Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-326/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, borclu X1 ilə, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(010)-1062/14 saylı qətnaməsinə izah verilməsindən imtina barədə həmin Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadından borclu X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(010)- 1062/14 saylı qətnaməsinə əsasən cavabdeh X2 iddiaçı Tələbkar xeyrinə 3360 manat məbləğində maddi zərər və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada icraya yönəldilmişdir. Borclu R.Mulin qətnamənin çıxarılmasından 6 ildən artıq müddət keçdikdən sonra xx xxxx 2020-ci il tarixdə adı çəkilən qətnaməyə izah verilməsi barədə ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsində qətnamənin “cavabdehin müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən qətnamə” növünə (MPM 223)”, yoxsa “pul vəsaitlərinin tutulması” növünə aid olmasına dair izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.Qasımov, iş № 8(010)-256/20) ərizə təmin edilməmişdir. Borclu R.Mulin həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi digər tərəfə göndərilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, borclunun izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməyə izah verilməsindən imtina ilə bağlı mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, qanunvericiliyin göstərilən müddəası müvafiq icra sənədinin icrasını təmin etmək məqsədilə qətnaməni, onun məzmununu dəyişdirmədən izah etməyi mümkün hesab edir. Qətnamənin izah edilməsi onun mətnində yol verilmiş anlaşılmaz, çətin, mürəkkəb, ziddiyyətli və bu kimi ifadələrin aydınlaşdırılmasını nəzərdə tutur və bu zaman qətnamənin məzmununa xələl gəlməməli, onun mahiyyətinə təsir edə biləcək izahlara yol verilməməlidir. Birinci instansiya məhkəməsinin qənaətinə görə Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(010)- 1062/14 saylı qətnaməsində tələbin hansı formada icrası tam aydın şəkildə göstərildiyindən borclu R.Mulinin həmin qətnaməyə izah verilməsi barədə ərizəsi təmin oluna bilməz. Digər tərəfdən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru “İcra haqqında” Qanunun 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Qanunvericiliyin mənasına görə qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qətnamə ilə həll olunmuş məsələ üzrə onun icrasında yaranmış çətinliklə əlaqədar olur. İşdən göründüyü kimi, hazırkı qətnamə anlaşılan olmaqla məzmununda onun icrası üçün çətinlik yarada biləcək hər hansı hal (məsələ) yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu X3in şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-326/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-326/2020
05.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver