Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-323/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 8(006)-148/2022 saylı qərardadından tələbkar Borclu2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Borclu2 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdyevin xx.xx.2019-cu il tarixli “İcraata xitam verilməsinə dair” qərarından şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin xx.xx.2019-cu il tarixli “İcraata xitam verilməsinə dair” qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(006)-148/2022 saylı qərardadı ilə şikayət təmin edilmiş, icra məmurunun qərarı ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 4215/2018 saylı icra sənədi üzrə icra icraatının təzələnməsi qərara alınmışdır. Tələbkar qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(006)-148/2022 saylı qərardadı ilə, şikayət təmin edilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, tələbkar Borclu2 icra məmurunun qərarından verdiyi şikayət rədd olunmuşdur. Borclu2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il qərardadının ləğv olunmasını xahiş etmişdir. Borclu2 şikayəti onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 367/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin tərtib etdiyi 20 avqust 2019-cu il tarixli Akt etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Tələbkar həmin işdə tərəf olmamış və onun belə bir hüququ da olmamışdır. Belə ki, qərardaddan şikayət verməsi üçün o, ilk növbədə işə tərəf kimi cəlb edilməli və onun maraqlarına toxunan hissədən şikayət vermək hüququndan yararlanmalı idi. Hazırda onun verdiyi şikayətin heç bir prosessual əhəmiyyəti olmadığı halda Nəsimi Rayon Məhkəməsi onun şikayətini qəbul edərək qərardadı ləğv etmişdir. İcra işinin materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-4215/2018 saylı qətnaməsi ilə Bakı şəhəri, D.Əliyeva küçəsi, 241 saylı binada yerləşən 53,1 kv.metr ölçüdə olan qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilmiş, həmin şöbənin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixdə icra məmuru tərəfindən qeyri-yaşayış sahəsi boşaldılaraq Nümayəndə təhvil verilərək bu barədə akt tərtib edilmişdir. İcra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə tələb borclu tərəfindən tam şəkildə təmin olunması əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdyevin tərtib etdiyi 20 avqust 2019-cu il tarixli Akt etibarsız hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, icra məmuru tərəfindən qeyri-yaşayış sahəsi boşaldıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində və icra sənədində, həmçinin icra məmurunun icraata başlamaq haqqında qərarında da nəzərdə tutulmayan, eyni zamanda iş üzrə tərəf olmayan Nümayəndə təhvil verilmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 4215/2018 saylı icra sənədi üzrə tələbkar Borclu2 oldğu halda, icra məmuru qeyri-yaşayış sanəsini iş üzrə tərəf olmayan Nümayəndə təhvil verməklə icra sənədini icra edilmiş hesab etməklə icra icraatına xitam vermişdir. Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən qeyriyaşayış sahəsinin "xxxx" MTK-ya məxsus olmasını, icra məmuru tərəfindən qeyri-yaşayış sahəsinin həmin MTK-nın sədri kimi Nümayəndə təhvil verilməsini nəzərə alaraq icra məmurunun sözügedən qərarının qanuni olması barədə nəticəyə gəlmşdir. Məhkəmə bu qənaətə gələrkən “İcra haqqında” Qanunun 10.1, 20.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 8(006)-148/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 8(006)-148/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-323/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-323/2022
10.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver