Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-326/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu X1 icra məmurunun qərarından şikayətə dair iş üzrə (Açar sözlər: icra məmurunun qərarından şikayət) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 8(004)- 335/2025 saylı qərardadından borclu X6 tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Borclu X6 Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1910/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədi üzrə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra şöbəsinin onun barəsində xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərarın ləğv edilməsində köməklik göstərilməsini xahiş etmişdir.
2. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayon icra şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Aslan Aslanbəylinin imzası ilə (rəisin təsdiqi ilə) xx.xx.2023-cü il tarixdə borclunun axtarışı haqqında Qərar qəbul edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1910/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.1953cü il tarixdə anadan olmuş, Bakı şəhəri, X11, 556/57-ci məhəllə, ev V. mənzil 11 ünvanında qeydiyyatda olan X6 barəsində, yəni onun barəsində axtarış elan etmişdir. İcra sənədinə görə ünvan 2 ünvanındakı mənzilin satışından 50 %-i məbləğində, yəni 46 954 manat məbləğində pul vəsaiti tərəfindən Qəmər Məmmədovaya ödənilməlidir. Qəmər Məmmədova etibarnamə üzrə nümayəndəsi olmuş, özü bir qəbz yazaraq ona imza etdirmişdir. Harda görünüb ki, vəsiyyətnamə ilə ona verilmiş evi o satıb nümayəndəsinə ödəməlidir. Niyə? O, məhkəməni uduzmuşdur. Nəticə - o qeyd olunan məbləği ödəməli, artıq tələbkarın hesabına müəyyən məbləğ yığılmışdır. O məbləğ də onun pensiyasından tutulur. İcra məmuru Aslan Aslanbəylinin axtarış qərarı ədalətsiz qərardır. Pensiyasına yönəldib, tutulmasına və ödənilməsinə razıdır. Amma bir mülki iş üçün 72 yaşını adlamış, 80 yaşdan ömür xırdalayan bir şəxs üçün axtarış verilməsi qərarı ədalətsiz və qanuna ziddir. Onun borcu Qəmərin pulun alıb qaytarmamağı deyil, malını alıb qaytarmamağım deyil, onun borcu ona vəsiyyətnamə ilə qalmış evin ona yarısını verməyidir. Analoqu olmayan hadisə. Məhkəmənin gəldiyi nəticəni ədalətsiz hesab etməyi heç nəyi dəyişmir. O borcludur və borcu pensiyasından tutulur. Tutulmağına da etirazı yoxdur. Belə olan halda icra məmuru niyə axtarış verib? Bir halda ki, o telefonla onunla əlaqə saxlayaraq dəfələrlə danışmışdır. O gizlənməmiş, Moskva şəhərində yaşayır. Moskva şəhərində yaşadığı ünvanın Polis İdarəsindən də ünvana polis gəlmiş və ona yaşamaqda davam etməyini bildirmişdi çünki mülki problemə görə axtarışa verilmiş, qanuni şəkildə yaşayır. Onun telefon nömrəsi +7 900 ***-**-** belədir və nömrə və Whatsap işləyir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-335/2025 saylı, 29 aprel 2025ci il tarixli qərardadı ilə borclu X1 şikayət ərizəsi təmin edilməmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1910/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 2 ünvandakı mənzilin satışından əldə edilmiş 50%-i məbləğində, yəni - 46.954 manat məbləğində pul vəsaiti cavabdeh X2 tutulub X5 ödənilməlidir. İcra sənədində borclu X3 rəsmi qeydə alındığı ünvan ünvan 3emindən əldə edilmiş məlumatlara əsasən borclu X3 rəsmi qeydə alındığı ünvan Bakı şəhəri, Yasamal Rayonu, X11, 556/557 Məhəlləsi, ev V, mənzil 11-dir. Lakin borclu X6 “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarına əsasən 2022-ci ildən və özünün də ərizədə qeyd etdiyi kimi hazırda Moskva şəhərindədir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli icra sənədinin icrasının təmin edilməsi məqsədilə icradan yayınmaqla olduğu yer barədə məlumat verməyən borclu X3 axtarılması haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir.
6. Birinci instansiyası məhkəməsi qərardadını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3.1 və 27.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
7. Borclu X6 həmin qərardaddan elektron kabineti vasitəsi ilə şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayon icra şöbəsinın icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Aslan Aslanbəylinin imzası ilə (rəisin təsdiqi ilə) xx.xx.2023-cü il tarixdə borclunun axtarışı haqqında Qərar Aslanbəylinin imzası ilə (rəisin təsdiqi ilə) xx.xx.2023-cü il tarixdə borclunun axtarışı haqqında Qərar qəbul edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1910/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.1953-cü il tarixdə anadan olmuş, Bakı şəhəri, X11, 556/57-ci məhəllə, ev V, mənzil 11 ünvanında qeydiyyatda olan X6, yəni onun barəsində axtarış elan etmişdir. İcra məmurunun qərarının ləğv edilməsi, barəsində olan axtarışın götürülməsi üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə ərizə ilə müraciət etmiş, ərizəsi təmin edilməmişdir. Məhkəmənin mövqeyinə hörmətlə yanaşır. Lakin, hesab edir ki, ərizəsi təmin edilməlidir. Əksinə təmin edilməməsı hüquq və mənafeyinə toxunur. İcra sənədinə görə ünvan 2 ünvanındakı mənzilin satışından 50%-i məbləğində, yəni 46 954 manat məbləğində pul vəsaiti tərəfindən Qəmər Məmmədovaya ödənilməlidir. Qəmər Məmmədova etibarnamə üzrə nümayəndə olub, özü bir qəbz yazaraq ona imza etdirmiş. Harda görünüb ki, vəsiyyətnamə ilə verilmiş evi satıb nümayəndəyə ödəyəsən. Niyə? Hər nə isə o məhkəməni uduzdu. Nəticə o, qeyd olunan məbləğı ödəməlidir. Artıq tələbkarın hesabına müəyyən məbləğ yığılmışdır. O məbləğ də onun pensiyasından tutulur. İcra məmuru Aslan Aslanbəylinin axtarış qərarı ədalətsiz qərardır. Onun pensiyasına yönəldib, tutulsun ödənilsin razıdır. Amma bir mülki iş üçün 72 yaşını adlamış, 80 yaşdan ömür xırdalayan bir şəxs üçün axtarış verilməsi qərarı ədalətsiz və qanuna ziddir. Onun borcu Qəmərin pulun alıb qaytarmamağı deyil, malını alıb qaytarmamağı deyil, onun borcu ona vəsiyyətnamə ilə qalmış evin ona yarısını verməyidir. Analoqu olmayan hadisə. Məhkəmənın gəldiyi nəticəni ədalətsiz hesab etməyi heç nəyi dəyişmir. O - borcludur və borcu pensiyasından tutulur. Tutulmağına da etirazı yoxdur. Belə olan halda İcra məmuru niyə axtarış verib? Bir halda ki, telefonla onunla əlaqə saxlayaraq danışmış dəfələrlə. O gizlənməmişdir, Moskva şəhərində yaşayır. Moskva şəhərində yaşadığı ünvanın Polis İdarəsindən də ünvana polis gəlmiş və ona yaşamaqda davam etməyini bildirmişdi çünki mülki problemə görə axtarışa verilmiş, qanuni şəkildə yaşayır. Telefon nömrəsi belədir +7 900 ***-**-** nömrə və Whatsap işləyir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4552/2022 saylı qərarı qüvvəyə mindikdən sonra icra məmuru xx.xx.2022-ci il tarixdə icra vərəqəni icraata başlamaq haqqında qərar qəbul etmişdir. Lakin, o, 2022-ci ilin noyabr ayında müalicə olunmaq üçün Rusiya Federasiyasına getmiş və halhazıra kimi müalicə alır. İcra məmuru tərəfindən ictaata başlamaq haqqında qərar ona rəsmi təqdim olunmamışdır. Ona görə də hesab edir ki, onun barəsində çıxarılmış axtarış qərarı ləğv olunmalıdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-335/2025 saylı 20 iyun 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-335/2025 saylı 29 aprel 2025-ci il tarixli qərardadından borclu X6 tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
12. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
13. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.
14. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
15. 1-ci və 13.1.2-ci maddələrinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri - dərhal icraya yönəlməlidir.
16. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
17. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.
18. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
19. 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.
20. 32.1-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz.
21. 33-cü maddəsinə əsasən nümayəndələrin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur.
22. 34.1-ci maddəsinə əsasən icraatda iştirak edən nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün hərəkətləri etmək hüququna malikdir.
23. 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.
24. 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.
25. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.
26. ““İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır.
27. ... icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativhüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1910/2022 nömrəli icra sənədinə əsasən X2 46.594 manat məbləğində pulun tələbkar X4 xeyrinə tutularaq ödənilməlidir. xx.xx.2023-cü il tarixli “Borclunun axtarılması haqqında” qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1910/2022 nömrəli icra sənədi üzrə xx.xx.1953-cü il tarixdə anadan olmuş, Bakı şəhəri, X11, 556/57-ci məhəllə, ev V mənzil 11 ünvanında qeydiyyatda olan X6 barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Qanunun 27-ci maddəsinə əsasən “Borclunun axtarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı qəbul edən icra məmuru gəldiyi qənaəti borclu X3 icra sənədində qeyd olunan ünvanda yaşamaması ilə əsaslandırmışdır.
30. Yuxarıda sadalananlardan müəyyən edilir ki, borclu icra sənədində qeyd olunan ünvanda yaşamır, yaşadığı yerin müəyyən edilməsi mümkün deyil. O, icra hərəkətlərində qanunvericiliyə uyğun şəkildə özü və ya nümayəndəsi vasitəsilə iştirak etmir, bunun üçün icra şöbəsinə gəlmir, olduğu yer barədə nə icra məmuruna, nə də ki tələbkara məlumat vermir.
31. Tələbkarın borcludan almalı olduğu məbləğ borclunun pensiyasından tutulan məbləğin miqdarından qat-qat çoxdur. Bu səbəbdən də borclunun icra sənədində göstərilən ünvanda olmaması, ölkə hüdudlarından xaricində olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1910/2022 nömrəli icra sənədi üzrə barəsində digər məcburi icra tədbirlərinin, məhkəmə aktının icrası haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə onun məsuliyyətə cəlb olunmasını çətinləşdirir.
32. Halbuki məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır.
33. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz.
34. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6cı maddəsinə əsasən də məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir, məhkəmələrə məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbinin nəzərə alınması tövsiyə edilir.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
36. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1910/2022 nömrəli icra sənədi üzrə icra hərəkətləri həyata keçirən icra məmuruna borclu X3 dəqiq yeri məlum olmadığını, bununla da barəsində digər icra tədbirlərinin görülməsinin mümkün olmadığını nəzərə alaraq hesab edir ki, icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməyən borclunun axtarışı barədə mübahisələndirilən qərar əsaslıdır və qüvvəyə minmiş məhkəmə aktının vaxtında, tam və düzgün icra edilməsini şərtləndirir.
37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Borclu X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-335/2025 saylı 29 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Elşən Kazımov Fuad Babayev