Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-331/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4701/2019 saylı 14.11.2019-cu il tarixli icra sənədində göstərilən tələbin Sabunçu rayon Məhkəməsində davam edən 2(008)-1392/2021- 004 saylı iş üzrə yekun qətnamə çıxarılıb icra sənədi verilənə qədər dayandırılmasına dair ərizəsinin təmin edilməməsi barədə iş üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4701/2019 saylı, 14.11.2019-cu il tarixli icra sənədində göstərilən tələbin, Sabunçu rayon Məhkəməsində davam edən 2(008)- 1392/2021-004 saylı iş üzrə yekun qətnamə çıxarılıb icra sənədi verilənə qədər dayandırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadına əsasən X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4701/2019 saylı qətnaməsinin icrasının dayandırılmasına dair ərizəsi təmin edilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-153/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qərardadından X2 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmiş, məhkəmənin 04 iyun 2021-ci il tarixli qərardadına əsasən təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq ərizəçi və Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik kdənin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş X4 X9 qarşı pul tələbinə dair iddia ərizəsindən görünür ki, X6 ona məxsus olan 44 000 (qırx dörd min) manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 16.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən, borclular X5, X10, X13 və X8 bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 59/67-537/545 saylı bağ evinin paylı mülkiyyət hüququ üzrə X3 məxsus olan “A” tikilisindən çıxarılmalıdırlar. Həmçinin bildirilmişdir ki, tələbkar X3 məxsus olan “A” tikilisi borclular tərəfindən boşaldılaraq tələbkara boş vəziyyətdə verilməli və yaradılmış manelər aradan qaldırılmalıdır. İş materiallarında olan Suraxanı rayon İcra və probasiya şöbəsininin 12 mart 2021-ci il tarixli, №18-40659/21-27 saylı xəbərdarlıq məktubundan görünür ki, icra sənədi üzrə borclu X5, X10, X13, X14 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 59/67-537/545 nömrəli bağ evinin “A” tikilisindən çıxarılmaqla evi boşaldaraq tələbkar X3 boş vəziyyətdə təhvil verilməlidirlər. İcra işi 16.02.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək icraata başlamaq haqqında qərarın sürəti bildirişlə bərabər göndərilmiş və tələb olunmuşdur ki, 22.03.2021-il tarixdə saat 10:00-da şəxsiyyətini təsdiq edən sənədlə birlikdə, Bakı şəhəri, Suraxanı rayonu İcra və probasiya şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsini, əks halda “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunacaqdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1.4-cü bəndi icra sənədi üzrə icraat icra sənədinə və onun verilməsinə əsas olan tələbə (“ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra dayandırılır. Həmin Məcəllənin 21.3.-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, digər məhkəmədə, o cümlədən Sabunçu Rayon Məhkəməsində ərizəçi tərəfindən iddia qaldırılsa da, həmin iddianın mahiyyəti “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsi ilə uzlaşmır. Belə ki, ərizəçi tərəfindən qeyd olunduğu icra sənədində olan tələbkar Fəridə Abdullayeva, iddianın mahiyyəti evin boşaldılması olsa belə, Sabunçu rayon Məhkəməsinə verilmiş iddianın tərəfləri, ərizəçi və cavabdeh X11r, iddianın mahiyyəti isə pul tələbidir. Bundan əlavə ərizəçi tərəfindən verilmiş iddianın Sabuçu Rayon Məhkəməsinə verilməsi, icraata qəbul edilməsi barədə hər hansı sübutlar və yaxud həmin prosessual hərəkətləri təsdiq edən sənəd təqdim olunmamışdır. Göründüyü kimi, icra sənədi üzrə icraatın dayandırılmasına qanunla müəyyən olunmuş əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: X5 tərəfindən vernilmiş şikayət təmin edilməsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-331/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-331/2021
08.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver