Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-329/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Maraqlı şəxs Sabunçu Rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi Əmiirov Amil Ağaşirin oğlunun, Borclu iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(005)- 364/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar “xxxxxxxxxx” ASC məhkəməyə şikayət təqdim edərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-655/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(005)- 364/2020 nömrəli qərardadı ilə tələbkarın şikayət ərizəsi təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-655/2017 saylı xx.xx.2017-ci tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-655/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Hazırda Borclu məhkəməyə şikayət təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(005)- 364/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki. Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)- 655/2017saylı icra sənədinə əsasən Borclu və X2 müştərək qaydada cəmi 558.037.14 ABŞ dollar məbləğində borc tutularaq tələbkarın xeyrinə ödənilməsi. tələb üzrə tutma X3 mülkiyyətində olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunan vəsaitin tələbkara ödənilməsi. satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ mülkiyyətçiyə qaytarılmalı, borclu Şükürov Təyyarın bağ evindən çıxarılması qeyd edilmişdir. Qətnamə icra olunaraq borclunun əmlakı açıq hərracdan satılmış və Bankın nümayəndəsi X1 həmin əmlakı 318.750 manata almışdır. Daha sonra isə borclu bağ evindən çıxarılaraq bağ evi banka təhvil verilmişdir. İcra sənədindən göründüyü kimi yalnız satışdan götürülən məbləğ çox olduqda mülkiyyətçiyə qaytarılması qeyd edilmişdir, icra sənədində borc məbləğinin borclunun əmlakına yönəldikdən sonra yerdə qalan borcun da borclulardan tutulması qeyd edilməmişdir. Tərəfimizdən icra sənədində göstərilən tələblər tam icra edildiyi üçün Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra işinə xitam verilmişdir. Borclunun əmlakı açıq hərracdan satıldıqdan sonra onun yenidən 379.948.02 ABŞ dollar məbləğində borcunun yaranması və həmin məbləğin də ödənilməsi ilə bağlı icra sənədində heç bir qeyd göstərilmədiyindən tələbkar həmin borcun ödənilməsi ilə bağlı yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. Lakin tələbkar bunu etmədən əsassız olaraq icraata xitam verilməsi haqqında qərardan şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə iclasında iştirak edən boclu şikayəti, müdafə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanovl Rayon Məhkəməsinin 10.06. 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-655/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu X2 və digərlərindən müştərək qaydada 558037,14 ABŞ dolları borc pulun, 30 manat dövlət rüsumunun tutularaq “xxxxxxxxxx” ASC-nə ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi göstərilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-655/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda tələbkar həmin icra sənədinin ləğv edilməsini, icra vərəqəsinin tam olaraq icra edilməsini tələb edir. Belə ki, tələbkarın təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışa əsasən hazırda borcluların 2(005)-655/2017 saylı qətnamə üzrə 379948,02 ABŞ dolları borc qalmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Qanunun 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi icra edilmiş sayılır. Hazıda məhkəmə aktı tam icra edilməmişdir, icra hərəkətlərinin davam etdirilməsi zəruridir. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(005)-364/20 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-329/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-329/2020
13.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver