Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-327/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-378/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı X3 xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 201/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-378/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadda “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 3.2, 23.1.5, 43, 44-cü maddələrinə istinadən qeyd edilmişdir ki, icra məmuru tərəfindən icra sənədinin icrasının təmin etmək məqsədilə zəruri icra tədbirləri həyata keçirilmişdir. Belə ki, X8 25 dekabr 2023-cü il tarixindən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Sənədlərin qəbulu və verilməsi sektoruna hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsinə bərpa edilmiş və ona məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı ödənilmişdir. X4 hazırki dövrə qədər işə çıxmaqdan imtina edir, həmçinin iş materiallarında olan ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli Ştat Cədvəlindən görünür ki, sənədlərin qəbulu və verilməsi sektorunda sektor müdiri vəzifəsi üzrə 1, hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsi üzrə 3, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsi üzrə 33, baş mütəxəssis vəzifəsi üzrə 3, böyük mütəxəssis vəzifəsi üzrə 2, mütəxəssis vəzifəsi üzrə 15 ştat vahidi mövcuddur. Göründüyü kimi ekspert vəzifəsi mövcud deyildir. Bu səbəbdən də tələbkar Sənədlərin qəbulu və verilməsi sektoruna hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsinə bərpa edilmişdir. X1 tərəfindən tərtib edilmişxx.xx.2024-cü il tarixli akta əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-201/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı tərəflərindən iş üzrə X3 ilə dəfələrlə telefon rabitəsi yaradılmışdır. İcra məmuru B.Babayev icra sənədinin icrası ilə bağlı iş üzrə tələbkara məlumat vermişdir. Bildirilmişdir ki, Z.Ələkbərova xx.xx.2024-cü il tarixədək məcburi iş buraxma dövrü üçün əlavə ödəniş olunub. Həmçinin, tələbkarın nəzərinə çatdırılmışdır ki, onunla həm icra məmuru eyni zamanda borclu qurumun əməkdaşları əlaqə saxlamış və təklif olunan üç vəzifə ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin yerləşdiyi inzibati binaya yaxınlaşmaq təklif olunmuşdur. Z.Ələkbərovun diqqətinə çatdırılmışdır ki, onun razılığı ilə yeni əmr tərtib olunacaq və işə bərpa olunacaq. Qeyd olundu ki, SİMA imza vasitəsi ilə ona ünvanlanan elektron əmək müqaviləsini imzalamaq təklif olundu (izah olundu ki mobil telefon ilə evdən imzalamaq mümkündür) Z.Ələkbərov öz növbəsində səhhəti ilə bağlı borclu quruma yaxınlaşa bilməyəcəyini və nə vaxt sağalacağını bilmədiyini, xəstəliyinin 2-3 ay davam etdiyini bildirmişdir. Göründüyü kimi borclu orqan tərəfindən bütün zəruri hərəkətlərin edilməsinə baxmayaraq tələbkarın təqsirli hərəkətləri nəticəsində icra sənədi icra oluna bilməmişdir. Tələbkar öz hərəkətləri ilə icra sənədinin icrasına mane olmuşdur. Odur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-201/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmuru, borclu tərəfindən icra tədbirləri həyata keçirilmiş və lakin tələbkar imtina etdiyi üçün dəfələrlə bəhanələr gətirdiyi üçün işə icra sənədi "İcra haqqında” Azərbaycan Respublikasının Qanunun.23.1.5-ci maddəsinə əsasən geri qaytarılmışdır. Ona görə də, şikayət əsassız olduğu üçün rədd edilməlidir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi X3 şikayət vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tyarixli, 8(004)- 378/2025-saylı qərardadın ləğvi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin “icra sənədinin qaytarılması barədə” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətin təmin olunması barədə qərar qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-201/2023 saylı qətnaməsi icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə göndərilmişdir. Lakin tələb nöqsanlı (soyadı əmrin 3-cü və 4-cü hissəsində düzgün qeyd edilməyib) və bir tərəfli qaydada icra edilmişdir. Yəni işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, K-306 nömrəli əmr həm nöqsanla, həm də razılığı olmadan 1 ay müddətinə başqa işə keçirilməklə verilmişdir. Bu da mövcud qanunlara və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 201/2023 saylı qətnaməsi ilə ziddiyyət təşkil edir, bu barədə borluya xx.xx.2024-cü il tarixdə rəsmi bildirilsə də o, xx.xx.2024-cü il tarixli məktubla bundan öncəki cavabında qaldığını bildirmişdir. Həmin cavab məktubunda bildirilir ki, o, əmək funksiyasının icrasından və işə çıxmaqdan imtina etmişdir. Halbuki, əmək qanunvericiliyinə əsasən işçi ilə razılaşdırılmadan hər hansı əmək funksiyasının yerinə yetirilməsi məcburi edilə bilməz. Bu səbəbdən işəgötürənin xx.xx.2023-cü il tarixli, K-306 nömrəli əmr ləğv edilməlidir. Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-201/2023 saylı qətnaməsini tam icra etmədiyindən həmçinin əmək məcəlləsinin muvafiq maddələrinin tələbinə məhəl qoymamışdır. Belə ki, xx.xx.2022-ci il tarixindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin işçilərinin əmək haqqı ştat cədvəlinə uyğun olaraq 25.6 % artırılmışdır. Bu dəyişiklik ona münasibətdə tətbiq edilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixidən xx.xx.2024-cü il tarixinə kimi olan müddətdə məzuniyyət haqqı da ödənilməmişdir. Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-201/2023 saylı qətnaməsini tam icra etmədiyindən həmçinin əmək məcəlləsinin muvafiq maddələrinin tələbinə məhəl qoymamışdır. Həmçinin görtündüyü kimi yuxarıda qeyd edilən işə bərpa barədə işəgötürən tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli, K-306 nömrəli əmrin 3 bəndində soyadı səhvi aradan qaldırılmadan ona ödənilmiş məcburi iş buraxma dövrü üçün əmək haqqı düzgün hesablanmadan ödənilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixidən xx.xx.2024-cü il tarixinə kimi olan müddətdə məzuniyyət haqqı da ödənilməmişdir. Həmçinin qeyd etmək istəyir ki, onun yazılı razılığı olmadan əvvəl tutduğu vəzifəyə bərabər olmayan vəzifəyə təyin edilərək əmək və məşğulluq alt sisteminə məlumat yerləşdirilmişdir. Bütün bu sadalanan hallara məhkəmə qiymət verməmiş, əlavə olaraq xx.xx.2025-ci il tarixdə tərəfindən məhkəməyə təqdim edilmiş vəsatət ümumiyyətlə baxılmamışdır. xx.xx.2022-ci il tarixindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin işçilərinin əmək haqqı ştat cədvəlinə uyğun olaraq 25.6 % artırılmışdır. Bu dəyişiklik ona münasibətdə tətbiq edilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixidən xx.xx.2024-cü il tarixinə kimi olan müddətdə məzuniyyət haqqı da ödənilməmişdir. Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixl, 2(004)-201/2023 saylı qətnaməsini tam icra etmədiyindən həmçinin əmək məcəlləsinin muvafiq maddələrinin tələbinə məhəl qoymamışdır. Həmçinin göründüyü kimi yuxarıda qeyd edilən işə bərpa barədə işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixl, K-306 nömrəli əmrin 3 bəndində soyadı səhvi aradan qaldırılmadan ona ödənilmiş məcburi iş buraxma dövrü üçün əmək haqqı düzgün hesablanmadan ödənilmişdir. Bu səbəbdən işəgötürənin xx.xx.2023-cü il tarixli, K-306 nömrəli əmr ləğv edilməlidir. Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-201/2023 saylı qətnaməsini tam icra etmədiyindən həmçinin əmək məcəlləsinin muvafiq maddələrinin tələbinə məhəl qoymamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-378/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 43.1.5-ci maddəsinə əsasən icra məmuru bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətə baxılarkən onun məzmununda qeyd edilənləri ətraflı araşdırmadan təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardadda müəyyən sənədlərə istinad edilmiş və həmin sənədlərin iş materiallarına əlavə edildiyi qeyd edilsə də, məhkəmənin istinad etdiyi sənədlər iş materiallarında aşkarlanmamışdır. Bundan əlavə, qərardadda qeyd edilmişdir ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 201/2023 nömrəli icra sənədi geri qaytarılmışdır. Müvafiq sənədlər iş materiallarına əlavə edilmədiyindən şikayətə münasibət bildirilməsinin mümkünsüzlüyünü nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli və X7 şikayətinə yenidən baxılması üçün iş Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Şikayətə yenidən baxan məhkəmə icra məmurun cəlb etməklə zəruri sənədlərin işə əlavə edilməsini və məhkəmə qərarının icrasının tamlığını təmin etməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-378/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-201/2023- 016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli Qərarının ləğv edilməsi barədə X2 şikayətinə yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №8(103)-327/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-327/2025
21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver