilənin tərəfləri sonradan mübahisə predmeti olan daşınmaz əmlakla bağlı alğı-satqı müqaviləsi bağlamamışlar.
28. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.
29. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-745/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov