Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-328/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-336/2022 saylı, 05 may 2022-ci tarixli qərardadından X1 nümayəndəsi və eyni zamanda vəkili X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-336/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadı ilə X1 şikayət ərizəsinin rədd edilməsi qərara alınmışdır. X1 vəkili Vəkil həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-336/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətə baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməmişdir. Şikayət olunan qərardad ona təqdim edilməmişdir. İcrada özü iştirak etmişdir, qətnamə tam icra edilmədiyinə görə akta imza etməmişdir. Etibarnamə verdiyi X5 ilə münasibəti pozulduğuna görə, onu icra yerinə dəvət etməmişdir və o, icrada iştirak etməmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 8(011)-336/2021 saylı 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 8(011)-336/2022-ci il tarixli qərardadı ləğv edilməli və, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair şikayətə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair şikayətə baxıb hazırkı qərardadı qəbul etsə də, nə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarı, nə də bununla bağlı icra işinin materialları işdə müəyyən olunmamışdır. Belə olan halda Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair şikayətə obyektiv qiymət verilməsi mümkün deyildir. Odur ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair şikayətə yenidən baxılarkən icra işinin materialları tələb olunmalı və tərəflərin iştirakı ilə araşdırılaraq müvafiq hüquqi qiymət verilməlidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Beləliklə, yuxarıda sadalanan halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zərurətini nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və şikayətə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-336/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadı ləğv edilsin. X1 şikayətinə yenidən baxılması üçün mülki iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-328/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-328/2022
14.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver