Məhkəmə qərarları › İş №8(103)-322/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-322/2023

12.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-322/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 8(007)-28/2023 nömrəli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət X3 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8-(007)-28/2023 nömrəli iş üzrə qəbul etdiyi 30 yanvar 2023-cü il tarixli qərardadı ilə tələbkar X2 qətnaməyə izah verilməsi barədə ərizəsi təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilsin: X2 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsini qət edərkən məhkəmə 1294 kv.m olan torpaq sahəsinin hüdudları daxilində deyil,həmin torpaq sahəsindən 99,10 metr məsafədə yerləşən sahəsi 720 kv.m olan torpaq sahəsinin hüdudları daxilində bərpa olunmasını nəzərdə tutmuşdur.Ona görə də tələbkara məxsus torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində göstərilən qaydada, iddiaçının torpaq sahəsinin koordinatları ilə,rəyə əlavə olunmuş sxemdə göstərilən 720 kv.m torpaq sahəsinin hüdudları daxilində bərpa olunsun. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış, torpaq sahəsinin planı, ölçüsü və digər zəruri sənədlərin verilməsinin təmin edilməsi, mülkiyyət hüququna yaradılan bütün maneələrin aradan qaldırılması qərara alınmışdır. Həmin qərardaddan müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət X3 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən şikayət verilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə verilmiş şikayət geri qaytarılmışdır. Üçüncü şəxs həmin qərardaddan da şikayət vermiş, həmçinin əvvəlki qərardaddan şikayət verilməsi üçün müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 28/2023 saylı, 30 yanvar 2023-ci il tarixli qərardadı xx.xx.2023-cü il tarixində idarəyə daxi olmuşdur. Həmin qərardaddan müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-28/2023 saylı, 30 yanvar 2023-ci il tarixli qərardadından idarə tərəfindən xx.xx.2023-cü tarixdə verilən şikayət prosessual müddəti ötürülmədən göndərilmişdir. Lakin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007) 28/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Mülki Prosessual Məcəlləsinin 130, 136, 268, 269-cu maddələri əsas tutularaq şikayət geri qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-28/2023 saylı 30 yanvar 2023-ci il tarixli qərardadı “Elektron məhkəmə informasiya sisteminə daxil edilən zaman idarə tərəf kimi əlavə edilməmişdir. Bu səbəbdən, idarənin elektron kabinetində həmin məhkəmə aktı aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanı ilə Dövlət Komitəsini strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yaradılmışdır. Daha sonra xx.xx.2022-ci il tarixində “Daşınmaz Əmlakır Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi yaradılmışdır. Qeyd olunanlardan göründüyü kimi idarənin tabe olduğı struktur və İdarə yenidən yaradılmışdır. Bu səbəbdən “Elektron məhkəmə” informasiya sistemində idarənin keçmiş adı olduğu zaman idarənin elektron kabinetində məhkəmə aktları aşkar edilmir. Göründüyü kimi, qeyd olunan hallar müvafiq qərardaddan idarə tərəfindən şikayətin verilmə müddətinin üzrlü səbəblərdən ötürülməsinə səbəb olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 8(007)-28/2023 nömrəli qərardadı ilə müddətinin bərpa edilməsi barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət X3 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin ərizəsi təmin olunmamış, həmin idarə tərəfindən Məhkəmənin 2(007)-28/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayət geri qaytarılmışdır. Həmin qərardaddan üçüncü şəxs tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar şikayətə etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün üçüncü şəxsin müddət bərpa barədə ərizəsi təmin edilməli və həmin qərardaddan verilmiş şikayətə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-ə müvafiq olaraq, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir (maddə 268.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Göründüyü kimi üçüncü şəxsin tabe olduğu struktur və İdarə yenidən yaradılmışdır. Üçüncü şəxs də göstərir ki, həmin qərardad Elektron məhkəmə informasiya sisteminə daxil edilən zaman idarə tərəf kimi əlavə edilməmişdir. Bu səbəbdən idarənin elektron kabinetində həmin məhkəmə aktı aşkar edilməmişdir. Göründüyü kimi müddətin ötürülməsi üzrlü səbəbdən baş vermişdir. Kollegiya hesab edir ki, üçüncü şəxsin hərəkəti prosessual hüquqlardan suiistifadəyə yox, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, məhkəmənin hazırda mübahisələndirilən qərardadı ləğv edilməli, üçüncü şəxs tərəfindən verilmiş müddətin bərpası barədə ərizə təmin edilməlidir. Kollegiya həmçinin onu da qeyd edir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş şikayətə qanunvericiliyin tələbinə əsasən əvvəlcə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılmalı olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 397.1-ci maddəsinə əsasən bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 8(007)-28/2023 nömrəli qərardadı ləğv edilsin. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət X3 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müddətin bərpasına dair ərizəsi təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-28/2023 nömrəli iş üzrə qəbul etdiyi 30 yanvar 2023-cü il tarixli qərardadından üçüncü şəxs 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət X3 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar